Archive for March, 2008

İnformasiya Texnologiyaları sahəsində birgə inkişaf edək

Saturday, 22 March, 2008 12:48

Son zamanlar hamımız Dünyada İnformasiya Texnologiyalarının necə inkişaf etdiyinin şahidi olmuşuq. Bu bizimkilərin də yanından vaz keçməyib. Məqalələrimin birində Rafiqin etdiyi tənbehi nəzərə alıb hətta gedib ADSL də aldım ki görüm bu dünyada nələr var, o dəqiqə də facebook xəstəsi oldum. Heç düşmənimə də arzu etmirəm bu xəstəliyi. Əlimdə işlərim qala-qala oturub Sosial Şəbəkədə dostlarımla bir qrupda vaxt keçirdirəm. Düzdür dostları yada salmaq lazımdır, amma ki day həmişə də yox da, işlər bəs?
Nə isə bütün bunlar bir yana, keçək yeniliklərimizi. Son vaxtlar Bizdə də Blogginq, vətəndaş jurnalistikası inkişaf edib. Düzdür çox da sürətlə yox, amma ki inkişaf var. Tanıdıqlarımdan oxatan, blogran, blog.ilk10.az, blog.box.az. Burada Azəribloqun əvəzsiz rolundan danışmamaq olmur. Azəri Marketoloqlar arasında da blogginq inkşaf edib bunlardan mak.az saytının daimi üzvləri olan Rüstəmin, KİSSOT, Milli Marketinq, Shared Folders, Marketing Post, imho əvəzsiz rolları var. Bloq saytlarını saysam sonu bitməyəcək. Bəs bunları bir araya necə gətirək?
Bu məqsədlə də təkcə bloggerləri deyil, WAP-er, Sosial Şəbəkəçi, Veb Proqramçılar və bütün yeni texnologiya həvəskarlarını bir yerə toplamaq məqsədi ilə artıq BarCamp Azərbaycan təşkilatı fəaliyyətə başlayıb. İlk ən böyük seminarlarını 29-31 avqust tarixində Lənkəranda keçirilməsini planlaşdırıblar. Soruşduqda ki niyə bəs Lənkəran, cavab belə oldu ki kifayətdir hər yenilikləri Bakıda etdik, qoy bir az da bölgələrimiz inkişaf eləsin.
Bu BarCamp Dünyada 2005-ci ildə yaranmasına baxmayaraq bu tərəflərə 2007-ci ildən gəlib. İlk dəfə Ukraynada BlogCamp, Sonda bu il Latviyada BarCamp Baltics adı ilə, İyun ayının 7-9-u Tiflisdə BarCamp Qafqaz, Sonra Moskva, Bişkekdə keçiriləcək.
BarCamp Azərbaycanın ( seminar lokal keçiriləcək ) isə ilk olaraq Lənkəranda keçirilməsinin səbəblərindən biri odur ki gənc Mütəxəssislərimizi gələn il Azərbaycanda keçirtməyi planlaşdırdığımız BarCamp Qafqaza hazırlayaq. Odur ki siz də aktiv olun ki dafa sürətlə inkişaf edək.
Mən BarCamp Azərbaycana gedəcəyəm, Bəs siz necə – BarCamp Azərbaycana gedəcəksiz?

