İnformasiya Texnologiyaları sahəsində birgə inkişaf edək

Saturday, 22 March, 2008 12:48

Son zamanlar hamımız Dünyada İnformasiya Texnologiyalarının necə inkişaf etdiyinin şahidi olmuşuq. Bu bizimkilərin də yanından vaz keçməyib. Məqalələrimin birində Rafiqin etdiyi tənbehi nəzərə alıb hətta gedib ADSL də aldım ki görüm bu dünyada nələr var, o dəqiqə də facebook xəstəsi oldum. Heç düşmənimə də arzu etmirəm bu xəstəliyi. Əlimdə işlərim qala-qala oturub Sosial Şəbəkədə dostlarımla bir qrupda vaxt keçirdirəm. Düzdür dostları yada salmaq lazımdır, amma ki day həmişə də yox da, işlər bəs?
Nə isə bütün bunlar bir yana, keçək yeniliklərimizi. Son vaxtlar Bizdə də Blogginq, vətəndaş jurnalistikası inkişaf edib. Düzdür çox da sürətlə yox, amma ki inkişaf var. Tanıdıqlarımdan oxatan, blogran, blog.ilk10.az, blog.box.az. Burada Azəribloqun əvəzsiz rolundan danışmamaq olmur. Azəri Marketoloqlar arasında da blogginq inkşaf edib bunlardan mak.az saytının daimi üzvləri olan Rüstəmin, KİSSOT, Milli Marketinq, Shared Folders, Marketing Post, imho əvəzsiz rolları var. Bloq saytlarını saysam sonu bitməyəcək. Bəs bunları bir araya necə gətirək?
Bu məqsədlə də təkcə bloggerləri deyil, WAP-er, Sosial Şəbəkəçi, Veb Proqramçılar və bütün yeni texnologiya həvəskarlarını bir yerə toplamaq məqsədi ilə artıq BarCamp Azərbaycan təşkilatı fəaliyyətə başlayıb. İlk ən böyük seminarlarını 29-31 avqust tarixində Lənkəranda keçirilməsini planlaşdırıblar. Soruşduqda ki niyə bəs Lənkəran, cavab belə oldu ki kifayətdir hər yenilikləri Bakıda etdik, qoy bir az da bölgələrimiz inkişaf eləsin.
Bu BarCamp Dünyada 2005-ci ildə yaranmasına baxmayaraq bu tərəflərə 2007-ci ildən gəlib. İlk dəfə Ukraynada BlogCamp, Sonda bu il Latviyada BarCamp Baltics adı ilə, İyun ayının 7-9-u Tiflisdə BarCamp Qafqaz, Sonra Moskva, Bişkekdə keçiriləcək.
BarCamp Azərbaycanın ( seminar lokal keçiriləcək ) isə ilk olaraq Lənkəranda keçirilməsinin səbəblərindən biri odur ki gənc Mütəxəssislərimizi gələn il Azərbaycanda keçirtməyi planlaşdırdığımız BarCamp Qafqaza hazırlayaq. Odur ki siz də aktiv olun ki dafa sürətlə inkişaf edək.
Mən BarCamp Azərbaycana gedəcəyəm, Bəs siz necə – BarCamp Azərbaycana gedəcəksiz?

4 Responses to “İnformasiya Texnologiyaları sahəsində birgə inkişaf edək”

  1. Rashad says:

    Men de gedecem 😉

  2. Elvin says:

    Rəşad day denən Elvin arzusuna çatır dana yavaş yavaş, ən böyk arzumdu belə seminarların keçirilməsi, özü də Azərbaycanda Eşq olsun Azəri övladlarına Yaşıyıb yaradaq……

  3. Rəşad Əliyev says:

    Hardan bilim, Evdə bişmib qonşudan gəlməyib 🙂

  4. ilgar mirza says:

    Reshad, avqustda kechirilecek teddbir KONFRANS-dir, SEMINAR ise bu ay kechirilendir. Bunlar ferqli seylerdir.

Leave a Reply

*