Archive for February, 2009

Saniyənin yüzdə biri

Friday, 13 February, 2009 19:54

BarCamp Caspian-a hazırlıq

Friday, 6 February, 2009 21:40

Artıq Beynəlxalq səviyyədə keçiriləcək BarCamp Caspian-a hazırlıq gedir.
Tez bir zamanda BarCamp Caspian-ın saytını işlək vəziyyətə salmaq, reklam və s. hazırlıq işləri üçün Könüllülər tələb olunur.

Könüllülərdə aşağıdakı qabiliyyətlərdən heç olmasa biri olmalıdır.

  • Tərcüməçi (İngilis-Rus, Rus-İngilis, Azərbaycan-İngilis, Azərbaycan-Rus)
  • Web Dizayner – Logo, və s saytın dizaynı üçün
  • Super Dizayner – Broşur və s. dizaynları etmək üçün
  • Fotoqraf – Şəkilləri çəkib sayta və stendə (Seminar vaxtı) qoymaq üçün
  • Blogger – Maraqlı məlumatlar yazmaq üçün saytda (Seminar vaxtı gündə ən azı 1 dənə, indi isə həftəde 1 Blog post, məlumat çox olacaq 🙂
  • Proqramist – Elə belə 🙂
  • Məzmun Meneceri – Saytdakı məzmunlara baxmağa
  • Usibility tester – Saytın Usibility-sini (Rahat istifadəsini) test etmək üçün

Bunlar olmasa da, yadından çıxartma, könüllülərə həmişə ehtiyac var, ürək-dirək verə bilərsən bizə:)

Qoşulmaq istəsəniz, şərhlərdə öz qeydinizi yaza bilərsiz və ya MSN-də məni ədd edin 🙂
microphp@hotmail.com

Mafiozi.az

Thursday, 5 February, 2009 22:09

Bu günlərdə Barcamp-dan tanıdığım Latviyalı Maksim Bereza-nın yeni yaratdığı mafiozi oyununun Azərbaycan dilinə tərcüməsini edib, onu mafiozi.az domenində fəaliyyətə xoda saldıq.

Oyun adından görsəndiyi kimi doyüş tipli oyundur. Oyunun məqsədi özünə çoxlu Mafioz toplayıb, çox pul qazanmaqdır. Nə qədər çox mafioz toplayırsansa o qədər güçlü olursan və digər mafiozlara hücum edib onların pullarını qarət edə bilirsən. Oyun çox maraqlıdır, hətta özüm də oyunun xəstəsi olmuşam və bütün günü mafioz oynayıram.

Əgər siz oyunda qeydiyyatdan keçsəniz məni öz mafiozunuza əlavə edin. E-poçt ünvanım: microphprashad@gmail.com

Oyunçu aparsın. 🙂

Geriyə doğru inkişaf…

Monday, 2 February, 2009 20:59

Yenidən qayıdıram bizim bədvəxt ölkəmizdəki, bərbad İntrnetin(tır, tır) qiymətlərinə. Demək fevral ayın 1-dən Bakinternet qiymətlərinin enməsi barədə şok bir xəbər yazıb ki, sayta girəndə adamin gözlərinə girir. Hətta orda bir uşaq şəkli də qoyublar ki şokdan gülür. Amma ki o uşaq şəklinin orda olması başqa şeydir. Bu o deməkdir ki uşaq başı aldadırlar.

Demək belə, əvəllər 70 AZN ödəyib 256/256 interneti alırdıq yəni ki Download və Upload hər iksi 256 idi. İndi isə eyni qiymətə Download = 512, Upload isə 128 olub. Zəng edib bunun niyə belə edilməsi barədə soruşanda isə Dünya standartlarına görə Upload-ın sürətinin, Download-ın sürətindən 4 dəfə aşağı olmasının dünya standartına müvafiq etdiklərini dedilər. Azərbaycanın bu cür standartlarla getməsi çox gözəldir. Amma ki Dünya standartlarına görə ən azı 2 mbps sürətli internet verirlər və qiyməti də ki 30 USD-dən çox olmur.

Qısaca belə nəticəyə gəlmək ola ki Bakinternet qiymətləri aşağı yox, yuxarı qaldırıb.

Bax bu da bizim geriyə doğru inkişafımız…

Şaxta Baba və Sisadmin

Sunday, 1 February, 2009 08:05

İnternetdə Şaxta Baba və Sisadmin arasında olan fərq ilə rastlaşdım, onu doğma dilimizə tərcümə edib sizlərə də çatdırıram. Oxuyun, bir az könlünüz açılsın 🙂

1. Şaxta Baba saqqallıdır, piylənmişdir və gülməli geyinir.
2. Şaxta Baba-dan nə isə xahiş edəndə, onu əldə etmək şansı 0-a bərabərdir.
3. Şaxta Baba məktublara nadir hallarda cavab yazır.
4. Şaxta Baba-dan onda olanların hardan əldə etdiyini soruşanda, o cavab verir: “Bu bir möcüzədir…”.
5. Şaxta Baba-nı sənin layihələrinin vaxtı narahat eləmir.
6. Sənin valideynlərin Şaxta Baba-ya olmazın arzular yazmışdılar, lakin axırda hamsını özləri elədilər.
7. Heç kəs Şaxta Baba-nın öz işlərinə görə kimin qarşısında izahat verdiyini bilmir.
8. Şaxta Baba HƏDDİNDƏN ARTIQ gülür.
9. Şaxta Baba sizin $HOME-a soxulmaqdan utanmır.
10. Yalnız dəli Şaxta Baba-nın iştirakında ondan pis danışır.
11. Şaxta Baba onun istifdəçiləri olmayan vaxtı işləməyə məcburdur.
12. O hətta rəsmi bayram günləri də işləməyə məcburdur.
13. O israr edir ki, o nadir tapıntıdır, lakin siz belələri ilə tez-tez qarşılaşırsız…
14. İstifdəçilərin hədsiz sayda sualları var, lakin axırda onların bir istəkləri olur, bu yeni oyuncaqlardır.
15. Hardansa, necəsə, naməlum qaydada…O, özünə oxşar arvad tapır.
16. Ona heç kim inanmayan yerdə, mütləq onun edə bildiyini edən biri var, lakin onun adı başqadır.
17. İnsanlara onun etdiyi işin nəticəsini görmək azlıq edir. Onlar, onun bunu necə etməsi barəda suallarla onu təngə gətirirlər. Onları bunun möcüzə olması cavabı qane etmir.
18. Hətta inanmayanlar dua edirlər ki, o gəlsin.
19. O yeganə adamdır ki, öz zarafatlarına gülür.
20. O heç vaxt başqa iş tapmayacaq; onun iş anketi çox spesifikdir.
21. Öz işini görmək üçün o hətta gözəl kostyum geysə belə, ensiz və çirkli yerlərə dırmaşmalıdır…
22. və sonda…onun işi əsasən qeyri maddidir, lakin onun iştirakı ilə dünya daha da yaxşılaşır.