AdMob – 100 milyard reklam nümayişi

Tuesday, 11 August, 2009 19:01

AdMob

Bu günlərdə dünyanın mobil advertising bazarına ən böyük paya sahib olan AdMob saytında nəşrlərin sayı 100 milyardı keçdi. AdMob 2006-cı ildə yaranmış, 2008 və 2009-cu illərdə daha aktiv istifadə olnan bir mobl saytlar üçün istifadə edilən aparıcı reklam sistemidir.

Bu reklam sistemi mobil saytlar üçün AdWords kimidir, lakin AdWords-da olan standartlardan fərqli olaraq mobil saytların da reklamlarında müxləf limitlər var. Məsələn Standarta görə telefonda normal göstərilməsi üçün ən balaca şəkil mobil reklamın ölçüsü 120×20 böyük isə 300×50 olmalıdır.

AdMob-un müştəriləri siyahısında Ford, Coca-Cola, EA games, Land Rover, MTV Europe, Adidas, and Paramount Pictures və s 500-dən çox tanınmış brandlar var.

AdMob-un naşirləri siyahısında dünyanın tanınmış AccuWeather, BluePulse, CBS Mobile, Wap.xana.az, Flirtomatic, Hollywood.com, Peperonity, TinyTube kimi 700-dən çox mobil portalları aktiv çalışırlar.

AdMob-un Mobile Advertising Şəbəkəsindən başqa, Mobile Analytics servisinin köməkliyi ilə mobil sayt istifadəçiləri saytlarına daxil olan istifadəçilərin hansı targetə və hansı bölmələrə daxil olması barədə ətraflı məlumatlar əldə edirlər, ondan başqa AdMob hər ay Mobile Metrics adlı hesabatında dünyada Mobil istifadəçilərin statistik məlumatları işıqlandırır.

AdMob-un 100 milyardınçı naşiri münasibəti ilə təbrik edirik.

Leave a Reply

*