Archive for October, 2010

Eynşteynin tapşırığı

Wednesday, 27 October, 2010 19:09

Bu gün internetdə gəzəndə məntiqi bir məsələyə rast gəldim. Təxmini 1 saata yaxın vaxtım getdi, amma həllini tapdım.
Eynşteynin bu tapşırığını dünya əhalisinin 10%-i həll edə bilib, digərləri isə hazır həlli axtarıblar.

Demək belə.
1. 5 ev var.
2. Hər bir evdə fərqli milliyyətdən olan 1 nəfər yaşayır.
3. Hər bir sakin digərlərindən fərqli içki içir, xüsusi siqaret çəkir və heyvan saxlayır.
4. Heç bir sakin digərinə oxşar içki içmir, eyni siqater çəkmir və oxşar olan heyvanlar saxlamır.

Məlumat:
1. İngilis qırmızı evdə qalır.
2. İsveçli it saxlayır.
3. Daniyalı çay içir.
4. Yaşıl ev ağ evin solunda durur.
5. Yaşıl evin sakini kofe içir.
6. Pallmall çəkən adam, quş saxlayır.
7. Ortadakı evdə qalan süd içir.
8. Sarı evin sakini Dunhill çəkir.
9. Norveç birinci evdə qalır.
10. Marlboro çəkən, pişik saxlayanın yanında qalır.
11. At saxlayan sakin, Dunhill çəkənin yanında qalır.
12. Winfield çəkən pivə içir.
13. Norveç mavi evin yanında qalır.
14. Alman Rothmans çəkir.
15. Marlboro çəkən su içənin qonşuluğunda qalır.

Sual: Balıq kimindir?