Archive for August, 2008

Bloqlar günü

Sunday, 31 August, 2008 17:03

Bloqlar günü
31 Avqust bloqlar günüdür. Bu gün münasibəti ilə bütün bloggerləri təbrik edirəm. Həmçinin də bu gün BarKamp 2008 Azərbaycan-ın son günüdür. İndi isə keçək Bloqlar gününə. Bloqlar gündə hər bir blogger ən azı digər 2 bloq haqqında öz bloqunda yazmalıdır. Bu ənənəni saxlayaraq mən də keçirəm öz borcumu ödəməyə 🙂

Blog 1. Oxatan.com – Azərbaycan və Dünyadakı saytları araşdırır və onlara öz oxlarını atır. Oxatan hal hazırda BarCamp Azərbaycan 2008-də iştirak edir və Bloqosfera haqqında maraqlı bir təqdimatı oldu. Bu işdə Oxatana uğurlar diləyirik.

Blog 2. only4u.azeriblog.com – Ritanın ən son texnologiyalardan yazdığı blog saytı. Sayt son vaxtlar demək olar ki yenilənmirdi, bu gün BarCamp ilə əlaqədar olaraq yenilik olundu saytda.

Blog 3. marketingdefteri.blogspot.com – İlk rastıma gələn Marketinq bloqlarından biri. Rüstəm yaratdığı bu bloqda əsasən öz işi ilə əlaqədar olan avtomobil haqqında araşdırmalarından yazır.

Blog 4. www.img.az – Mirzoidin foto bloqu, Çoxdandır ki yeniliklər olunmur saytda. Dediyinə görə BarCamp-dan sonra yeniliklər edəcək.

Bu siyahıda çox yaza bilərəm, amma ki İndi yorğunam. Bütün bloggerləri onların günü münasibəti ilə təbrik edirəm.

Kompüterlərdə və İnternetdə təhlükəsizlik

Saturday, 16 August, 2008 15:32

Kompüterlərdə və İnternetdə təhlükəsizlik
Bu gün Azərbaycan İnternet Forumunun təskil etdiyi layihə nəzdində İlk10 saytının yaradıcısı Emin Hüseynovun Kompüterlərdə və İnternetdə təhlükəsizlik mövzusunda treyninqi keçirildi. Treninqdə Emin Hüseynov Kompüter təhlükəsizliyi mövzusunda Ehtiyat nüsxələnmə (backup), Ehtiyat məlumatların saxlanması üçün istifadə olan proqramlar, viruslar, virusların yaranması, viruslardan qorunma, antiviruslar haqqında ətraflı məlumatlar verdi.

Treninq vaxtı Emin Hüseynovun Ehtiyat nüsxələnmə üçün istifadə edilən NTBackup proqramı haqqında verdiyi məlumatı videoya çəkib YouTube atmışam, videoya burdan baxa bilərsiniz.

Emin Hüseynov İnternetdə təhlükəsizlik barədə danışarkən hamının tez-tez rast gəldiyi aldadıcı reklamlar barədə məlumat verdi. Belə ki bəlkə də sizin də qarşınıza çıxıb, məktub gəlir, və məktubun mövzusunda Nigeriada çevriliş baş berməsi və Baş nazirinin həyat yoldaşının 1 milyard dollar pulu olması, o pulu öz qohumlarının hesabına keçirdə bilməməsi və sizdən xahiş edir ki bu pulu sizin hesabınıza keçirtsin və bu puldan 10%-ini sizə verməsini söz verir. Sonra məlumat verir ki bəs siz özünüz üçün Hansısa Bankda hesab açmalısız və öz məlumatlarınızı (parol və s şəxsi məlumatları) ona verməlisiz. Sonra bir müddət keçdikdən sonra həmin Baş Nazirin arvadından məktub gəlir ki bəs sizin hesaba pul keçirtmək üçün Bank hesabınızda heç olmasa 10 000 dollar olmalidır. Siz də gedib borc xərc o qədər pulu tapıb qoyursuz hesaba ki onsuzda 1 milyard gələcək də 10 000-i ordan çıxaram sonra. Pulu hesaba qoyduqdan sonra o adam yoxa çıxır pulunuz da həmçinin. Emin Hüseynov bu cür aldadıcı məktublar və ya siz indi 1 milyol dollar uddunuz kimi reklam, spamlara, viruslara yoluxmamaq üçün internetdə ehtiyatlı istifadə etməyi tövsiyyə etdi.

