Səhvsiz…

Wednesday, 12 March, 2008 12:39

Ola bilər bu yazdığım məqalələrimdə qrammatik səhvlər buraxım, amma ki kompüter terminlərində və bir də ki rus dilli Azərbaycan sözlərində səhvlər görəndə çox hirslənirəm. Bu məqaləmdə rastıma çıxan səhvlərdən yazacağam.
(012) 4368454 nömrəsinə zəng edirsən və o dəqiqə qəşəng bir qız səsi deyir “Salam siz Maxmedia reklam agentliyinə zəng etmisiniz. Dahili nömrəni bilirsinizsə…” Axı mən dahili nömrə nə olduğunu bilmirəm.
Başqa bir səhv, ən çox sual doğuran səhvlərdən biri Kompüter sözünün səhv yazılması. Yolda gedəndə reklamlarda, TV-də və ya internetdə çox rastınıza gəlib. Görürsən ki Kompüter yerinə Kompyutor yazılıb. Rus sözündən götürüb tərcümə edəndə belə də olacaq da, bir nəfərlə internetdə söhbət edərkən onun mənə yazdığı cümləni sizə yazıram: “Mən Kanpyutoru sökürəm” Bəh-bəh, görün nə superdir eee..və ya digəri ilə MSN-də soruşuram ki nə edirsən: cavabı: “Xakkerlik edirəm” get elə, amma ki xakker bilmirəm nədir, bəlkə xaker demək istəyir. İnkişaf gedir, özü də qızlar xakkerlik edirlər.
Başqa bir səhv İTV-də veriliş gedir. “Rəqəmsal Dünya”. Halaldı, onsuzda soxa soxdur, Uje Rəqəmləri də salırlar harasa. Mən bilən Rəqəmsal, Digital sözündən götürülüb, türkcə sözüdür, Azərbaycanca Rəqəmli deməkdir.
İnkişaf etmiş Azərbaycanda, Qarışqa kimi çoxalmış İnternet zalların birində. Uşaq gəlib oturub kompüterin qabağında və nəzarətçiyə geyir. Qaqaş mənim üçün ŞaqŞaraxı ( yəni Klaviaturanı ) elə qoş ki mən Geta oynaya bilim ( GTA oyunu ).
Avtomobil sahəsində də belə inkişaf var. Bu yaxında saytımın görüşünü etmək istəyirdim, bir nəfər özünü tərifləmək üçün yazır. Mən də gələcəyəm, ağ Prarado ( Yəni Prado ) olacaq məndə.
Bu cür terminləri öyrəndikdən sonra istəyirəm gedim Kanpyutoru yandırıb, ŞaqŞaraxı götürüm və xakkerliklə məşğul olum. Bəs siz necə??

7 Responses to “Səhvsiz…”

  1. Nurlan says:

    Bu başqa məsələ 🙂 Daha çox amerikan tərzinə oxşuyur. baxmaq istəsən bu cür də olar yazmaq, amma o artıq CV yox resume adlanır. ))
    http://www.youthline.org/articles/images/resume4.gif

    Yazmağa gəldikdə, tək yazmaqnan da olan iş deyil, yazılanı oxuyan lazımdı. Bizimkilərdə əyləncə saytları əvəzolunmazdır 🙂

    Uğurlar

  2. Rəşad Əliyev says:

    Savadsızlığın qarşısını biz gənclər almalıyıq, ona görə də tanış bilişə hər dəfə nəyi isə səhv edəndə kömək etməliyik. Hərəmiz bir sayt açıb orda bildiklərimizi yazsaq kifayət edər.

    P.S.-ə cavab:) Hazır proqramlar xoşlamıram, ona görə özüm yazdığım skripti qoşmuşam burda.

    CV-mi artıq nə qədər müddətdir ki yeniləmirəm. Son dəfə bunu hazırlamışam, istəsən baxa bilərsən.

  3. Nurlan says:

    Savadsızlıqdır hər şeyin kökü, vaxt var idi kompüterə də internet deyirdilər 😀

    Sözün düzü bunun əsl səbəbi odur ki, bizdə dil düzgün tədris edilmir. Adam kimi, sadə inşa yazıb fikrini çatdırmaq əvəzinə, imtahanlarda əzbər qrammatika soruşurlar uşaqlardan. nəticəsi də budur.

    PS: özünə blog hazırlamağını alqışlayıram amma bunu vördpress zad elə daha fancy olsun 😀
    CV-də bir iki yanlış var, düzəltsən pis olmaz.

    Uğurlar

  4. Rəşad Əliyev says:

    Rashad Antireklam özü elə reklamdır 🙂 Gör indi ora nə qədər adam zəng edib 🙂
    Vüsal, O bir yana dayaz eşitməmiş olmazsan?? Azərbaycanda ən xod gedən urusdilli xəbər saytı 🙂

  5. Rashad says:

    Maksmedia-nin antireklami ile meshgulsan? =))

  6. Rashad says:

    Kanpyutoru yandir, ShaqSharaxi gotur, xakkerlik ele :=)) Arada riqlovka (requlirovka – tenzimleme) elemek yadunnan cixmasin =))))))))

  7. Vüsal dü Marketoblog says:

    Ay Reşad kefden danışırsan e. Bizden meyl (mail) evezine mail (yazıldığı kimi) oxuyan kimi eyser’e (acer) ele yazıldığı kimi acer deyen kim…
    ŞakŞarak’ı ise Jak Şirak üçün deyen eşitmişdim amma bunu yox:)

Leave a Reply

*