BarCamp Baltics

Monday, 10 March, 2008 06:24

Fevral ayının məqaləsini indi yazmağı qərara aldım. Fevralı ayının 8-10-u Riqa-da BarCamp Baltıcs 2008 adlı sosial şəbəkələr, bloqlar, yeni media, podkastlar, vətəndaş jurnalistikası, web 2.0, openSource və s. bununla əlaqədar Qeyri Konferensiya keçirildi. Biz də orda iştirak etdik. İlk dəfə olduğumuz üçün çox maraqlı idi. Orda hamının bloqu var idi (Bura gələndən sonra mən də bloq açdım uje : ) Azərbaycandan Emin Hüseynov, Rəşad Mehbalıyev, Elmar İsmayılov, İlqar Mirzə və mən (Rəşad Əliyev) iştirak edirdik.
Konferensiyanın çox maraqlı qaydaları var idi. Belə ki iştirak edənlər həm də təşkilatçı kimi idilər, hərə özü bildiyi kimi Qeydi Konferensiyanın maraqlı olması üçün əlindən gələni edirdi, kimi şəkil çəkir, kimi müsahibə götürür, kimi video çəkir və s. Əsas odur ki boş dayanmayasan.
Seminarın I günü Konferensiyanın qeyri rəsmi açılışı idi. Oynadıq, digər ölkələrdən gələn iştirakçılarla tanış olduq və s, günümüzü maraqlı keçirtdik. Sabahısı günü Qeyri Konbferensiyanın rəsmi açılışı və Prezentasiyalar günü idi. İxtiyarımızda 6 zal var idi, və proqramda kim çıxış edəcəkdisə öz adını qeyd edirdi. Bizlərdən Rəşad Mehbalıyev mail qruplar haqda mən isə Mobil Reklam barədə çıxış etdik. Mənim çıxışım üçün hazırladığım faylı burdan yükləyə bilərsiniz (yüklə).
II gün (10-u) Qeyri Konferensiyanın son günü idi. Burada BarCamp-i təşkil etmək barədə və PeÇa kuça keçirildi. PeçaKuça bilməyənlər üçün (heç özüm də bilmirdim) qısa izah edirəm. Bu yeni təqdimat növüdür 2003-cü ildə yaradılıb, 20×20 prinsipi ilə aparılır, yəni ki 20 prezentasiya və hərəsinə 20 saniyə vaxt verilir.
Beləcə BarCamp haqda qısa yazdım. Ətraflı olaraq isə sizləri bu il keçiriləcək lokal BarCamp Azərbaycan-da gözləyəcəyik.

One Response to “BarCamp Baltics”

  1. Rəşad Əliyev says:

    Keçən ilk BarCamp Türkiyədə də keçirilmişdir.
    Bizdə isə bu keçiriləcək. Sizləri də orda gözləyirik.

Leave a Reply

*