Kompüterlərdə və İnternetdə təhlükəsizlik
Fasilə vaxtı hətta ad günü tortu da yedik. Ad günü münasibəti ilə İlahə-ni təbrik edirəm. Böyük qız olasan.

Fasilədən sonra, virusa nümunə kimi Osman müəllimin Flash kartında olan virusu tapdı və Flash kartı kompüterə salan kimi Virus Troyanını tapılması barədə məlumat verildi. Emin-in kompüterində 3 Antivirus proqramı olduğu halda onlardan biri olan Avira Antivirusu virus barədə məlumat verdi və onunla nə etmək istəyəcəyi barədə sorğu verdi. Sonra isə Emin nümunə kimi virusun işləmə prosesini göstərdi.

Emin Hüseynov İnternetdə təhlükəsizlik haqqında kifayət qədər məlumatlar verdi. Saytların Vebustalarının kompüterlərindəki virsların hesabına onların yaratdıqları saytlarda yaranmış problemlər (reklam virusları və s) barədə nümunələr göstərdi. XSS barədə məlumat verdi və jurnalistlərin bunlarıbilməsi, qarşısıya çıxan problemi aradan qaldırmaq üçün nələr etmak lazım olduğunu dedi.
Emin Hüseynovun treninq vaxtı istifadə etdiyi təqdimat faylını burdan yükləyə bilərsiz.

Bu cür maraqlı treninqi təşkil etdiyi üçün Osman Gündüzə və maraqlı treninqə görə Emin Hüseynova dərin minnətdarlığımı bildirirəm.

Azərbaycanda WAP və İnternet istifadəçiləri

Friday, 15 August, 2008 12:10

Azərbaycanda WAP və İnternet istifadəçiləriAzərbaycanda 32 İnternet provayder var, lakin internet istifadəçilərinin sayı 1 milyona yaxındır. Bu isə Azərbaycan əhalisinin 12%-inə yaxınının İnternetdən istifadə etməsi deməkdir. Lakin mobil İnternet (WAP) istifadəçilərin sayı bundan çoxdur. Buna sübut kimi Azercell (3.5 milyon), Bakcell (2 milyon), Nar Mobile (500 minə yaxın və ya ola bilər çox) abunələrin sayı və o istifadəçilərin 30%-inin mobil internet istifadəçisi olması göstərir ki Azərbaycanda hal hazırda Mobil İnternet istifadəçilərinin sayı adi internet istifadəçilərinin sayından çoxdur. Məktəblərin internetləşməsinin hesabına bu faizllər bərabərləşə bilər lakin Mobil Operatorlar da bəzi dəyişikliklər eləsələr bu faizləri artıra bilərlər.

Mobil İnternet istifadəçiləri.

Azalma səbəbi

  • Yeni yaranan WAP saytların ömürləri çox olmur belə ki onlar yaranır və bir müddət fəaliyyət göstərdikdən sonra müflis olub bağlanırlar. Səbəb isə saytdakı pullu məzmunun çox baha başa gəlməsi lakin sayt sahibinə az qazanc qalmasıdır.
  • İstifadəçilərin çox hissəsi mobil internetdən istifadəni azaldır, çünki onlar hər hansı məzmun-u alarkən 1 dəfəyə ödəmə edirlər (1. sms, 2. GPRS-ə görə) və növbəti dəfə həmin istifadəçilər saytlara etibar etmirlər.
  • İnkişaf etmiş saytları hər hansı məzmun təminatçısı alır və o öz saytına yönləndirir ki bu da istifadəçilərin etibarını azaldır.
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürəti zəif olduğundan istifadəçilər Mobil internet istifadəsini yalnız vacib hallarda edirlər.

Bu cür getsə Mobil saytların sayı azalacaq və mobil internet istifadəçiləri də adi internet istifadəçilərinə çevriləcəklər.

