İlk seminar baş tutdu

Saturday, 19 July, 2008 19:36

Düzdür treninqdə özüm iştirak edə bilmədim, amma ki Osman müıllimlə əlaqə saxladım dedi gözəl alınıb. Qısmət olsa növbəti treninqlərdə iştirak edəcəyəm.
İlk seminar baş tutduİlk seminar baş tutdu
Bu gün Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək”Layihəsi çərçivəsində təşkil olunan Treninqlərə start verilib.
Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edəcək.
Layihənin rəhbəri Osman Gündüz Layihə haqqında və Layihə çərçivəsində keçiriləcək məşğələlərin mövzuları və Trenerlər haqqında Jurnalistlərə məlumat verib. O, Layihənin əsas məqsədinin jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi verməkdən ibarət olduğunu qeyd edib.
Mətbuat Şurasının sədr müavini Umud Rəhimli , BDU –nun Mətbuat Tarixi kafedrasının müdiri Cahangir Məmmədli və ekspert Azər Həsrət çıxış edərək Jurnalistlərin peşəkarlığı üçün İKT bacarıqlarına malik olmağın mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər və onlara Treninqlərdə uğurlar arzulayıblar.
İlk məşğələmin mövzusu “İnternetdə axtarış. Azərbaycan dilində axtarış. Müxtəlif axtarış proqramları. Şəkil və digər müxtəlif formatlı informasiyaların axtarışı. Saytların qeydiyyatı. Kataloqlar. Jurnalistlər üçün internet resurslar “ haqında olub . Meqa şirkətinin təmsilçisi Qabil Qasımov vəı Zabil Ibayevin mövzu ilə bağlı təqdimatları olub. Treninq iştirakçılarını maraqlandıran çoxsaylı sualları nəzərə alınmaqla praktiki nümunələr təqdim olunub.
Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.

Layihə İREX təşkilatı tərəfindən dəstəklənib.

Leave a Reply

*