WEB2 proqramçıları üçün…

Thursday, 24 July, 2008 18:46

Son günlər Seminar, Konfrans, Treninqlər barədə məqalələr yazıram. Bu dəfə bir az WEB (əsasən də PHP) proqramçılar üçün lazımi alətlər haqqında yazmağı düşündüm. Dünən Adil bizdə idi, Ajax səhifələr-də load olunarkən çıxan indikator barədə danışdı və onları axtardığını dedi. Mən də eləmə tənbəllik axşam başladım axtarmağa. 1-2 maraqlı link çıxdı qarşıma www.ajaxload.info saytı, çox gözəldir. İstədiyin növ formanı və rəngini seçirsən sonra qəbul edəndən sonra onun görüşününə baxıb yükləyə bilərsən. http://mentalized.net/activity-indicators/ ünvanında isə bəzi dizaynerlərin düzəltdikləri indikatorlar və saytlarının ünvanları qeyd edilib.

Sonra isə PHP proqramçılar üçün daha bir maraqlı proqram haqqında danışım. Demək belə, yəqin ki çoxlarınız mənim kimi PHP-ni editorlarda yazırlar. Əsasən də EmEditor 🙂 PHP-nin xüsusi Visual Basic kimi Visual redaktoru olması barədə məlumatı yoxdur. Belə ki bu yaxınlarda Delphi özünün xüsusi Delphi For PHP paketini hazırlayıb istifadəçilərə verib. Bu sistemdə çox imkanlar var, mən hardansa onun crackini tapmışdım. Əgər kimə isə lazım olsa xəbər eləsin kompüteri qordalayıb onu saytda qoyum yükləyin. Hələlik isə proqram haqqında burdan oxuya bilərsiz. http://delphiforphp.ru/

Leave a Reply

*