Archive for March, 2009

Milyarder…

Tuesday, 10 March, 2009 08:41

Milyarder...Bu gün təsadüfən ANS Press-in saytında Azərbaycanlı iş adamı olan Mübariz Mənsimov-un ən varlılar arasında olması barədə məlumat oxudum. Sonra isə maklayaqın bu barədə olan fikrinə də baxdım ki Azərbaycanlı cavan iş adamı milyarderlər sırasındadır (40 yaşında cavan).
Amma ki artıq Mübariz Mənsimov Azərbaycan vətəndaşı deyil və Forbes jurnalında 1.3 Milyard dolları ilə 897-ci yerdə olması bizim üçün yox Türkiyə üçün yaxşıdır ki forbes-də onların ölkəsinin Milyarderlərii çoxalır, amma Azərbaycandan isə 1 nəfərin də adı yoxdur. Budan başqa dünya milyarderləri arasında olan 13 milyard dolları ilə 56-cı yerdə olan Vahid Ələkbərov heç belə açıqlamalar gözə dəymir 🙂