Axşam day.az-da oxudum ki bəs Vahid Bağında yeraltı keçid tapıblar. Gecə elə Adil-də xəbər edlədim ki fanar (ya da fənər) alaq və gedək ora. Elə də elədik, bu gün (14 Oktyabr) saat 20:00-dan sonra getdik ora. Adil, mən, İlqar, Niyaz və Əli hasarı aşıb gizlincə yaxınlaşdıq tunelə, çox maraqlıidi. Su olduğu üçün ora çox girə bilmədik.
deyirəm sən bu tunel üçün bir dənə sayt aç, getmək istəyənlər join eləsinlər 😉
Mende getmek isteyirem gerek menede veber veredin))
Sozun duzu chixanda hech inanmirdim ki gedib asha bileceyik.
O gunu esl macera idi. Axsham da ofisde idik bir de gordum ki IM Isvechreli 2 qonaq getirib ofise 🙂
Axshami ofisde qaldilaq qonaqlar :))
Adam gedende xeber elemez, 4 gundu mende o tunelin maragindayam I-DDDD
Reshad macerasane basdan ayaga.. :-))
Hə, mən də elə onu deyirəm də niyə mənim boyum çıqqılı deyil 🙂
eceb olub Resad!! boyun hundurdu ona gore… menim kimi olsaydin indi hec yerin ezilmezdi:PP:P:P:P
Palchiq axirdi, butun oralar tor ichinde idi :))))
Su və s. axırdı içəridə? Suyu başa düşdük, bəs o “və s.” nəmənədir?:P
P.S. Smaylikdən zaddan qoy da bura.
Amma ki maraqlısı odur ki o boyda bağıheç kim qorumur.
Tunel isə çox da köhnə deyildi, maksimum 100-150 yaşı olardı. İçəridə su və s axdığı üçün çox gəzə bilmədik.
Sən deyən də qədimi bir şey deyil. Gərək axıracan gedərdiz, bəlkə xəzinədən zaddan tapacaqdız:) Ya da daha maraqlı, mumiya zad çıxardı qabağınıza:)) Zarafat bir yana, nədənsə mənə elə gəlir bizdə çox da maraq göstərən yoxdur, yoxsa qurdalasalar yerin altından (konkret olaraq İçərişəhər və onun ətrafından) çox şey çıxarmaq olar. Təbii ki, pul və ya qızıl çıxmayacağını bildikləri üçün maraq da yoxdur.
Birce hasari ashanda elim bir az ezildi. Qalan lezzet verdi 🙂