Oktyabrın 17-19-u tarixində Kiyev-də bloqlar, yeni mediya, sosial şəbəkələr, internet-video və s açıq tipli Blogcamp CEE 2008 Qeyri Konfransı keçiriləcək.
Azərbaycandan mən və Xəyyam Hüseynzadə orda iştirak etməyi planlaşdırmışıq. Sabah artıq orda olacağıq. İnternet imkanı tapan kimi şəkilləri və s məlumatları bloqumda yerləşdirəcəyəm.
Blogcamp-da artıq Mobil İnternet (WAP) vasitəsi ilə də daxil olmaq olar. Bunun üçün http://wap.blogcampcee.com/ saytının yatdılmasında onlara köməklik etmişəm. Bu barədə bloqdan oxuya bilərsiz. Həmçinin mini-billion adlı iştirakçı da mobil internetin effekfliyi barədə öz bloqunda qısa bir məqalə yazıb.
Eyni vaxtda paralel olaraq Berlində BarCamp Berlin 3 və sonra isə Web həftəsi keçiriləcək. O seminara isə Azərbaycandan İlqar Mirzənin rəhbərliyi ilə 3 nəfər iştirak edəcəklər. Artıq bildiyimə görə onlar çıxıblar. Berlin iştirakçılarına və özümüzə uğur diləyirəm.
Vətənimiz Azərbaycanın adını yüksəltmək üçün seminarda əlimizdən gələni edəcəyik.





Salam, Ramin bey.
Scripti ozum yazdighim uchun bezi sehvleri var, yeqin ki vaxt tapan kimi RSS-i de yazib yerleshdirerem burda.
Salam Rəşad bəy! Maraqlı bloqunuz var, təəssüf ki RSS düyməsini tapa bilmədim