Əlixan Səmədov balaban haqqinda kitab nəşr etdirib

Friday, 1 August, 2008 12:16

Əlixan Səmədov balaban haqqinda kitab nəşr etdiribDünən dostum Turxan çox dəyərli bir xəbər verdi mənə, oxuyanda çox sevindim, sizlərə də bu məlumatı öz saytlarınızda yerləşdirib yaymağı məsləhət görürəm. Xəbər sevimli ifaçımız Əlixan Səmədov haqqındadır.
Türkiyədə məşhur xalq nəfəs aləti – balaban ifaçısı Əlixan Səmədovun yeni kitabı nəşr olunub. Kitab “Balaban metodu” adlanır. Bu nəşrdə həmin musiqi aləti, onun hazırlanması, istifadə qaydaları haqqında danışılıb. Kitab üç dildə nəşr olunub: türk, rus və ingilis. Kitab PALMALİ şirkətinin dəstəyi ilə nəşr olunub. 136 səhifəlik rəngli və yüksək keyfiyyətlə çap edilən kitab balaban ifaçılarılar yeni bir yenilik olacaq. Belə ki, kitabda balabanın hazırlanması, ifası, tarixi və balaban üçün not təlimləri yer alıb.
Qeyd edək ki, məşhur Azərbaycan musiqiçisi Əlixan Səmədov bir neçə ildir ki, Türkiyədə yaşayır və işləyir. Bir neçə yerli və xarici mükafatların qalibi və laureatıdır.
Xəbəri Turan İnformasiya agentliyi yayıb.

Leave a Reply

*