Almata

Friday, 1 August, 2008 10:31

Avqust ayının 1-3-ü Qırğızıstanın paytaxı, Bişkekdə BarCamp Cenral Asia keçirilməsi planlaşdırılıb. Bu məqsədlə Netf ölkəsi, “İnformasiya Texnologiyalarının inkişaf etdirilməsinə” (dırnaq arasında : ) xüsusi marağın olmağımıza baxmayaraq, heç bir sponsor tapmadığımıza görə (İMAİR-ə müraciət etmişdik) və Ermənistandan olan komanda üçün sponsor tapıldığına görə hər şeyi atıb Azərbaycanı təmsil etmək üçün öz hesabıma (yay ayı olmasına, və s krizislərə baxmayaraq vətənə sevgim hər şeydən üstündür deyib) bu qeyri konfransda iştirak etməyi qərara aldım. Aerokassadan Bişkekə birdəfəlik reys olmadığı üçün 1 həftəlik (gedirəmsə bir az oraları da gəzim baxım) Almata-Bakı-Almata bileti aldım.

İyulun 29-31-i Almatada oldum. Azərbaycandan Pekin Yay Olimpiyasında iştirak edən Milli Komandamızın yığmaları ilə bir Təyyarədə getdik. Onlar ordan Pekinə gedəcəkdilər. Komandamıza uğurlaq diləyirəm, gələndə heç olmasa 10 Qizıl Medal-la qayıtsınlar. Almmatada İnfilyasiya və Krizis dövrünün olmasının şahidi oldum. İnternetin Qiyməti bizdən 2 qat bahadır. Belə ki internet klubda oturdum, orda 1 saat İnternet (Sürət 128 kbps) 250 tenge-dir. Tenge onların milli valyutalarıdır 1 USD = 120 Tenge. Texmini belə çıxır ki 1 saat İnternet 1.60-1.80 AZN-dir. Almatada 1-ci günü çox (29-u) çox gəzə bilmədim, yol yorğunu idim geden kimi yatmışdım. 30-u şəhərə çıxdım orda bizim Tarqovu kimi küçə var, adı Arbat adlanır hətta ÇUM (ЦУМ)-da var idi, içinə gidrim I mərtəbəsində gəzdim ancaq. Əsasən aparatura, telefon satışı idi. Sonra axşam üçün getdim Kok-Tepe adlanan yerə. Ora Kanatla çıxırlar, Bütün Almata ayaqlarının altındadır. Almata-ya gedərkən oranı gəzməyi məsləhət görürəm və bir də ki 1 karusel var onda fırlanmağı. Kanki kimidir, amma reysin üstü ilə gedir özün sürətini tənzimləyirsən, sürətlə gedir, əsl ekstrim sevənlər üçündür. Almata-da artıq bizdən fərqli olaraq azad İqtisadi Zona mövcuddur. Almata-dan sonra Bişkekə yola düşdüm, İndi Bişkekdəyəm Dostum Rinat və Həyat Yoldaşı Souli-gildə qalmışam. Bura gələn kimi artıq Opera-nın əməkdaşı ilə tanış oldum. Opera haqqında qısa əlumat verim ki Dünyada ən tanınmış Top 3 Brouzerlərdən biridir. Mərkəzi ofisləri Norvegiyadadır. Norvegiya Dünyanın ən varlı neft ölkələrindən biridir və oranın dövləti görünür ki artıq İnformasiya Texnologiyalarına pul ayırırlar. Amma bizdə Azad İqtisadi Zona-nın olmasına baxmayaraq Nexus və giydirmə (o kmpüterlərə əl vurmağa qorxuram : ) “KÜR komputerləri“ kimi istehsallarımız var. Özümlə Nexus-un Notebook-unu aparmışam, düzdür ilişir və s. Amma ki dizayni gözəldir, kim yaxınlaşıb baxanda kompüterimə o dəqiqə deyirm ki “Made in Azerbaijan” : ) Bununla fəxr edirəm ki nə isə olanda deyim ki öz malımızdır Vətənimizi xaricilərə tanıdım. İnanıram ki vaxt olacaq ki Bizim Vergisiz və Rüşvətsiz İqtisadi Zonamiz, Operadan da güclü Brouzerimiz, heç olmasa eBay kimi eShop dükanımız və s. olacaq. Çünki Azərbaycanda çox kəllə kadrlar var, onları bir yerə toplamaq üçün isə təkcə pul yox həm də ağıl lazımdır. Bunun üçün isə pulu yemək üçün ayırmaq yox artıq işləmək üçün ayırmaq lazımdır. : ) Hələlik bu qədər, BarCamp Central Asia-nın gedişi haqqında burda yazacağam.

Leave a Reply

*