Archive for March, 2010

Saytınız neçəyədir? Statistika.

Tuesday, 9 March, 2010 05:37

Bu günlərdə elə belə saytların statistikasını öyrənmək üçün internetdə axtarış edirdim və gözəl iki hesablama sisteminə rast gəldim.

Sistemlər əsasən saytda daxil olan istifadəçilərin və səhifələrin ortaq hesablamasına əsasən saytda reklamdan nə qədər qazana bilməyini göstərir.

1) http://www.cubestat.com/
Burada saytın məlumatı Dmoz, google PR və s statistikası göstərilir.
cubestat

2) http://www.websiteoutlook.com
Daha maraqlıdır, saytın ətraflı məlumatları, ən çox daxil olan ölkələrin siyahısı və s məlumatları göstərir. Statistika tam domen üzrə edilir. Məs mən öz saytım üçün statistikanı edəndə cubestat-da wap.xana.az etmək olurdusa, burda xana.az yazdıqda altdomenlər üzrə də statistika hesablanır.
websiteoutlook

Test üçün 1-2 saytı analiz etdim.

wap.xana.az

1) cubestat
Gündəlik – 15,533 səhifə və $46.60 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $34,017.27

2) websiteoutlook
Gündəlik – 16,739 səhifə və gündəlik $51.95 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $37,923.50
Sayta daxil olan top ölkələr – Azərbaycan, Hindistan, İndoneziya.
Bəs Nigeriya hanıı??? 🙂

boxca.com

1) cubestat
Gündəlik – 2,234 səhifə və $6.70 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $4,892.46

2) websiteoutlook
Gündəlik – 73,959 səhifə və gündəlik $223.61 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $163,235.30
Sayta daxil olan top ölkələr – Azərbaycan, Türkiyə, İran, Rusiya.

xazar.com

1) cubestat
Gündəlik – 17,639 səhifə və $52.92 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $38,629.41

2) websiteoutlook
Gündəlik – 20,768 səhifə və gündəlik $64.04 qazanmaq şansı.
Saytın ümumi qiyməti – $46,749.20
Sayta daxil olan top ölkələr – Azərbaycan, Türkiyə, Böyük Britaniya.
AzərbaycanTürkiyə aydındır, maraqlıdır görəsən Böyük Britaniyadakılar xazar.com-da Azəraycan dilində nə axtarırlar?

Beləcə çoxlu, maraqlı nəticələr əltə etmək olar.

Digərlərini siz baxıb maraqlı nəticələr əldə etsəniz şərhlərdə qeyd edin.