Artım üçün təklifim

  • 3G texnologiyasını xoda salmaq
  • Mobil İnternet istifadəsi üçün trafikli paketlər və xüsusi endirim paketləri tərtib etmək
  • WAP trafikdən sayt sahiblərinə pulsuz yükləmələrdən faizlər vetmək
  • Pulla satılan məzmunda (SMS-lərdə) WAP trafikə görə pul çıxmamaq
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürətini gücləndirmək və sayt sahiblərinə pul qazanmaq şəraiti yaratmaq.
  • İstifadəçilər üçün WAP saytlardan istifadə üçün treninqlər təşkil etmək

Bunlar olduqdan sonra Azərbaycanda Mobil internetinin istifadəçiləri daha da artacaq.
Amma belə olmasa 1 ildən sonra Mobil İnternet istifadəçiləri Operatorların 5-10%-ini təşkil edəcək və bu statistika hər il aşağı düşəcək.
Bu işləri görmək üçün Operatorlara bir çox təkliflər edilib və nəticələr gözlənilir, amma onlar nə qədər çox yatsalar bir o qədər ziyanlarınadır 🙂

Azərbaycan İnternetinin istifadəçilərinin zəif olmasının səbəbi.

  • İnternetin sürəti zəifdir
  • İstifadəçilərin marağına səbəbə olacaq Məlumat xarakterli portal yoxdur
  • Alış veriş eləmək üçün sayt yoxdur
  • İstifadəçilər İnternet deyəndə tanışlıq sistemi ya da ki dayaz fikirləşirlər.
  • Və s…

Təklifim

  • GoldenPay sistemi ilə birlikdə PayPal və s. Ödəmə sistemlərini Azərbaycana gətirmək
  • İstifadəçilərin internet haqqında fikirlərini dəyişmək üçün normal portallar yaratmaq.
  • Treninqlər eləmək
  • İnterntin sürətini artırmq, qiymətini aşağı salmaq

Bunun üçün isə Azərbaycan dövlətinin yatırmağa Nefti var, pulu var amma ki bilikli kadrları azdir və onlar da artıq gözləməkdən bezib.
Görək nələr olacaq 🙂

Western Union Azərbaycan

Thursday, 14 August, 2008 10:48

Western Union Azərbaycanİndicə LENT.AZ saytında oxuduğum bir xəbər məni çox sevindirdi. Belə ki artıq Kuba, Türkmənistana yaxınlaşmağa doğru getdiyimizi fikirləşirdim. İyul ayının 30-dan Azərbaycanda ən tanınmış pul koçürmə sistemi olan “Western Union” və onunla eyni vaxtda Moneygram və s bu tip xırda pul köçürmə sistemləri də bağlanmışdı, səbəb isə bu cür sistemlərin Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərməsi olmuşdu.
Bu gündən isə, artıq bu sistemlərlə pul köçürmələri bərpa edildi. Bu çox sevindirici faktdır ki Azərbaycan öz siyasətini yeridib istədiyinə nail olur və eyni vaxtda belə inkişaf etmiş sistemlərin Azərbaycandan getməməsi üçün “Western Union” kimi sistemlər əlindən gələni edirlər.

Bu arada mövzudan kənar da olsa 🙂 gözləyək görək Azərbaycanda PayPal, WebMoney kimi eCash sistemləri haçan gələcək.

box.az 8 yaş…

Monday, 11 August, 2008 11:22

box.az 8 yaş…Bu yaxınlarda Azərbaycanda ən böyük və tanınmış elektron poçt servisi olan box.az saytının 8 yaşı tamam oldu. Bu münasibətlə dünən saytın rəhbərliyi Azərbaycanın internetində dəyişikliklər eləmiş bir neçə gənci bir yerə toplayıb bunu qeyd etdilər. Toplantıda saytın yaranması, statistik məlumatlar, gələcək planları və mövzudan kənar olaraq Azərbaycan İnternetindəki durum barədə də müzakirələr elədik.

İşlərim olduğundan tortun kəsilməsinə qədər qalmadığım üçün təəssüf edirəm. Amma ki çox sevindim ki mən də bu cür intellektual inkişaf eləmiş gənclərin arasında öz fikrimi bildirə bildim.

Sonda box.az-ın 8 yaşı münasibəti ilə təbrik edir, gələcəkdə daha da yeni funksiyaların əlavə edilməsini və uzunömürlü olmasını arzulayır və Fərid Məmmədova təşkilatı işlərə görə dərin təşəkkürümü bildirirəm.

