
31 Avqust bloqlar günüdür. Bu gün münasibəti ilə bütün bloggerləri təbrik edirəm. Həmçinin də bu gün BarKamp 2008 Azərbaycan-ın son günüdür. İndi isə keçək Bloqlar gününə. Bloqlar gündə hər bir blogger ən azı digər 2 bloq haqqında öz bloqunda yazmalıdır. Bu ənənəni saxlayaraq mən də keçirəm öz borcumu ödəməyə
Blog 1. Oxatan.com – Azərbaycan və Dünyadakı saytları araşdırır və onlara öz oxlarını atır. Oxatan hal hazırda BarCamp Azərbaycan 2008-də iştirak edir və Bloqosfera haqqında maraqlı bir təqdimatı oldu. Bu işdə Oxatana uğurlar diləyirik.
Blog 2. only4u.azeriblog.com – Ritanın ən son texnologiyalardan yazdığı blog saytı. Sayt son vaxtlar demək olar ki yenilənmirdi, bu gün BarCamp ilə əlaqədar olaraq yenilik olundu saytda.
Blog 3. marketingdefteri.blogspot.com - İlk rastıma gələn Marketinq bloqlarından biri. Rüstəm yaratdığı bu bloqda əsasən öz işi ilə əlaqədar olan avtomobil haqqında araşdırmalarından yazır.
Blog 4. www.img.az – Mirzoidin foto bloqu, Çoxdandır ki yeniliklər olunmur saytda. Dediyinə görə BarCamp-dan sonra yeniliklər edəcək.
Bu siyahıda çox yaza bilərəm, amma ki İndi yorğunam. Bütün bloggerləri onların günü münasibəti ilə təbrik edirəm.





Eladir deyecekdim. Amma demirem
Deymez Rita,
Borcumdur
Tesekkur Reshad, gec de olsa seni de tebrik edirem