Archive for May, 2008

Pulun var??? Var, var…

Saturday, 17 May, 2008 05:27

Pulun var??? Var, var...
Bu gün internetdə dünyanın ən varlı 100 adamının siyahısına baxırdım. Çox maraqlı məlumatlar əldə etdim və onları sizlərlə də bölüşdürmək istərdim.
Sən demə keçən ildən bu yana Bill Gates geriyə qalıb. Belə ki keçən il 56 milyard dollar pulu, 13 il Dünyanın ən milyarderi olan qaqaş, bu il 58 milyard pul yığıb, amma ki Amerikadan olan Warren Buffett adlı qaqaşla, Meksikadan olan Carlos Slim Helú 62 və 60 Milyard dollarla onu 3-cü yerdə qoyublar. Yazıq uşağı infarkt vurmasa yaxşıdır.
Növbəti gözümə dəyən maraqlı məlumatlardan biri o idi ki, sən demə Azərbaycanlılar da var bu siyahıda, amma ki Rusiya vətəndaşı kimi. Lukoil şirkətinin prezidenti Vahid Ələkbərov-un adını burada görəndə çox sevindim.
Statistikaya görə dünyada ən çox milyarderlər 1-ci yerdə Amerikada (371 Milyarder), 2-ci yerdə Almaniyada (56 Milyarder), 3-cü yerdə isə Hindistandadır (55 Milyarder).
Qonşu ölkələr olan Rusiya-da 53 Milyarder, Türkiyədə isə 25 Milyarder var.
Tez biz zamanda Azərbaycanlıların da rəsmi olaraq bu siyahıya düşməsi arzusu ilə sizlərə uğurlar.
Gəl bundan sonra yat da 🙂

Barcamp Caucasus 2008-ə dəvət!!!

Wednesday, 14 May, 2008 02:27

Barcamp Caucasus 2008Unikal BarCamp Caucause 2008 beynəlxalq konfrans Tiflisdə iyunun 7-8 keçiriləcək. Qafqaz ərazisində bloq, İT və Yeni KİV sahəsində belə geniş miqyaslı ilk tədbir olacaq. Konfrans Qafqazın və MDB-nin bir çox interaktiv və ənənəvi KİV-lərində geniş yayılacaq və rezonans qazanacaq.
İştirakçılar – İT-mühit işləyib hazırlayan liderlər, sabit oxuyucu auditoriyası olan saytların yaradıcıları və sahibləridir, bloqçular, internetlə maraqlananlar və istifadəçilərdir. BarCamp Caucasus 2008-in işinin ayrıca bir istiqaməti İT-texnologiyalarının yeni fəal istifadəçilərinin cəlb olunması, onların bu sahədə tendensiyalar və son işlərlə tanışlığı olacaq.
İndiyədək Azərbaycanda Barcamplarda yalnız 5 nəfər iştirak edib. Bu dəfəki Tiflisdəki Barcamp-da danışıqlar nəticəsində daha çox adamın iştirakı planlaşdırılıb. Barcamp Azərbaycan (www.barcamp.az) təşkilatçılığı ilə keçirilən bir sıra tədbirlər, seminarlar, Bakı və digər şəhərlərdəki təqdimatlar, xarici ekspertlərin dəvət olunması və s. işlərin görülməsi nəticəsində tədbirin təşkilatçıları Azərbaycandan ən azı 20 nəfərin (çox da ola bilər!) iştirakına zəmanət verir. İştirakçıların əksəriyyətinə yol pulu veriləcək. Yolpulu tədbir zamanı paylanacaq.

Yol qrantı almaq üçün nə etməli?

Bunun iki yolu var. Birincisi – Barcamp Caucasus zamanı prezentasiya (təqdimat) keçirmək. www.barcamp-kavkaz.org saytında qeydiyyatdan keçin, daha sonra Mikheil Japaridze (konfransın koordinatoru) j.misho@gmail.com emailina prezentasiyanızın mövzusunu, özünüz haqqında məlumatı rusca və ya ingiliscə göndərin. Bunun üçün çox az vaxtınız var. Mayın 16-sı son gündür. Sona saxlamayın! Cavablar 19-u bildiriləcək.
İkinci variant: Barcamp Caucasus-un Azərbaycan üzrə səfiri Emin Hüseynzadə-yə (emin@barcamp.az) özünüz haqqınızda və gördüyünüz işlər, maraqlarınız haqqında (maksimum 200 söz) yazın. CV-nizi də əlavə etməyi unutmayın. Cavablar Mayın 25-nə qədər veriləcək.
Unutmayın: Tiflisdə 1 gün qalmaqla bağlı bütün suallarınızı www.barcamp.azwww.barcamp-kavkaz.org saytına yönəldin. Həmçinin Mixeil Caparidzeyə də göndərə bilərsiniz. Tiflisdəki iştirak üçün xarici pasportunuz olmalıdır!
BarCamp Caucasushaqda məlumat: Bura işştirakçılar bu ölkələrdən/regionlardan gələcəklər: Qafqaz, Orta Asiya (Qazaxıstan, Qırğızıstan, Özbəkistan), Pribaltika (Latviya, Litva, Estoniya), Rusiya, Ukrayna, Belorusiya. Bununla belə, BarCamp Caucasus-da arzu edən istənilən şəxs iştirak edə bilər; Kiyevdə (2007-ci il) və Riqada (fevral – 2008-ci il) əvvəlki tədbirlərin təcrübəsi göstərir ki, iştirakçılar arasında İT-mütəxəssislər və Aİ ölkələri və ABŞ-dan bloqqerlər də olub.
BarCamp-ın fəaliyyəti haqqında informasiya Yeni KİV vasitəsilə (fərdi və qrup bloqları, sosial şəbəkələr, forumlar və s.) Qafqaz regionunda və MDB və Pribaltika ölkələrində, həmçinin Avropa və ingilisdilli bloq-mühitdə yayılır.

Bu da mən

Thursday, 8 May, 2008 01:53

he he..Axşam gözüdür. İndicə İnternetdə maraqlı bir sayt tapdım.

Baxın görün proqram məni kimlərə oxşadır 🙂

MyHeritage – бесплатные генеалогические деревья, генеалогия и технология распознавания лиц