Təqdimatlar

Sunday, 26 October, 2008 16:12

Dünən Kievdən gəldim.
Gələn kimi də Blogcamp CEE barədə qısa bəzi məlumatları verim.
Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.
İndi isə qısaca öz fikirlərimi qeyd edim. Orda hamı kimi mən də təqdimat elədim, Təqdimatımın mövzusu “Mobile VAS services” (Mobil Xidmətlər) oldu.

Moble VAS Servces

View SlideShare presentation or Upload your own. (Tags: blogcampcee2008)

Sonra ondan başqa Google, microsoft, Kaspersky, yandex və s. kimi təqşkilatların da təqdimatları olmuşdur. 2 gündə eyni vaxtda 6 zalda təqdimatlar olduğu üçün bir çoxlarında iştirak edə bilmirdirm (6 yerə bölünə bilmidrim:). Təqdimatımı I günü hazırlayıb səhər tezdən stendə yaxınlaşanda 1 boş yer tapa bilmədiyim üçün Blogcamp-ın II günü hamıdan qabaq (saat 8 ya da 9 olardı) seminar keçirilən yerə gəlib öz təqdimatımın adını yazdım. Bütün gecəni yatmayıb yorğun olmağıma baxmayaraq uğurlu təqdimatım oldu.

Ondan başqa xoşuma gələn bir çox təqdimatlar olmuşdur. Bunlardan Mapia, WEB təhlükəszliyini göstərə bilərəm.
Amma bunlara baxmayaraq Seminarın mənfi və müsbət cəhətlərini də qeyd edim.

Mənfi cəhətləri

  • WiFi problemləri var idi, İnternet çox yerlərdə tutmurdu.
  • Saytlarını seminr vaxtdi opertiv yeniləmirdilər.
  • Vaxt çox idi (Hər təqdimata 30 + 10 dəqiqə vermişdilər) və ona görə də seminarları I günü dolmuşdu.

Müsbət cəhətləri

  • Çoxlu yeni iştirakçılar var idi.
  • Seminar vaxtı cədvəl, qeydiyyat aparılan zallarda DJ sakit mahnılar verirdi.
  • Seminarın Party-sində Reper olan Bloggerlərdən 2-si Blogcamp haqqında Rep dedilər.
  • Gözəl təşkilatçılıqları var idi (vaxt və s prolemləri yox idi).

Digərləri haqqında öz blokotumda qeyd edim təşkilatçılara vermişdir. Yadımda qalanları isə burda yazdım.

Leave a Reply

*