Bu postumda ürəyimdən keçənləri yazıram…
Kimsə güləcək, Kimsə başa düşəcək, kimi isə məni gic sayacaq…
Sən saydığını say gör sayğac nə sayır…
Hirslənirəm…
- Mark Zuckerberg-in facebookda mənim o biri hesabımı bloklamasından.
- Azərbaycanda Uzun saçlı oğlan görəndə millətin ona mavi kimi baxmalarından.
- Xırda layihələrin içində boğulub, planımda olan layihələrə start verə bilməməyimə.
- Kimsə məndən nə isə xahiş edəndə onu başa düşdüyüm üçün yox deyə bilməyib, amma mənim işim düşəndə YOX-lar eşidəndə.
- Vaxtım ola ola iş görmək əvəzinə, yerimdə uzanıb facebook-da gəzməyimdən.
- Azərbaycanda, tanışın olmasa işinin qabağa getməməsindən.
- Mentalitet adı altında gizlənələrdən.
- Meyvə verəndə başını aşağı əymək əvəzinə dikbaşlıq edənlərdən.
- Azəbaycanda normal Veb portalın olmamasından.
- Rüşvət alanlardan
Ürəyimi boşaltdım, sakitləşərəm…