Səhvsiz…

Wednesday, 12 March, 2008 12:39

Ola bilər bu yazdığım məqalələrimdə qrammatik səhvlər buraxım, amma ki kompüter terminlərində və bir də ki rus dilli Azərbaycan sözlərində səhvlər görəndə çox hirslənirəm. Bu məqaləmdə rastıma çıxan səhvlərdən yazacağam.
(012) 4368454 nömrəsinə zəng edirsən və o dəqiqə qəşəng bir qız səsi deyir “Salam siz Maxmedia reklam agentliyinə zəng etmisiniz. Dahili nömrəni bilirsinizsə…” Axı mən dahili nömrə nə olduğunu bilmirəm.
Başqa bir səhv, ən çox sual doğuran səhvlərdən biri Kompüter sözünün səhv yazılması. Yolda gedəndə reklamlarda, TV-də və ya internetdə çox rastınıza gəlib. Görürsən ki Kompüter yerinə Kompyutor yazılıb. Rus sözündən götürüb tərcümə edəndə belə də olacaq da, bir nəfərlə internetdə söhbət edərkən onun mənə yazdığı cümləni sizə yazıram: “Mən Kanpyutoru sökürəm” Bəh-bəh, görün nə superdir eee..və ya digəri ilə MSN-də soruşuram ki nə edirsən: cavabı: “Xakkerlik edirəm” get elə, amma ki xakker bilmirəm nədir, bəlkə xaker demək istəyir. İnkişaf gedir, özü də qızlar xakkerlik edirlər.
Başqa bir səhv İTV-də veriliş gedir. “Rəqəmsal Dünya”. Halaldı, onsuzda soxa soxdur, Uje Rəqəmləri də salırlar harasa. Mən bilən Rəqəmsal, Digital sözündən götürülüb, türkcə sözüdür, Azərbaycanca Rəqəmli deməkdir.
İnkişaf etmiş Azərbaycanda, Qarışqa kimi çoxalmış İnternet zalların birində. Uşaq gəlib oturub kompüterin qabağında və nəzarətçiyə geyir. Qaqaş mənim üçün ŞaqŞaraxı ( yəni Klaviaturanı ) elə qoş ki mən Geta oynaya bilim ( GTA oyunu ).
Avtomobil sahəsində də belə inkişaf var. Bu yaxında saytımın görüşünü etmək istəyirdim, bir nəfər özünü tərifləmək üçün yazır. Mən də gələcəyəm, ağ Prarado ( Yəni Prado ) olacaq məndə.
Bu cür terminləri öyrəndikdən sonra istəyirəm gedim Kanpyutoru yandırıb, ŞaqŞaraxı götürüm və xakkerliklə məşğul olum. Bəs siz necə??

BarCamp Baltics

Monday, 10 March, 2008 06:24

Fevral ayının məqaləsini indi yazmağı qərara aldım. Fevralı ayının 8-10-u Riqa-da BarCamp Baltıcs 2008 adlı sosial şəbəkələr, bloqlar, yeni media, podkastlar, vətəndaş jurnalistikası, web 2.0, openSource və s. bununla əlaqədar Qeyri Konferensiya keçirildi. Biz də orda iştirak etdik. İlk dəfə olduğumuz üçün çox maraqlı idi. Orda hamının bloqu var idi (Bura gələndən sonra mən də bloq açdım uje : ) Azərbaycandan Emin Hüseynov, Rəşad Mehbalıyev, Elmar İsmayılov, İlqar Mirzə və mən (Rəşad Əliyev) iştirak edirdik.
Konferensiyanın çox maraqlı qaydaları var idi. Belə ki iştirak edənlər həm də təşkilatçı kimi idilər, hərə özü bildiyi kimi Qeydi Konferensiyanın maraqlı olması üçün əlindən gələni edirdi, kimi şəkil çəkir, kimi müsahibə götürür, kimi video çəkir və s. Əsas odur ki boş dayanmayasan.
Seminarın I günü Konferensiyanın qeyri rəsmi açılışı idi. Oynadıq, digər ölkələrdən gələn iştirakçılarla tanış olduq və s, günümüzü maraqlı keçirtdik. Sabahısı günü Qeyri Konbferensiyanın rəsmi açılışı və Prezentasiyalar günü idi. İxtiyarımızda 6 zal var idi, və proqramda kim çıxış edəcəkdisə öz adını qeyd edirdi. Bizlərdən Rəşad Mehbalıyev mail qruplar haqda mən isə Mobil Reklam barədə çıxış etdik. Mənim çıxışım üçün hazırladığım faylı burdan yükləyə bilərsiniz (yüklə).
II gün (10-u) Qeyri Konferensiyanın son günü idi. Burada BarCamp-i təşkil etmək barədə və PeÇa kuça keçirildi. PeçaKuça bilməyənlər üçün (heç özüm də bilmirdim) qısa izah edirəm. Bu yeni təqdimat növüdür 2003-cü ildə yaradılıb, 20×20 prinsipi ilə aparılır, yəni ki 20 prezentasiya və hərəsinə 20 saniyə vaxt verilir.
Beləcə BarCamp haqda qısa yazdım. Ətraflı olaraq isə sizləri bu il keçiriləcək lokal BarCamp Azərbaycan-da gözləyəcəyik.

