Bakcell və Mobil internet

Monday, 3 March, 2008 01:31

Bu barədə 1-2 il bundan qabaq Bakcell-də danışmışdım, amma meni lağa qoymuşdular ki bəs biz bilirik nə edirik. Mənin iradım yoxdur, öz azad fikrimi öz saytımda yazacağam. Demək belə… söhbət wap-dan gedir. Bilmirəm bilirsiz ya yox, Azercell və Nar Mobile (Azerfon)-da wap istifadəsi pulludur. Amma Bakcell isə bunu istifadəçilərinə pulsuz verir. Amma bildiyimə görə hamısına vermir. Hal hazırda bilmirəm necədir, əvvəllər yalnız köhnə və vip nömrələrdə wap açıq idi. Bu isə nömrə alverçiləri üçün əsl biznes idi. Pulsuz gprs-i olan nömrələri 40-50 azn-ə satırdılar.

Bunun çox gözəl üstünlükləri var. Xalyavşik abunəçilər hamısı Bakcell-ə toplaşıb, onların şəbəkələrini naqruzka edirlər.

Beləcə Azercell və Nar Mobile pul qazanan yerde Bakcell abunəçilərinin sayını artırmaqla məşğul olur və sonra da deyir ki 1 milyon abunəm var. Bəlkə ondansa servisi pullu etsin və stansiyalarının sayını artırsın?

Mən özüm Azercell abunəçisiyəm və heç də onlardan şikayətçi deyiləm, çünki Azercellin Bakcelldən fərqli olaraq çoxlu VAS (Value Added Services) xidmətləri və normal qiymətləri var ki bu da ucuz və ya havayıya qaçmayan prestijli abunəçiləri özündə saxlayır və Nar-dan fərqli olaraq öz şəbəkəsi var, daxili rouminq yoxdur Azercell-də. Qısaca nə varsa göz qabağındadır. Mənə əsas qiymət yox keyfiyyət maraqlıdır ki o da Azercell-dədir. Həm də azad ölkədə yaşayırıq bu məqaləmi oxuyub o dəqiqə gedib Azercell nömrə almaq fikrinə düşməyin, bəlkə Nar və Bakcell-in rəhbərliyi bu məqaləmi sizdən qabaq oxuyub və tənqidim onları düşündürməyə vadar edib, bəlkə uje nə isə eləyirlər?

P.S. Hər gözəlin öz ayıbı var, Azercell barədə növbəti məqalələrimdə yazacağam.

6 Responses to “Bakcell və Mobil internet”

  1. Toyota Surabaya…

    […]Bakcell və Mobil internet » Aliev.İnformasiya Merkezi[…]…

  2. Dr_Virus says:

    men hemis azer_cell abunecisi olmusam. Kecen ilden bak_cell-e kecmisem. Eslinde kecen il 2 nomre isledirdim. Indi bak_cell normal fealiyyet gosterir[az_cell qeder olmasada] ve bu meni qane edir. maddi cehetdende serf edir. ne ise. 3 operatorumuza da ugrlar. InsAllah tezlikle bizde de 3G olar 🙂

  3. qartal says:

    uje?))))))))))))))

  4. Adınız says:

    men ozum bakcell isledirem mence azercellden super isleyir

  5. Rafiq says:

    Məncə ümumiyyətlə internet bütün opratorlarda pulsuz olmalıdır.

    Tutaq ki, wap.xana.az’ dan nəsə yükləyəndə kontur çıxılırda daha nə üçün internet istifadəsinə görədə pul ödəməliyəm?

  6. kanan says:

    vaxt tapanda mene de email yaz ele bele mirta

Leave a Reply

*