Azərbaycanda WAP və İnternet istifadəçiləri

Friday, 15 August, 2008 12:10

Azərbaycanda WAP və İnternet istifadəçiləriAzərbaycanda 32 İnternet provayder var, lakin internet istifadəçilərinin sayı 1 milyona yaxındır. Bu isə Azərbaycan əhalisinin 12%-inə yaxınının İnternetdən istifadə etməsi deməkdir. Lakin mobil İnternet (WAP) istifadəçilərin sayı bundan çoxdur. Buna sübut kimi Azercell (3.5 milyon), Bakcell (2 milyon), Nar Mobile (500 minə yaxın və ya ola bilər çox) abunələrin sayı və o istifadəçilərin 30%-inin mobil internet istifadəçisi olması göstərir ki Azərbaycanda hal hazırda Mobil İnternet istifadəçilərinin sayı adi internet istifadəçilərinin sayından çoxdur. Məktəblərin internetləşməsinin hesabına bu faizllər bərabərləşə bilər lakin Mobil Operatorlar da bəzi dəyişikliklər eləsələr bu faizləri artıra bilərlər.

Mobil İnternet istifadəçiləri.

Azalma səbəbi

  • Yeni yaranan WAP saytların ömürləri çox olmur belə ki onlar yaranır və bir müddət fəaliyyət göstərdikdən sonra müflis olub bağlanırlar. Səbəb isə saytdakı pullu məzmunun çox baha başa gəlməsi lakin sayt sahibinə az qazanc qalmasıdır.
  • İstifadəçilərin çox hissəsi mobil internetdən istifadəni azaldır, çünki onlar hər hansı məzmun-u alarkən 1 dəfəyə ödəmə edirlər (1. sms, 2. GPRS-ə görə) və növbəti dəfə həmin istifadəçilər saytlara etibar etmirlər.
  • İnkişaf etmiş saytları hər hansı məzmun təminatçısı alır və o öz saytına yönləndirir ki bu da istifadəçilərin etibarını azaldır.
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürəti zəif olduğundan istifadəçilər Mobil internet istifadəsini yalnız vacib hallarda edirlər.

Bu cür getsə Mobil saytların sayı azalacaq və mobil internet istifadəçiləri də adi internet istifadəçilərinə çevriləcəklər.

Artım üçün təklifim

  • 3G texnologiyasını xoda salmaq
  • Mobil İnternet istifadəsi üçün trafikli paketlər və xüsusi endirim paketləri tərtib etmək
  • WAP trafikdən sayt sahiblərinə pulsuz yükləmələrdən faizlər vetmək
  • Pulla satılan məzmunda (SMS-lərdə) WAP trafikə görə pul çıxmamaq
  • BakcellNar Mobile kimi operatorlarda İnternetin sürətini gücləndirmək və sayt sahiblərinə pul qazanmaq şəraiti yaratmaq.
  • İstifadəçilər üçün WAP saytlardan istifadə üçün treninqlər təşkil etmək

Bunlar olduqdan sonra Azərbaycanda Mobil internetinin istifadəçiləri daha da artacaq.
Amma belə olmasa 1 ildən sonra Mobil İnternet istifadəçiləri Operatorların 5-10%-ini təşkil edəcək və bu statistika hər il aşağı düşəcək.
Bu işləri görmək üçün Operatorlara bir çox təkliflər edilib və nəticələr gözlənilir, amma onlar nə qədər çox yatsalar bir o qədər ziyanlarınadır 🙂

Azərbaycan İnternetinin istifadəçilərinin zəif olmasının səbəbi.

  • İnternetin sürəti zəifdir
  • İstifadəçilərin marağına səbəbə olacaq Məlumat xarakterli portal yoxdur
  • Alış veriş eləmək üçün sayt yoxdur
  • İstifadəçilər İnternet deyəndə tanışlıq sistemi ya da ki dayaz fikirləşirlər.
  • Və s…

Təklifim

  • GoldenPay sistemi ilə birlikdə PayPal və s. Ödəmə sistemlərini Azərbaycana gətirmək
  • İstifadəçilərin internet haqqında fikirlərini dəyişmək üçün normal portallar yaratmaq.
  • Treninqlər eləmək
  • İnterntin sürətini artırmq, qiymətini aşağı salmaq

Bunun üçün isə Azərbaycan dövlətinin yatırmağa Nefti var, pulu var amma ki bilikli kadrları azdir və onlar da artıq gözləməkdən bezib.
Görək nələr olacaq 🙂

2 Responses to “Azərbaycanda WAP və İnternet istifadəçiləri”

  1. Rashad Aliyev says:

    3g olsa her halda Mobil Internet adi Internetden chox inkishaf edecek.
    WAP-in ise inkishafi uchun diger tekliflerim var.
    Gorek ne olur 🙂

  2. pero says:

    sence 3g Az-na gelse wap’in inkişafi davam edecek?
    axi 3g sistemi ve 3gni destekleyen aparatlarin funksiyasi mobile ile normal internete girmeyi çox ucuza ve süretli hala getirer, wap’in yeniden inkişafa keçmesi mumkundur mu bu halda? mence artıq wap saytlardan uzaqlaşmalı, beynelxalq dereceler elde edebilen guclu web lahiyeler hazırlamalıyıq, meselen serverlerimin monitoringini (online-offline veziyetini ve s. mail ve sms ile xeberdar edir) http://mon.itor.us/ sayt ile edirem, ki bu sayt bir ermeni terefinden açılıb, ümid edirem bizimkilerin buna benzer nailiyetleri olar.

Leave a Reply

*