Mənim arzum…

Wednesday, 5 March, 2008 05:31

Bu barədə hər dəfə fikirləşəndə mənə stimul gəlir. Bəziləri uşaq vaxtı arzu edirdilər ki Həkim və ya Polis olsunlar. Mən də uşaq vaxtı fikirləşirdim, fikirləşirdim ki böyüyəndə Polis əmi olacağam sonra böyüyəndə Pilot olmaq istəyirdim. Amma artıq məktəb-də yuxarı sinif(lər)də oxuyanda proqramçı olmağı arzuladım və arzuma çatmaq üçün məktəb vaxtından biznes plan qururdum.

– Tətbiqi Riyaziyyata daxil olmaq
– Proqramlaşdırmanın incəliklərini öyrənmək və s.

Amma oxuduğum məktəb çox geridəqalmış olduğundan bizim məktəbdə kompüter deyilən və ya oxşar heç nə yox idi. Odur ki yuxularımda kompüter qarşısında oturub proqram yazmağı nə isə icad etməyi görürdüm və ya da oyaq olanda isə kalkulyatorun düymələrini basıb kompüterə oxşadırdım. Nə isə başınızı xəyallarımla çox ağrıtmayım. Beləcə 11-ci sınfı (Biz tərəflərdə yaşlı nəsil sinifə sınıf diyir) bitirib BDU-nun Tətbiqi Riyaziyyat Fakültəsinə daxil oldum. BDU-da Ramin Mahmudzədə, Araz Yusubov kimi İnformatika müəllimləri ilə tanış oldum ki onların hesabına çox nailiyyətlər əldə etdim, buna görə ömrümün sonunadək onlara minnətdar olacağam. Hətta onu deyə bilərəm ki Araz müəllimin sevimli tələbələrindən idim. Çünki uşaqlar dərsə gəlməyəndə onlara Г (Qaib) yazırdılar, amma mən dərsə gələ-gələ mənə Ғ yazırdı. Bir dəfə soruşanda ki sizin qeyd jurnalınızdakı Ғ hərifi nə deməkdir? Dedi ki bunlar dərsə gəlib amma sözə (dərsə yox haa sözə) baxmadığı üçün otaqdan qovduğum tələbələrdir. Amma şuluq olmağıma baxmayaraq mən dərslərimi oxuyurdum.

Universitetin yuxarı kurslarında İlk Addımlar (www.firststeps.az) layihəsini xoda salmışdım. Bununla mən web-də ilk uğurlu layihənin ləzzətini duydum. Hal hazırda da bu layihəm onlayn dərsliklər sahəsində (İnformasiya Texnologiyaları sahəsində) Azərbaycanda aparıcı saytdır.

Ondan sonra Azərbaycanda ilk wap portal yaratmaq fikrinə gəldim wap.aliev.info, wap.dostluq.info, wap.tel.az (birgə layihə) və sonra indi Azərbaycanda Nömrə 1 və dünyada wap saytları arasında top 10-luqda olan wap.xana.az saytı.

