CV tərtibatı

Tuesday, 14 July, 2009 21:35

Bu gün çoxdan üzünü açıb baxmadığım CV-mi yeniləmək fikrinə düşdüm. Xoş xatirələr, keçmiş iş yerərim, yeni və köhnə əlaqələrim yadıma düşdü.

CV-ni yazarkən onun yazılma qaydaları barədə bir az maraqlandım. Bəzi qaydalara görə CV – 1 səhifədən artıq olmamalıdır. Ona görə də öz CV-mi tərtib edərkən 2 variantda etdim birində 1 səhifəlik, heç bir “reference”, ətraflı məlumatsız, digərində isə ətraflı məlumat, əlaqələr və s ilə.

Hər iki variantda CV-nin əsas qaydalarına riayət etməyə çalışdım.

CV tərtibatının qaydalarına görə aşağıdakı məlumatların yazılması vacibdir.
– Əlaqə vasitələri
– Vəzifən barədə qısa məlumat
– Biliklər haqqınd aqısa məlumat
– İş təcrübəsi barədə əks xronoloji ardıcılıqla məlumat
– Təhsil haqqında məlumat (Diplomlar, Sertifikatlar və s.)

Həmçinin CV-də başqa elmi işlərin, kitabların müəllifliyi barədə də məlumatlar yazılır.

CV-min düz və ya səhv tərtib edtiyimi sizlərin ixtiyarınıza buraxıram.
Ekonom versiya (1 səhifə)
Geniş versiya

Leave a Reply

*