Latviya səyahətim

Monday, 3 March, 2008 04:45

Bu səyahətim təsadüf nəticəsində, ən son vaxtda baş tutdu. Demək olar ki Riqaya getməyə inanmırdım. İlk dəfə Riqada olanda orda olmağıma çox peşman olmuşdum. Qiymətlər elə bil kosmosdan götürülüb necə deyərlər dədələrinin qiymətlərini qoyublar üstünə, hələm olduğumuz Hostel-de 1 otaqda 6 nəfər, karoçe ilk təəssüratlar çox pis idi. Sabahısı günü şəhərə çıxdıq…həə, bax onda uje bildim ki Avropadayıq…özü də necə Avropada…hara baxırsan qadınlardır, hamısı da tip:) özü de 90x60x90, amma meymuna oxşayırlar. Fikirlərim qarışıqdır, ola bilər ki başa düşüləsi yazmayım, amma çalışın. Hə orda avtobus, tramvaylarda, hətta küçələrə reklam plakatları yapışdıranlar da qadınlardır. Bircə onu deyə bilərəm ki, Azəri qızlarının gözəllikləri, Latış qızlarının bədənləri(fiqurey-i:) və Ukraynalı qızların xasiyyətləri hansısa gözəlimizdə olsa ooooo, təəssüratlarını deyə bilmərəm…orda bir şey də icad etdim. Latış sözü Talış sözünün xalası qızıdır:)

Latviyada 2 şəhərdə oldum, Riqa və Yurmala. Yurmalaya ekskursovodla getmişdik, o dəniz (göl idi ya da) qırağında bir şəhərdir. Orda yayda çox adam olur. Novaya Valna adlı musiqi yarışması keçirilir və hamı ora yığılır. İndi sakitçilik idi 🙂 Dənizin sahilində isə bizdəki kimi küləkdən əsər əlamət yox idi, torpaq da çox ya da yox hədsiz narın idi. Sonra orda bizim tarqovuya oxşar bir küçə ilə getdik və orda bir kafedə oturduq. Kafedə hərəmiz nə isə sifariş etdik. Çörəksiz yemək yedik, amma yeyən kimi adamı tuturdu. Yurmalada sonra qatara getdik və Riqaya qayıtdıq. Hə bir də orda oğlan siqaret çəkirdi və birdən yadına düşdü ki Yurmalada dəniz qırağında siqaret çəkmək olmaz və əgər onu tutsaydılar haradasa 50 avro cərimə edəcəkdilər. Kaş belə qaydalar bizdə olaydı ki qayda pozanı cərimə etsinlər. Gör onda Bakının küçələri necə təmiz və iqtisadiyyatımız necə inkişaf edərdi.

Riqa-da Starıy Riqa adlı yer var, orda qalırdıq, elə bil ki bizim İçəri Şəhərdir. Hətta ingiliscə adı bizdəki kimi Old City adlanır. İçəri şəhərdən 3 fərqi var idi. 1) küçələri enli idi. 2) Orda hər yer təmiz və təmirli idi. 3) yağış yağanda heç yanda palçıq gözə dəymirdi. Riqada işıqforda adam şəkli yaşıl olanda yolu keçirlər, bizdə isə həm yaşıl, həm də qırmızıda yol keçmək olar. Riqada sovet maşını yoxdur. Latış dilini inkişaf etdirmək üçün dövlət bəzi qadağalar qoyub. Məs: hər yerdə yazılar Latış dilində olmalı, latış dilini bilməyən dövlət işində işləyə bilməz və s. Hə bir də vətəndaşlıq məsələsi Latviyada əhali arasında problemdir. Belə ki, onlarda Latviya vətəndaşı və məskunu var. Pasport da o cür verilir Latviya vətəndaşı və Vətəndaşı olmayan. Latviya vətəndaşı Latviyanın çoxdan yaşayan əhalisi və onların övladlarıdır, sakinlər isə ruslardır. Onlar vətəndaş olmaq üçün imtahan verir və əgər imtahanı keçə bilirlərsə Vətəndaş olurlar. Riqada Occupation (işğal) muzeyi var ki onlar Sovet dövrünü Rusların onları işğal altında saxlaması adlandırırlar. Qadınların orda çox olmasının səbəbi də elə Ruslardır ki müharibə vaxtı onların çoxu həlak olmuş və kökləri kəsilmişdir. İndi-indi özlərinə gəlirlər.

Sonda onu deyə bilərəm ki Latviya gözəl ölkədir. İlk təəssüratlar mənfi olsa da, sonda müsbət nəticə ilə Vətənə qayıtdım. Sizlərə də oraları gəzməyi arzu edirəm.
Latviya səyahətim

5 Responses to “Latviya səyahətim”

  1. Rashad says:

    AirBaltic-le bagsli sheklin yeri varrrr!!!

  2. Rəşad Əliyev says:

    Rafiq İM-dir 🙂
    Səfər haqda ayrıca yazacağam.

  3. Rafiq says:

    Bu qədəryazıda səfərin məqsədi haqda heç bir məlumat yoxdur.

    Qızlar gözəldir bildik amma ora qızlar üçünmü getmişdiniz?

    P.S diyəsən ortada şarflı İlqar Mirzədir, öz özümə düşünürəm əgər İM ilə getmisinizsə elə onda başqa şey adamın ağlına gəlməz 😛

  4. Rashad says:

    Tarixin yaddashina hekk elemisen ki bizi 😉 Halaldi

  5. Rəşad Əliyev says:

    Bir də gələndən sonra İnternetlə 1 nəfər Latviyada qalan yerlimizlə tanış oldum, gələn dəfə gedəndə daha biləcəyəm ki yerli tanışım da var orda

Leave a Reply

*