Bununla hər şey bitmir, bu cür layihələrimdən sonra son 1-2 ili elə bir arzudayam ki hər gün gecə-gündüz o barədə fikirləşməyə bilmirəm. Web Proqramçının arzusu belə də olacaq da, yaşımın artıq 25 olmasına az qalıb, Tanış bilişimin arzuları ailə qurmaq olduğu halda mənim arzum bu layihəmi reallaşdırmaqdır. Kimə isə deyəndə bunun Azərbaycanda qeydi real olmasını deyir, amma yox mən optimistəm və bunu tez bir zamanda edəcəyəm.

Arzum, xəyallarım, ideyam, yuxularımın romantikası, həyatımın mənası budur ki…Azərbaycanda yahoo, rambler kimi bir portal qurmaq. Axtarış servisi, e-poçt və s. hamısı birlikdə, Server(lər) Azərbaycanda, əlavə xidmətlər və s. Bunu oxuyanda bəziləriniz güləcək, bəziləriniz həsəd aparacaq, bəziləriniz isə deyəcək ki bu dəli olub. Amma yox, mən həmişə istədiyimə nail olmaq üçün plan qururam və o plan üzrə gedirəm. Buna nümunə kimi Tətbiqi Riyaziyyat Fakültəsinə daxil olmağımı, hal hazırda aparıcı Mobil Portalımın olmasını göstərməyim kifayət edər. Bu sahədə niyə belə gec gəlməyimin səbəbi kimi isə Azərbaycanda Merchant sisteminin olmamasını deyə bilərəm. Çünki əgər belə layihə qurmalı olsam, təbii ki dövlətimiz onu maliyyələşdirmək planında olmayacaq, oradan pul qazanmaq üçün isə təbii ki pulsuz xidmətlərdən əlavə pullu xidmətlər də olmalıdır, bunun üçün isə Bank-larımızda bu xidmət yoxdur. Hal hazırda WAP-da qalmağımın da səbəbi budur ki WAP ilə az da olsa nə isə qazanmaq olur və layihəni istədiyin kimi inkişaf etdirə bilirsən. Qısaca Web ustalar hazırlaşın, tez bir zamanda Web-ə qatılsam Azərbaycanın Web-ində hal hazırda WAP-da olduğu kimi çox böyük inkişaf olacaq.

Bunu yazmaqla sizlərə gələcək ideyamı dedim ki Web rəqiblərim çox olsun ki sağlam rəqabətin marağı olsun. Odur ki UĞUR OLSUN…

Latviya səyahətim

Monday, 3 March, 2008 04:45

Bu səyahətim təsadüf nəticəsində, ən son vaxtda baş tutdu. Demək olar ki Riqaya getməyə inanmırdım. İlk dəfə Riqada olanda orda olmağıma çox peşman olmuşdum. Qiymətlər elə bil kosmosdan götürülüb necə deyərlər dədələrinin qiymətlərini qoyublar üstünə, hələm olduğumuz Hostel-de 1 otaqda 6 nəfər, karoçe ilk təəssüratlar çox pis idi. Sabahısı günü şəhərə çıxdıq…həə, bax onda uje bildim ki Avropadayıq…özü də necə Avropada…hara baxırsan qadınlardır, hamısı da tip:) özü de 90x60x90, amma meymuna oxşayırlar. Fikirlərim qarışıqdır, ola bilər ki başa düşüləsi yazmayım, amma çalışın. Hə orda avtobus, tramvaylarda, hətta küçələrə reklam plakatları yapışdıranlar da qadınlardır. Bircə onu deyə bilərəm ki, Azəri qızlarının gözəllikləri, Latış qızlarının bədənləri(fiqurey-i:) və Ukraynalı qızların xasiyyətləri hansısa gözəlimizdə olsa ooooo, təəssüratlarını deyə bilmərəm…orda bir şey də icad etdim. Latış sözü Talış sözünün xalası qızıdır:)