Treninqdən…

Saturday, 9 August, 2008 14:56

Treninqdən...

Hal hazırda Fərid İsmayılzadənin Elektron Ticarət haqqında keçirtdiyi treninqdən gəlirəm. I hissədə Fərid Bəy dünya praktikası barədə qısa məlumat verdi. İndi II hissə başlayıb. Fərid bəy bu hissədə Azərbaycandakı Elektron Ticarət haqqında danışdı.

13:10 – Dünya praktikası, Əsasən yaxın ölkələrimizdən olan Latviyanın praktikası barədə danışır.

13:15 – GoldenPay-ın demosunu göstərir. Test üçün Aztelekom İstehsalat Birliyinin ödəmə sistemini nümunə göstərir. Təhlükəsizlik və s məlumatlar verir.

13:25 – Bank və GoldenPay sisyemi ilə müqavilənin bağlanması prosesi haqqında məlumat verir.

Yeni qurulacaq layihələr barədə dəyərli məlumatlar əldə etdim. Qisaca onu deyə bilərəm ki bu treninqdən bir çox şeylər öyrəndim. İnşallah bu sistem xoda düşdükdən sonra Azərbaycan iqtisadiyyatının iknişaf edəcəyinə əminəm.

Osman müəllimə bu cür treninq təşkil etdiyi üçün, Fərid bəyə isə maraqlı treninqə görə dərin təşəkkürümü bildirirəm.

Final Photos

Saturday, 9 August, 2008 08:48

BarCamp Central Asia Final photos…

Download all photos (47.59 MB)

BarCamp Central Asia 2008 təəssüratlarım

Friday, 8 August, 2008 08:02

BarCamp Central Asia 2008 Avqust ayınnn 1-3-ü tarixində Qırğızıstanın paytaxtı olan Bişkek şəhərində keçiridi. Bişkekə getmək üçün birdəfəyə təyyarə olmadığı üçün Almata-dan getməli oldum. Əvvəlki postlarımda Almata haqqında yazmışam. Bişkek ilə Almata arasında 200 km ara var. Oa görə də ora Avtobusla getdim. Avtobus 3 saat yol getdikdən sonra Bişkekə çatdı, orda artıq Riqa və Tbilisi BarCamp-larından tanıdığım Rinat-gilin evlərində host oldum.
BarCamp Central Asia 2008
Avqustun 1-i, Qeydiyyat başlayır hamı artıq toplanırdı. Gürcüstandan heç kim gələmişdi, Azərbaycandan 1-cə mən (bizə tə Travel Grant verilmədiyi üçün heç kim getməmişdi, mən öz hüsabıa getmişdim), Ermənistandan isə 3 nəfər getmişdi, Onlara Ermənistanın Amıq Cəmiyyət İnstitutu sponsorluq eləyirdi. Qeydittan saat 17:00-da bitdi və uşaqlar 160 nəfərin qeydiyyatdan keçdiyini dedilər, sabahısı günü isə artıq qeydiyatdan keçənlərin sayı 200-dən çox idi.
BarCamp Central Asia 2008BarCamp Central Asia 2008
Axşam isə BarCamp Central Asia 2008-in açılışı münasibəti ilə Bar No1-də hamı yığılırdı. Bu açılış gecəsi super idi canlı müsiqi, doyunca oynadıq axırda hətta özümüz oxuyurduq.
BarCamp Central Asia 2008
Avqustun 2-si təqdimatlar günü. Gecəni pz təqdimatımı hazırlayıb, cəmi 2 saat yatmağıma baxmayaraq özümü gümrah hiss edirdim. 3 zal-da saat 11:00-dan 19:00-adək təqdimatlar idi. Azərbaycandan bircə mənim getməyimə baxmayaraq 2 təqdimat oldu. Onlar haqqında əvvəlki postlarımda yazmışam. Bu barcamp-ın indiyədək olduğum digər 2 BarCAmp-larda keçirilən təqdimatlardan fərqi o idi ki burda 2 Tlemost keçirildi. 1-i Azərbaycandan Vahid müəllimin Tememostu necə qurmaq haqqınd aolan təqdimatı, digəri isə indi Amerkada yaşayan Qırğızıstanlı Vəli-nin Yeni növ Vizit kartları barədə olan təqdimatı idi.Bu təqdimatda o Vizit kartlarında telefon nömrəsi əvəzinə sosial şəbəkələrdəki niklri və s. Yazmaq barədə danışırdı. Amma Vəli çox özündən razı uşaq idi, elə bilirdi ki təqdimata qulaq aanlar heç nə bilmirlər və s. Təssəvvür edin ki Sosial Şəbəkələrdən danışır və deyir: “Demək bax vizitkanın bu hissəsində öz MySpace nikini yazırsan” və sonra soruşur, “Bilirsiz də MySpace nədir?” Amma doyunca güldük onun belə özündən razılığına 🙂

