Archive for July, 2008

İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi…

Monday, 28 July, 2008 10:58

26 İyul Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib.
İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi...İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi...
Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.
SAHİL İnformasiya Texnologiyaları Mərkəzinin rəhbəri Vahid Qasımov “İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi” mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını maraqlandıran çoxsayllara aydınlıq gətirilib.
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.
İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi...

Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Növbəti treninqdə Məruzəçi Emin Hüseynzadə olacaq və o treninqdə Bloqlar haqqında danışacaq.

WEB2 proqramçıları üçün…

Thursday, 24 July, 2008 18:46

Son günlər Seminar, Konfrans, Treninqlər barədə məqalələr yazıram. Bu dəfə bir az WEB (əsasən də PHP) proqramçılar üçün lazımi alətlər haqqında yazmağı düşündüm. Dünən Adil bizdə idi, Ajax səhifələr-də load olunarkən çıxan indikator barədə danışdı və onları axtardığını dedi. Mən də eləmə tənbəllik axşam başladım axtarmağa. 1-2 maraqlı link çıxdı qarşıma www.ajaxload.info saytı, çox gözəldir. İstədiyin növ formanı və rəngini seçirsən sonra qəbul edəndən sonra onun görüşününə baxıb yükləyə bilərsən. http://mentalized.net/activity-indicators/ ünvanında isə bəzi dizaynerlərin düzəltdikləri indikatorlar və saytlarının ünvanları qeyd edilib.

Sonra isə PHP proqramçılar üçün daha bir maraqlı proqram haqqında danışım. Demək belə, yəqin ki çoxlarınız mənim kimi PHP-ni editorlarda yazırlar. Əsasən də EmEditor 🙂 PHP-nin xüsusi Visual Basic kimi Visual redaktoru olması barədə məlumatı yoxdur. Belə ki bu yaxınlarda Delphi özünün xüsusi Delphi For PHP paketini hazırlayıb istifadəçilərə verib. Bu sistemdə çox imkanlar var, mən hardansa onun crackini tapmışdım. Əgər kimə isə lazım olsa xəbər eləsin kompüteri qordalayıb onu saytda qoyum yükləyin. Hələlik isə proqram haqqında burdan oxuya bilərsiz. http://delphiforphp.ru/

Azərbaycanda WAP və inkişafı mövzusunda olan seminar haqqında

Wednesday, 23 July, 2008 06:57

Dünən 22 İyul, Azərbaycanda WAP və inkişafı mövzusunda seminar oldu. Məruzəmin uğurlu alınıb alınmamasını dinləyicilər deyə bilər. Özüm onu deyə bilərəm ki çox səs-küyə səbəb oldu bu seminar, maraqlı müzakirələr gedirdi. Press reliz və şəkilləri yaxın günlərdə yerləşdirərik. İndi isə Seminara gələ bilməyənlər üçün təqdimatın faylını yerləşdirirəm.

Yüklə

Yeni formatda MiniBar olacaq

Sunday, 20 July, 2008 08:19

BarKamp Azərbaycan 2008-in şəbəkəsində qərara gəldik ki MiniBarlarımızın formatını bir az dəyişək. Ona görə də növbəti MiniBar-ımız haqqında elan verdik.
22 iyul, saat 16:00-da “BarKamp Azərbaycan 2008″ qeyri-kofransına hazırlıq çərçivəsində təşkl edilmiş növbəti MiniBar olacaq.
Yeni formatda təşkil edilmiş MiniBar-da BarKamp haqqında məlumatdan başqa hər hansı bir mövzu haqqında seminar olacaq.

Mövzu: Azərbaycanda WAP və inkişafı

Seminarın planı:

  • mobil İnternet və wap
  • mobil internet istifadəçiləri
  • mobil saytlar
  • mobil operatorlarda vəziyyət
  • azərbaycanda wap-dan qazanc
  • dünya praktikası

Məruzəçi: Rəşad Əliyev

Ünvan: “RİA Novosti” agentlyinin zalı (Bəşir Səfəroğlu küç. 195)

Əlaqə:

(+994 50) 6482737
rashad_a@barcamp.az
www.barcamp.az

İlk seminar baş tutdu

Saturday, 19 July, 2008 19:36

Düzdür treninqdə özüm iştirak edə bilmədim, amma ki Osman müıllimlə əlaqə saxladım dedi gözəl alınıb. Qısmət olsa növbəti treninqlərdə iştirak edəcəyəm.
İlk seminar baş tutduİlk seminar baş tutdu
Bu gün Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində təşkil olunan Treninqlərə start verilib.
Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edəcək.
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında Jurnalistlərə məlumat verib. O, Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu qeyd edib.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimli , BDU –nun Mətbuat Tarixi kafedrasının müdiri Cahangir Məmmədli və ekspert Azər Həsrət çıxış edərək Jurnalistlərin peşəkarlığı üçün İKT bacarıqlarına malik olmağın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və onlara Treninqlərdə uğurlar arzulayıblar.
İlk məşğələmin mövzusu “İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar “ haqında olub . Meqa şirkətinin təmsilçisi Qabil Qasımov vəı Zabil Ibayevin mövzu ilə bağlı təqdimatları olub. Treninq iştirakçılarını maraqlandıran çoxsaylı sualları nəzərə alınmaqla praktiki nümunələr təqdim olunub.
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan TRENİNQLƏRİN MÖVZULARI

Saturday, 19 July, 2008 19:21

Bu yay nə isə seminar və treninqlərlə zəngindir. Jurnalistlərin İKT hazırlığının inkişaf etdirilməsi məqsədilə təşkil olunan treninqlərin mövzuları artıq hazırlanıb.