Latviyada 2 şəhərdə oldum, Riqa və Yurmala. Yurmalaya ekskursovodla getmişdik, o dəniz (göl idi ya da) qırağında bir şəhərdir. Orda yayda çox adam olur. Novaya Valna adlı musiqi yarışması keçirilir və hamı ora yığılır. İndi sakitçilik idi 🙂 Dənizin sahilində isə bizdəki kimi küləkdən əsər əlamət yox idi, torpaq da çox ya da yox hədsiz narın idi. Sonra orda bizim tarqovuya oxşar bir küçə ilə getdik və orda bir kafedə oturduq. Kafedə hərəmiz nə isə sifariş etdik. Çörəksiz yemək yedik, amma yeyən kimi adamı tuturdu. Yurmalada sonra qatara getdik və Riqaya qayıtdıq. Hə bir də orda oğlan siqaret çəkirdi və birdən yadına düşdü ki Yurmalada dəniz qırağında siqaret çəkmək olmaz və əgər onu tutsaydılar haradasa 50 avro cərimə edəcəkdilər. Kaş belə qaydalar bizdə olaydı ki qayda pozanı cərimə etsinlər. Gör onda Bakının küçələri necə təmiz və iqtisadiyyatımız necə inkişaf edərdi.

Riqa-da Starıy Riqa adlı yer var, orda qalırdıq, elə bil ki bizim İçəri Şəhərdir. Hətta ingiliscə adı bizdəki kimi Old City adlanır. İçəri şəhərdən 3 fərqi var idi. 1) küçələri enli idi. 2) Orda hər yer təmiz və təmirli idi. 3) yağış yağanda heç yanda palçıq gözə dəymirdi. Riqada işıqforda adam şəkli yaşıl olanda yolu keçirlər, bizdə isə həm yaşıl, həm də qırmızıda yol keçmək olar. Riqada sovet maşını yoxdur. Latış dilini inkişaf etdirmək üçün dövlət bəzi qadağalar qoyub. Məs: hər yerdə yazılar Latış dilində olmalı, latış dilini bilməyən dövlət işində işləyə bilməz və s. Hə bir də vətəndaşlıq məsələsi Latviyada əhali arasında problemdir. Belə ki, onlarda Latviya vətəndaşı və məskunu var. Pasport da o cür verilir Latviya vətəndaşı və Vətəndaşı olmayan. Latviya vətəndaşı Latviyanın çoxdan yaşayan əhalisi və onların övladlarıdır, sakinlər isə ruslardır. Onlar vətəndaş olmaq üçün imtahan verir və əgər imtahanı keçə bilirlərsə Vətəndaş olurlar. Riqada Occupation (işğal) muzeyi var ki onlar Sovet dövrünü Rusların onları işğal altında saxlaması adlandırırlar. Qadınların orda çox olmasının səbəbi də elə Ruslardır ki müharibə vaxtı onların çoxu həlak olmuş və kökləri kəsilmişdir. İndi-indi özlərinə gəlirlər.

Sonda onu deyə bilərəm ki Latviya gözəl ölkədir. İlk təəssüratlar mənfi olsa da, sonda müsbət nəticə ilə Vətənə qayıtdım. Sizlərə də oraları gəzməyi arzu edirəm.
Latviya səyahətim

Bakcell və Mobil internet

Monday, 3 March, 2008 01:31

Bu barədə 1-2 il bundan qabaq Bakcell-də danışmışdım, amma meni lağa qoymuşdular ki bəs biz bilirik nə edirik. Mənin iradım yoxdur, öz azad fikrimi öz saytımda yazacağam. Demək belə… söhbət wap-dan gedir. Bilmirəm bilirsiz ya yox, Azercell və Nar Mobile (Azerfon)-da wap istifadəsi pulludur. Amma Bakcell isə bunu istifadəçilərinə pulsuz verir. Amma bildiyimə görə hamısına vermir. Hal hazırda bilmirəm necədir, əvvəllər yalnız köhnə və vip nömrələrdə wap açıq idi. Bu isə nömrə alverçiləri üçün əsl biznes idi. Pulsuz gprs-i olan nömrələri 40-50 azn-ə satırdılar.

