Archive for July, 2009

Kaspersky 2010 Antivirusunun reklam çarxı

Tuesday, 28 July, 2009 21:36

Bu günlərdə Ceki Çan Kasperski Antirvirusunun reklamında çəkilmişdir.
Ruslar isə ona cavab olaraq Videonu gözəl tərcümə ediblər 🙂

Sayta etibar etmək olar?

Wednesday, 15 July, 2009 11:20

Sayta etibar etmək olar?
İşimlə əlaqədar olaraq veb saytların test edilməsi üçün kompüterimdə daim Google Chrome, Internet Explorer, OperaFirefox yükləmişəm. Son vaxtlar bu brouzerlərdən iksini daha çox işlədirəm.

Bunlardan biri Operadır ki onunla WML-də olan səhifələrə baxıram və bir də ki Twitter Widget-ini yükləyib orda operativ twittləri izləyirəm və postlar yazıram.

Digər və daim əlimin altında olan brouzer isə Firefox-dur. Firefox-un çox Add-on-ları var. Ondan başqa Firefox-da daxili sistem var ki əgər saytda virus varsa ora daxil olarkən o dəqiqə təhlükə barədə məlumat verir.

Elə viruslardan başlayıb, brouzerlərdən istifadə edərək saytın etibarlılıq və reytinqini qaldırmaq haqqında apardığım qısa bir araşdırmamı yazmağı qərara aldım.

Mən çox vaxt saytın dəyərini bilmək üçün 4 saytdan istifadə edirəm.

  • cubestat – Öz qaydası ilə saytın trafikini hesablayıb o saytda reklamdan nə qədər qazana bilmək imkanı barədə məlumat verir. bir az müəmmalı olsa da əyləncəli və maraqlıdır.
  • 2ip – saytın SEO üçün necə optimallaşdığını, axtarış serverlərindəki vəziyyəti barədə məlumat verir.
  • Alexa Sparky – FireFox üçün Add-on-dur saytın Alexa reyinqində neçənci yerdə olmasını göstərir.
    Alexa haqqında bilməyənlərə qısa məlumat verim ki Alexa dünyada saytların reyqtinqini təyin edən bir sistemdir. Sistemin hesablanması istifədə etdiyiniz Brouzerdə Alexa aləti ilə hesablanır. bunun üçün Alexa öz saytında Alexa Toolbarı və ya sayt sahiblərinə özləri üçün xüsusi Toolbar yaraqmaq imkanı da verir. Mən Firefox üçün add-on-dan istifadə edirəm. Əgər siz də sevdiyiniz saytın Alexa reytinqində qalxmasını istəyirsizsə cə Firefox işlədirsinizsə bu add-onu yükmələyi məsləhət görürəm.

  • WOT – Bu mənim ən çox servidim bir servisdir. Sosial baxımdan çox etibarlı bir sistem və saytlara qiyməti saytın alexa və s reytinqinə görə deyil, saytın etibarlılığlna görə araşdırır.

    Test üçün 1-2 azəri saytını bu sistem vasitəsi ilə araşdırdım.

    1. day.az – Digg, Delicious, dmoz.org və həta Wikipedia-da sayt barədə məlumatlar, istifadəçilərin müsbət rəyini aldığı üçün sayt 100%-li etibarlılıq cədvəlində 78% toplayıb.
    2. yumroo.az – saytda 100%-lik etibarlılıq cədvəlindən hələm ki heç bir nəticə yoxdur, amma sayt SpamCop tərəfdən minus rəy alıb. Bu tərəfdən bir az ehtiyatlı olmaq lazımdır.
    3. Saytı açarkən isə sayta daxil olarkən ehtiyatlı olmağı məsləhət görən wot sistemində 100%-lik etibarlılıq cədvəlindən 38% minus olmuş forex-az.info saytının isə işi acınacaqlıdır.
    4. Bütün günü mailboxumuzu spamla dolduran grbs saytı isə 52%-dir və minusa doğru gedir.

Odur ki siz də saytınızı yaradarən spam göndərmək və ya nakrutka eləmək kimi hallardan bir az uzaq durun ki sabahları problemlər olmasın. Ən yaxğısı sosiallaşmaq lazımdır ki layihə WOM, dost-tanış, normal reklam yolu ilə tanınsın.

CV tərtibatı

Tuesday, 14 July, 2009 21:35

Bu gün çoxdan üzünü açıb baxmadığım CV-mi yeniləmək fikrinə düşdüm. Xoş xatirələr, keçmiş iş yerərim, yeni və köhnə əlaqələrim yadıma düşdü.

CV-ni yazarkən onun yazılma qaydaları barədə bir az maraqlandım. Bəzi qaydalara görə CV – 1 səhifədən artıq olmamalıdır. Ona görə də öz CV-mi tərtib edərkən 2 variantda etdim birində 1 səhifəlik, heç bir “reference”, ətraflı məlumatsız, digərində isə ətraflı məlumat, əlaqələr və s ilə.

Hər iki variantda CV-nin əsas qaydalarına riayət etməyə çalışdım.

CV tərtibatının qaydalarına görə aşağıdakı məlumatların yazılması vacibdir.
– Əlaqə vasitələri
– Vəzifən barədə qısa məlumat
– Biliklər haqqınd aqısa məlumat
– İş təcrübəsi barədə əks xronoloji ardıcılıqla məlumat
– Təhsil haqqında məlumat (Diplomlar, Sertifikatlar və s.)

Həmçinin CV-də başqa elmi işlərin, kitabların müəllifliyi barədə də məlumatlar yazılır.

CV-min düz və ya səhv tərtib edtiyimi sizlərin ixtiyarınıza buraxıram.
Ekonom versiya (1 səhifə)
Geniş versiya

Office 2010

Friday, 10 July, 2009 07:34

Microsoft şirkəti yeni Office 2010 üçün promo videosunu hazırlayıb.