Mövzuları sizə təqdim edirəm.

  • 19 iyul 2008 (bu gün:)
    İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı.
    Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar.
    Qabil Qasımov – Meqa şirkəti
  • 26 iyun 2008
    İnformasiya mübadiləsi proqramları. E-mail. Messengerlər. Audio və video konfrans. Audio və video fayllarla iş. Audio və video faylların internetdə yerləşdirilməsi.
    Vahid Qasımov – Sahil İT
  • 02 avqust 2008
    Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri.
    Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları.
    Emin Hüseynzadə – ekspert (Blogger)
  • 09 avqust 2008
    Elekron xidmətlər. Online ödəmə. Elektron sorgular. Elektron ticarət. Elektron formada alqı-satqı əməliyyatlarının icrası. İnternet bankinq.
    Fərid İsmayılzadə – Silverkey.az
  • 16 avqust 2008
    Kompüterlərdə və internetdə təhlükəsizlik. Viruslar və antiviruslar. Antivirusun yeniləşdirilməsi. Viruslardan və haker hücumlarından müdafiə üsulları. Spamlarla mübarizə. Antişpion proqramlardan istifadə.
    Emin Hüseynov – Ekspert (ilk10.az)
  • 23 avqust 2008
    Mobil internet. Mobil resurslardan effektiv istifadə qaydaları. Wap resurslar. WAP xəbər saytları. WAP –dan jurnalistikada istifadə.
    Mobil telefonla xəbər axtarışı. Mobil təhlükəsizlik.
    Rəşad Əliyev – wap.xana.az

Jurnalistlərin İKT bacarıqlarının artılrılmasına dəstək

Wednesday, 16 July, 2008 18:55

Bu yaxınlarda Multimedia Mərkəzindən Wap ilə əlaqədar treninqi aparmaq barədə bir təklif aldım və bu gün artıq mənə xəbər verdilər ki artıq treninqlər başlayır. Proqramı ətraflı olaraq bu yaxınlarda sizlərə təqdim edəcəyəm. İndi istə treninq haqqında qısa bir məlumat.
Treninqlərdə media sahəsində ( qəzet, Agentlik, TV və radio, informasiya saytı və s.) çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edə bilərlər.
Treninqlər İnformasiya Cəmiyyətinin formalaşması və onun xüsusiyyətlərini əks etdirən, eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək.
Bir qrup üzrə 12 Treninqin keçirilməsi nəzərdə tutulur.
Məşğələlər ölkədə İKT sahəsində bacarıqlı mütəxəssislər və ekspertlər tərəfindən aparılacaq.
Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmaq tələb olunur.
Treninqlər şənbə günü saat 11.00 – 14.00- dək keçiriləcək.

Treninqlərin təxmini mövzusu

  1. İnternetdə səmərəli axtarış üsulları. Az dilində axtarış. Axtarış saytlarında qeydiyyat. Sadə İnternet saytlarının və Bloqların yaradılması və istifadə qaydaları. Sosial resurslardan istifadə qaydaları.
  2. İnformasiya mübadiləsi proqramları ilə işləmək qaydaları ( Mail Proqramları, Skype, Win Messencer və. s)
  3. Dizayn, Tərtibat, Foto-dizayn proqramları ilə işləmək qaydaları , Qəzet tərtibatı ( Quark Express, Adobe Fotoshop, və.s.
  4. Prezentasiyaların hazırlanması,
  5. Kompüterdə ve İnternetdə tehlükəsizlik. Viruslar və antiviruslar, Spamlarla mübarizə.
  6. Mobil internet. Wap saytlarla iş. Mobil telefon və kompüterin inteqrasiyası. Mobil təhlükəsizlik.
  7. İnternetdə radio ve TV. Audio və video fayllar üzərində iş
  8. İnternetdə rəsmi saytlar. Internetdə açiqlanması məcburi informasiyalar. Rəsmi informasiyaların əldə olunması.
  9. Internetdə elektron və interaktiv xidmərtlər .Elektron hökumət. Online sorğular. Elektron səsvermə.

Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər aşağıdakı ünvana müraciət edə bilərlər.

Multimedia Mərkəzi
Xəyalə Mustafayeva
AZ1001, Bakı, M. Əfəndiyev k. 5
Tel. 492 44 44.
www.cit.az
multimedia@cit.az