Bunun çox gözəl üstünlükləri var. Xalyavşik abunəçilər hamısı Bakcell-ə toplaşıb, onların şəbəkələrini naqruzka edirlər.

Beləcə Azercell və Nar Mobile pul qazanan yerde Bakcell abunəçilərinin sayını artırmaqla məşğul olur və sonra da deyir ki 1 milyon abunəm var. Bəlkə ondansa servisi pullu etsin və stansiyalarının sayını artırsın?

Mən özüm Azercell abunəçisiyəm və heç də onlardan şikayətçi deyiləm, çünki Azercellin Bakcelldən fərqli olaraq çoxlu VAS (Value Added Services) xidmətləri və normal qiymətləri var ki bu da ucuz və ya havayıya qaçmayan prestijli abunəçiləri özündə saxlayır və Nar-dan fərqli olaraq öz şəbəkəsi var, daxili rouminq yoxdur Azercell-də. Qısaca nə varsa göz qabağındadır. Mənə əsas qiymət yox keyfiyyət maraqlıdır ki o da Azercell-dədir. Həm də azad ölkədə yaşayırıq bu məqaləmi oxuyub o dəqiqə gedib Azercell nömrə almaq fikrinə düşməyin, bəlkə Nar və Bakcell-in rəhbərliyi bu məqaləmi sizdən qabaq oxuyub və tənqidim onları düşündürməyə vadar edib, bəlkə uje nə isə eləyirlər?

P.S. Hər gözəlin öz ayıbı var, Azercell barədə növbəti məqalələrimdə yazacağam.

İntrans-da internetin vəziyyəti

Sunday, 2 March, 2008 02:04

Bəli bəli İntrnet, bizdə İnternet yoxdur. İnternet Avropa və Amerika ölkələrindədir. Azərbaycandakı İntrnetdir tr-ıldaya tr-ıldaya giririk internetə.

Bu arada İntrans şirkətinə minnətdarlığımı bildirirəm ki onun hesabına 2 kinoya baxdım, artıq bəlkə də 1 ay olar ki kinoya baxmırdım. Nə isə indi isə keçim mətləbə 2-3 gün olar ki özümə İntrans-ın aylıq kartını almışam. Sinirlərimi möhkəmləndirmək üçün çox gözəl kart-dır.

İlk öncə nömrəyə qoşulanda dial limitə görə avtocavab verən robert bir az deyinir ki hal hazırda nömrələrimiz məşğuldur. Beləcə kinonun 20-30 dəqiqəsinə baxırsan və kinonun maraqlı yerində görürsən ki aha sevimli modemin qapıları açıldı və çığğğ, düüdd, bibbb..aha qoşulur, qoşulur…Verifying username and passvord…Registering computer on netvork və drınqqq çıxır ki Remote Kompüterə nəzarət edən admın yatıb, nə isə 733 error çıxır və tullayır bayıra səni…Sevinirəm və qayıdıb yenidən kinoma baxmağa başlayıram, həə…bir az kinoya baxdım və sonra yenə də qoşulmaq istədim…

Yenə eyni proses, uraaa..quşuldu…Aha 15-20 dəqiqə işlədim, yenə internet tulladı…

Qayıtdım kinoma baxmağa…Uje II hissəsinə baxmağa başladım, beləcə II hissənin sonuna yaxın internet istədiyim kimi qoşuldu, SUPER 46.6 kbps ilə quşulmuşam ee internetə, indi bu yazını yazım atıram internetə və gedim yatım 🙂 Bəsdir internetdə süləndim…

Qeyd edim ki Baxdığım kino fantastika janrında idi.