Archive for December, 2009

2009 da beləcə keçdi.

Sunday, 27 December, 2009 06:48

2009-cu il bir çox maraqlı hadisələr və yeniliklərlə yadda qaldı. Bu ildə nələr əldə etdiyimi qeyd edəcəyəm.

goz Flashmob barcamp_press :)

 

 

Seminarlar, Konfranslar və müəyyən tədbirlər

brcamp_caspian_logo
27-29 Mart 2009 tarixlərində Azərbaycanda İnformatika texnologiyaları sahəsində keçirilən iri həcimli Beynəlxalq tədbir. BarCamp Caspian – http://www.barcampcaspian.org/ . Delta Telecom-un baş sponsorluğu ilə keçirilən BarCamp Caspian tədbirində həmçinin sponsorlar sırasında Opera brozeri, HP kimi dünyanın tanınmış şirkətləri də var idi. Bundan başqa iştirakçılar sırasında Opera, Google bir sıra ölkələrin aparıcı bloggerləri, proqramçıları öz biliklərini Azərbaycana gəlib bölüşmüşdürlər. Bu layihədə texniki və bir sıra idarəedici işlərin koordinasiyasını etmişdim. Konfransda 10-dan çox ölkədən 60-dan çox, toplam isə 400-dən çox iştirakçı qoşulmuşdur. Bunların sırasında Proqramçılar, Aparıcı şirkətlərinin AyTişnikləri, Dövlət orqanlarından qalstuklu daydaylar, Blogerlər, Jurnalistlər və s BarCamp ilə maraqlanan gənclər iştirak etmişdi.

 

17-19 Aprel 2009 – BarCamp Central Asia http://www.barcampkz.net/. Qazaxıstanın ən böyük şəhəri olan Almata-da keçirilən bu tədbirdə 300-ə yaxın iştirakçı qoşulmuşdu, 60-a yaxın prezenyasiya olmuşdu. Burada “From Entertainment fo Education” mövzusunda təqdimatım olmuşdu.

 

korpukamp5
16-17 May 2009 KörpüKamp – İnternet, QHT və Media http://www.korpukamp.org/.

 

democamp_logo
23-24 May 2009 Democamp East / West. http://democamp.org/. Polşanın Poznan şəhərində keçirilən tədbirdə 150-yə yaxın iştirakçı, 2 paralel zalda seminar keşirilmişdir. 2 gün keçirilən tədbirin təşkilatçılarının tədbiri bu cür maraqlı etmələrinə heyran qalmışdım. Hər bir sessiya vaxtında başlayır, açılış, nahar vaxtı, hamısının vaxtları proqramda yazıldığı kimi ardıcıl keçirilirdi. Eyni vaxtda da Poznan şəhərini də gəzmiş oldum və həmçinin yeni əlaqələr qurdum.

 

mobilecamp_ru
14 Iyun 2009 Nokia mobilecamp Moscow. http://mobilecamp.ru/ Moskva yaxınlığında 1 gün keçirilən bu tədbir Nokia-nın baş sponsorluğu ilə keçirilmişdir. Tədbir haqqında bloq postlarımda qeyd etmişdim.

 

barcamp_az
14-16 Avqust 2009 BarCamp Azerbaijan, Gəncə. http://barcamp.az/2009/ Gəncə şəhərində, Emon Oteldə 20 mbps interneti dartıp aparanacan bizimki bizə gəldi 🙂 I günü internet-də texniki problemlər olsa da tədbirin II günü kim interneti WiFi ilə tut abilirdisə kef edirdi. Bu tədbirin hesabına da maraqlı əlalər, yeni ideyalar əldə etdik.

 

3-4 Dekabr MİF. http://internetforum.az/ Bu nağıl deyildi, maraqlı bir tədbir idi. Bəzi maraqlı və maraqsız çıxışlar olmuşdu. Maraqlılar sirasında Nokia-nın nümayəndəsi Ruslan Veysov-un, Fərid İsmayılzadənin çıxışlarını qeyd etmək olar.

 

Bundan başqa il ərzində 2 müsabiqə və 1 sərgi də olmuşdu. Bunlar Netty, millinet müsabiqələri və Bakutel sərgiləridir. Azərbaycanda olmadığım üçün Netty-də iştirak edə bilməmişdim. MilliNet müsabiqəsində maraqlımaraqsız saytlar qalib gəlmiş. Bakutel-də isə reklamlar idi, maraqlı əlaqə qurmaq olmadı.

 

 

Öyrəndiklərim
İl ərzində idarəetmə sahəsində bəzi biliklər əldə etmiş, pulsuzluğun, borc okeanında neçə üzmək, Vergili olmağın nə olduğunu öyrənmişəm.

 

Proqramlaşdırma sahəsində cari biliklərimi təkmilləşdirmiş, yeni super muper bir şey öyrənmək imkanı olmayıb. ( Bu pisdir 🙁 )

 

 

Layihələr

wap.xana.az Ofis wapxana_futbol

Bu il xırda startap layihələrimi xoda saldım. Bunlardan Xəyyam ilə olan Mobil layihələrimimdən mobgames.ws, mobmusic.ws. Bu yaxınlarda təhvil verdiyim lakin tam xoda düşməyən Unibank Premyer Liqası üçün olan upl.az saytı. Mobil reklam sahəsində olan moxito.az sistemi. Xırda medtur.az, balamali.az, sshtax.com, mafiozi.az saytları olmuşdur.

 

Həmçinin keçmiş layihələrimdə firststeps.az saytında referatlara diqqətimi artırmışam, artıq ordakı referatların sayını 450-yə yaxındır.

 

Böyük layihələrimdən biri olan wap.xana.az saytında isə gündəlik orta qaydada daxil olan istifadəçilərin sayı müxtəlif aylarda 30 000 ~ 50 000 arası olmuşdur.

 

Xarici ölkələrdən mərkəzi ofisləri Hollandiyada olan priorcontrol.org sistemində və ABŞ-dan olan xırda 1-2 sistemlərin üzərində işləmişəm. Bu il xarici əlaqələrim də zəif olmuşdur.

 

 

Səyahət
2009-cu ildə səyahət cəhətdən çox maraqlı olmuşdur. İlik əvvəlində (Fevral) Almaniyanın paxyatxı Berlində, Türkiyədə, Aprel ayında Qazaxıstan, May ayında Ukrayna, Çexiya, Polşa, İyunda Rusiya-nın paytaxtı Moskva şəhərində və 5 ay aradan sonra Noyabr ayında Gürcüstanın paytaxtı Tbilisi şəhərində olmuşam.

 

 

2010-cu ildə isə İnşallah daha yeni biliklər, layihələr və xarici əlaqələrimin inkişaf etdirilməsi üçün əlimdən gələni edəcəyəm.

 

 

Yeni iliniz mübarək!

Poznan Berlin Czech