Həə sonra “Joha və Max”-ın qızlar üçün sayt yaratmaları, Gigam-ın “Ermənistanda Video Blogging” haqqında, Özbəkistandan olan Sardar-ın “Mobile Bloggin” haqqında, Charles-in Operadakı Widgets, HTML 5 haqqında olan maraqlı və s. təqdimatlarda iştirak etdim. Çox maraqlı insanlarla tanış oldum. Elə onlardan biri Charles, hal hazırda Operada standartlaşdırma departamentinin sədridir. Ondan əvvəl isə o W3C-də işləmişdi.
BarCamp Central Asia 2008
Sonra Avqustun 3-ü İnnovation İncubator, amma bu dəfə də Riqadakı kimi uğursuz oldu. Ona görə də əvvəldən heç iştirak eləmədim İnnovation İncubator-da, Sonra isə bağlnış ilə əlaqədar olaraq hərəyə ürək sözünü deməyə 3 dəqiqə vaxt verildi.

Beləcə bu BarCamp-da bitdi. Növbəti BarCamp lokal barcamp-ımız olacaq. Azərbaycanda Avqustun 29-31-i tarixlərində. İnternet ilə əlaqəsi olan (Sayt sahibi, Blogger, İnternet User və s.) hər bir şəxsi orda görmək istərdim.

Növbəti treninq…

Thursday, 7 August, 2008 18:16

Növbəti treninq...Növbəti treninq...
02 Avqust tarixində Multimedia Mərkəzi tərəfindən “Jurnalistlərin İKT bacarıqlarının artırılmasına dəstək” Layihəsi çərçivəsində növbəti Treninq keçirilib.
Treninqdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və jurnalist-tələbələr iştirak edib.

Ekspert Emin Hüseynzadə “Bloqlar və onların yaradılması. Bloqların yeniləşdirilməsi. Bloq sistemləri. Bloqların reklamı. RSS. Anonimlik. Sosial resurslar və onlardan istifadə qaydaları” mövzusunda təqdimatla çıxış edib. Mövzu ətrafında praktiki nümunələr təqdim olunub. Treninq iştirakçılarını maraqlandıran çoxsayllara aydınlıq gətirilib.

Növbəti Treninqlərdə Jurnalistlərin İKT ilə bağlı bacarıqlarının təkmilləşdirilməsi istiqamətində digər mövzular ətrafında məşğələlər keçiriləcək.
Layihə çərçivəsində cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan treninqlərdə 60-dək Jurnalist iştirak edəcək. Həmçinin Layihə çərçivəsində İKT-dən yazan Jurnalistlərin şəbəkəsinin yaradılması , İKT ilə bağlı Jurnalistlər üçün metodiki vəsaitin hazırlanması və İnformasiya Cəmiyyətində medianın rolu ilə bağlı ictimai diskussiyaların təşkili nəzərdə tutulub.
Layihənin əsas məqsədi jurnalistlərin peşəkarlığının artırılmasına köməklik göstərmək, İnformasiya Cəmiyyətinin tələblərinə cavab verən jurnalistlər hazırlamaq, media subyektlərinin fəaliyyətini müasir tələblər baxımından təkmilləşdirmək üçün metodiki–informasiya dəstəyi göstərməkdən ibarətdir.

Barcamp – 02 August

Sunday, 3 August, 2008 15:24

Photos maded 02 August – Barcamp Central Asia

Thanks to Yury Byuchkou

Download ZIP version