Archive for October, 2008

Təqdimatlar

Sunday, 26 October, 2008 16:12

Dünən Kievdən gəldim.
Gələn kimi də Blogcamp CEE barədə qısa bəzi məlumatları verim.
Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.
İndi isə qısaca öz fikirlərimi qeyd edim. Orda hamı kimi mən də təqdimat elədim, Təqdimatımın mövzusu “Mobile VAS services” (Mobil Xidmətlər) oldu.

Moble VAS Servces

View SlideShare presentation or Upload your own. (Tags: blogcampcee2008)

Sonra ondan başqa Google, microsoft, Kaspersky, yandex və s. kimi təqşkilatların da təqdimatları olmuşdur. 2 gündə eyni vaxtda 6 zalda təqdimatlar olduğu üçün bir çoxlarında iştirak edə bilmirdirm (6 yerə bölünə bilmidrim:). Təqdimatımı I günü hazırlayıb səhər tezdən stendə yaxınlaşanda 1 boş yer tapa bilmədiyim üçün Blogcamp-ın II günü hamıdan qabaq (saat 8 ya da 9 olardı) seminar keçirilən yerə gəlib öz təqdimatımın adını yazdım. Bütün gecəni yatmayıb yorğun olmağıma baxmayaraq uğurlu təqdimatım oldu.

Ondan başqa xoşuma gələn bir çox təqdimatlar olmuşdur. Bunlardan Mapia, WEB təhlükəszliyini göstərə bilərəm.
Amma bunlara baxmayaraq Seminarın mənfi və müsbət cəhətlərini də qeyd edim.

Mənfi cəhətləri

  • WiFi problemləri var idi, İnternet çox yerlərdə tutmurdu.
  • Saytlarını seminr vaxtdi opertiv yeniləmirdilər.
  • Vaxt çox idi (Hər təqdimata 30 + 10 dəqiqə vermişdilər) və ona görə də seminarları I günü dolmuşdu.

Müsbət cəhətləri

  • Çoxlu yeni iştirakçılar var idi.
  • Seminar vaxtı cədvəl, qeydiyyat aparılan zallarda DJ sakit mahnılar verirdi.
  • Seminarın Party-sində Reper olan Bloggerlərdən 2-si Blogcamp haqqında Rep dedilər.
  • Gözəl təşkilatçılıqları var idi (vaxt və s prolemləri yox idi).

Digərləri haqqında öz blokotumda qeyd edim təşkilatçılara vermişdir. Yadımda qalanları isə burda yazdım.

Eurovision haqqında

Sunday, 26 October, 2008 16:09

Blogcamp 2008-də, özüm iştirak edə bilməsəm də təsadüfən rastıma orda olan Eurovision 2008 haqqında təqdimat çıxdı.

Denis adlı iştirakçının təqdimatında maraqlı məlumatlar yerləşdiriılib.

Blogcamp CEE 2008

Thursday, 16 October, 2008 19:24

Blogcamp CEE 2008Oktyabrın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.
Azərbaycandan mənXəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda yerləşdirəcəyəm.
Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.
Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin 3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uğur diləyirəm.
Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.

Ofis macəraları

Tuesday, 14 October, 2008 22:22

Axşam day.az-da oxudum ki bəs Vahid Bağında yeraltı keçid tapıblar. Gecə elə Adil-də xəbər edlədim ki fanar (ya da fənər) alaq və gedək ora. Elə də elədik, bu gün (14 Oktyabr) saat 20:00-dan sonra getdik ora. Adil, mən, İlqar, Niyaz və Əli hasarı aşıb gizlincə yaxınlaşdıq tunelə, çox maraqlıidi. Su olduğu üçün ora çox girə bilmədik.
Ofis macəralarıOfis macəralarıOfis macəralarıOfis macəraları