Kompüterlərdə və İnternetdə təhlükəsizlik

Saturday, 16 August, 2008 15:32

Kompüterlərdə və İnternetdə təhlükəsizlik
Bu gün Azərbaycan İnternet Forumunun təskil etdiyi layihə nəzdində İlk10 saytının yaradıcısı Emin Hüseynovun Kompüterlərdə və İnternetdə təhlükəsizlik mövzusunda treyninqi keçirildi. Treninqdə Emin Hüseynov Kompüter təhlükəsizliyi mövzusunda Ehtiyat nüsxələnmə (backup), Ehtiyat məlumatların saxlanması üçün istifadə olan proqramlar, viruslar, virusların yaranması, viruslardan qorunma, antiviruslar haqqında ətraflı məlumatlar verdi.

Treninq vaxtı Emin Hüseynovun Ehtiyat nüsxələnmə üçün istifadə edilən NTBackup proqramı haqqında verdiyi məlumatı videoya çəkib YouTube atmışam, videoya burdan baxa bilərsiniz.

Emin Hüseynov İnternetdə təhlükəsizlik barədə danışarkən hamının tez-tez rast gəldiyi aldadıcı reklamlar barədə məlumat verdi. Belə ki bəlkə də sizin də qarşınıza çıxıb, məktub gəlir, və məktubun mövzusunda Nigeriada çevriliş baş berməsi və Baş nazirinin həyat yoldaşının 1 milyard dollar pulu olması, o pulu öz qohumlarının hesabına keçirdə bilməməsi və sizdən xahiş edir ki bu pulu sizin hesabınıza keçirtsin və bu puldan 10%-ini sizə verməsini söz verir. Sonra məlumat verir ki bəs siz özünüz üçün Hansısa Bankda hesab açmalısız və öz məlumatlarınızı (parol və s şəxsi məlumatları) ona verməlisiz. Sonra bir müddət keçdikdən sonra həmin Baş Nazirin arvadından məktub gəlir ki bəs sizin hesaba pul keçirtmək üçün Bank hesabınızda heç olmasa 10 000 dollar olmalidır. Siz də gedib borc xərc o qədər pulu tapıb qoyursuz hesaba ki onsuzda 1 milyard gələcək də 10 000-i ordan çıxaram sonra. Pulu hesaba qoyduqdan sonra o adam yoxa çıxır pulunuz da həmçinin. Emin Hüseynov bu cür aldadıcı məktublar və ya siz indi 1 milyol dollar uddunuz kimi reklam, spamlara, viruslara yoluxmamaq üçün internetdə ehtiyatlı istifadə etməyi tövsiyyə etdi.

Kompüterlərdə və İnternetdə təhlükəsizlik
Fasilə vaxtı hətta ad günü tortu da yedik. Ad günü münasibəti ilə İlahə-ni təbrik edirəm. Böyük qız olasan.

Fasilədən sonra, virusa nümunə kimi Osman müəllimin Flash kartında olan virusu tapdı və Flash kartı kompüterə salan kimi Virus Troyanını tapılması barədə məlumat verildi. Emin-in kompüterində 3 Antivirus proqramı olduğu halda onlardan biri olan Avira Antivirusu virus barədə məlumat verdi və onunla nə etmək istəyəcəyi barədə sorğu verdi. Sonra isə Emin nümunə kimi virusun işləmə prosesini göstərdi.

Emin Hüseynov İnternetdə təhlükəsizlik haqqında kifayət qədər məlumatlar verdi. Saytların Vebustalarının kompüterlərindəki virsların hesabına onların yaratdıqları saytlarda yaranmış problemlər (reklam virusları və s) barədə nümunələr göstərdi. XSS barədə məlumat verdi və jurnalistlərin bunlarıbilməsi, qarşısıya çıxan problemi aradan qaldırmaq üçün nələr etmak lazım olduğunu dedi.
Emin Hüseynovun treninq vaxtı istifadə etdiyi təqdimat faylını burdan yükləyə bilərsiz.

Bu cür maraqlı treninqi təşkil etdiyi üçün Osman Gündüzə və maraqlı treninqə görə Emin Hüseynova dərin minnətdarlığımı bildirirəm.

Leave a Reply

*