Archive for June, 2009

MobileCamp Moscow

Sunday, 14 June, 2009 16:58

MobileCamp Moscow

Bu gün Moskva yaxınlığında “Новый берег” adlı İstirahət kompleksində keçmiş MDB dövlətləri arasında ilk dəfə olaraq Mobil yeniliklər, Mobil İnternet və s Mobil texnologiyalar ilə əlaqədar texnologiyalara həsr edilmiş mobilecamp qeyri konfransı keçirilir.

Konfrans bir gün keçirilir. Qeyri Formatda, çadırlar-da keçirilən konfrans-da çox maraqlı mobil mövzularda çıxışlar gedir. Burada rəsmi olaraq 2 gün bundan əvvəl satışa çıxan Nokia N97-nin təqdimatı keçirildi. Çox maraqlı Telefondur. Mobil internet istifadəçiləri, sms yazanlar üçün rahat qwerty klaviaturası, touch ekranlı bu telefon çox gözəl dizayn edilib. GPS, yeni qoşulmuş OVI store APİ-ləri, çətin zəng etmək funksiyası, 5mbps kamerası, ən əsası 32 GB yaddaşı var.

Konfrans-da MTC-in Mobil İnternet-in gələcəyi, Nokia N97 və OVI store, Twitter barədə seminarlar diqqətimi çəkdi.
Konfransın sonunda Nokia N97 telefonunun müsabiqə yarışı keçiriləcək.

Mobilecamp-ın gedişatı barədə Twitter-də axtaşıda və ya mənim profilimdə izləyə bilərsiz.

PHP – 14 yaş

Wednesday, 10 June, 2009 00:34

PHP - 14 yaş

1994-cü ildə Rasmus Lerdorf öz onlayn rezyumesindəki şablon HTML fayllar üzərində işləmək üçün Perl/GCI-də scriptlər toplusu yaradır. Lakin Perl-in funksionallığı və sürəti bu funksiyalar toplusu ilə işləmək üçün azlıq edəndə Rasmur C-də bir interpretator yazır və onun adını PHP/FI (Personal Home Page / Forms İnterpreter) qoyur.

8 İyun 1995-ci ildə (14 il bundan əvvəl) PHP/FI -nin ilk açıq relizi işıq üçü gördü.

Mənim isə PHP ilə tanışlığım 2000-ci illərdən başlayıb. 2001-də normal skriptlərimi yazmağa başlamışam. Qocalırıq 🙂

Beləliklə PHP-ni təbrik edirəm! Başlayanların fikrində əsas OYP (OOP), az dəliklər güclü təhlükəsizlik ideyaları arzu edirəm.

Qarşıdan gələn BarCamp-lar

Sunday, 7 June, 2009 01:31

Bu günlərdə İnformasiya texnologiyaları mütəxxəsisləri, blogerlər, müasir media nümayəndələri və s. bütün İT ilə əlaqəsi olanlar üçün keçirilən BarCamp qeyri-Konfranslarının tərtib etdiyim yaydakı cədvəlini bloqumda sizlərə də çatdırıram.

Nokia MobileCamp Moscow

Nokia MobileCamp Moscow – İyun ayının 14-ü Moskva yaxınlığında Klyazıminskiy su anbarının sahilində yerləşən “Новый берег” adlı istirahət mərkəzində keçiriləcək. 15 nəfərə yol haqqının ödəyəcəklər. Bir neçə yüz iştirakçının qatılması planlaşdırılan bu seminar Mobil İnternet, Mobil texnologilayarın inkişafı, 3G, wi-max və s Mobil ilə əlaqəli yeniliklərə həsr edilmiş qeyri-qeyri konfransdır. İlk MobileCamp 2007-ci ildə Nyu York-da keçirilmişdir. Dünyada keçirilən digər MobileCamp-lar haqqında BarCamp-ın xüsusi səhifəsində maraqlana bilərsiz. Moskvada keçirilən MobileCamp-da Nokia N97-nin təqdimatının olunması planlaşdırılır və hətta bu telefonun müsabiqədə uduşu da gözlənilir.

iCamp 2009

iCamp 2009 – Runet-in yayda keçirilən ən əsas hadisəsi olan iCamp 2009 İyul ayının 24-28 tarixlərində keçiriləcək. Hər dəfə iCamp-lar müxtəlif qeydi rəsmi mühitləri ilə hamının diqqətini cəlb edirlər. Bu dəfə “Георгий Жуков” adlı teploxodda keçiriləcək qeyri konfrans da maraqlı və gözəl formatı ilə hamını heyran qoyacağını göstərir.

NevaCamp 2009

NevaCamp 2009 – Rusiyada keçirilən növbəti BarCamp NevaCamp 2009-dur. Rusiyanın ən iri və gözəl şəhərlərindən biri olan Sankt-Peterburq-da İyun ayının 26-28-i tarixlərində keçirilən NevaCamp gecə ilə gündüzün eyni olduğu, ağ gecələrə düşür. Beləliklə NevaCamp-da 3 gün gecə gündüz keçiriləcək konfrans artıq öz gözəlliyi ilə diqqət mərəkəzindədir.

BarCamp Uzbekistan – Mərkəzi Asiyada keçirilən son BarCamp-dan sonra Özbəkistandan olan Blogger və proqramçılar da öz BarCamp-larının keçirilməsini planlaşdırdılar. Dəqiq vaxtını bilməsəm də saytlarının ünvanını və onların görüşləri və hazırlığı necə etmələrini izləyə bilirəm. Ətraflı məılumat toplayan kimi onlar barədə sizlərə də məlumat verəcəyəm.

BarCamp Azerbaijan – və ən sonra Azərbaycanda keçiriləcək BarCamp barədə qısa bir məlumat verim. Avqust ayının 7-9-u tarixlərinə planlaşdırılan növbəri lokal BarCamp Azərbaycanın gözəl guşələrindən biri olan Gəncə şəhərində planlaşdırılıb, odur ki bu qeyri-konfrans-in keçirilməsində bizlərə dəstək olun.