MobileCamp Moscow

Sunday, 14 June, 2009 16:58

MobileCamp Moscow

Bu gün Moskva yaxınlığında “Новый берег” adlı İstirahət kompleksində keçmiş MDB dövlətləri arasında ilk dəfə olaraq Mobil yeniliklər, Mobil İnternet və s Mobil texnologiyalar ilə əlaqədar texnologiyalara həsr edilmiş mobilecamp qeyri konfransı keçirilir.

Konfrans bir gün keçirilir. Qeyri Formatda, çadırlar-da keçirilən konfrans-da çox maraqlı mobil mövzularda çıxışlar gedir. Burada rəsmi olaraq 2 gün bundan əvvəl satışa çıxan Nokia N97-nin təqdimatı keçirildi. Çox maraqlı Telefondur. Mobil internet istifadəçiləri, sms yazanlar üçün rahat qwerty klaviaturası, touch ekranlı bu telefon çox gözəl dizayn edilib. GPS, yeni qoşulmuş OVI store APİ-ləri, çətin zəng etmək funksiyası, 5mbps kamerası, ən əsası 32 GB yaddaşı var.

Konfrans-da MTC-in Mobil İnternet-in gələcəyi, Nokia N97 və OVI store, Twitter barədə seminarlar diqqətimi çəkdi.
Konfransın sonunda Nokia N97 telefonunun müsabiqə yarışı keçiriləcək.

Mobilecamp-ın gedişatı barədə Twitter-də axtaşıda və ya mənim profilimdə izləyə bilərsiz.

Tags:

2 Responses to “MobileCamp Moscow”

  1. […] 1 gün keçirilən bu tədbir Nokia-nın baş sponsorluğu ilə keçirilmişdir. Tədbir haqqında bloq postlarımda qeyd […]

  2. […] 1 gün keçirilən bu tədbir Nokia-nın baş sponsorluğu ilə keçirilmişdir. Tədbir haqqında bloq postlarımda qeyd […]

Leave a Reply

*