Archive for December, 2010

2010-da belə bitdi…

Thursday, 30 December, 2010 05:55

Keçən ilki ənənəmə sadiq qalaraq, bu ilin də sonunda il ərzində gördüyüm işlərin hesabatını bloqumda yazmağı özümə bir borc bilirəm.

005 004 002 001

2010-cu il xırda layihələr və yerində addımlama ilə yadımda qaldı.

 

 

Seminarlar, Konfranslar və müəyyən tədbirlər
Bu il 2 maraqlı seminar və tədbirdə iştirak etdim.
mix10Bunlardan biri İlin əvəllərində Günahlar Şəhərciyi sayılan Las Vegas-da, Microsoftun ən iri konfranslarından biri olan MIX10 idi. Azərbacandan bircə mən idim. Sağ olsunlar yaxşı ki Rusiyadan 4-5 nəfər getmişdi və orda 3 Türklə də rastlaşıb danışmağa imkan olmuşdur.
Tədbiri deyə bilmərəm, amma yeri çox super idi 🙂
Həə, bir də burda bir çox güclü trafiki olan sayt sahiblərinin işlətdikləri nginx sisteminin müəllifi Igor Sysoev-lə də tanış olmuşdum, yəqin ki bizim BarCamp-lardan birinə dəvət edərik.

 

Növbəti maraqlı tədbir isə ilin sonunda keçirilmiş MilliNet 2010 idi, Burda texnologi funksionallıq üzrə Juri-nin üzvü idim. 300-dən çox sayt arasından 74 (yoxsa 75?) sayt seçmək və bu saytların hamısı üçün bir bir qeydlər yazmağın əzabı və sonda təqdimat mərasimində onun nəticəsini görmək çox maraqlı idi. Qalib gələn saytları bir daha təbrik edirəm.

 

 

Öyrəndiklərim

Bu il İngilis dilimi bir balaca təkmilləşdirmişəm, proqramlaşdırmada yeni dil yox, yeni üsullar öyrəndim.

 

Ümumi olaraq bir az irəliləmişəm.

 

 

Layihələr

poni_logo moxito_logo logo

Artıq müştərilərdən olan sifarişlərə yox deyib, şəxsi layihələrimə daha çox üstünlük verməyə balşamışam. İl ərzində 1-2 sifariş götürüb tez bir zamanda onları təhvil vermişəm.

 

Xüsusi xidmətlərdən APA-nın lent.az, vesti.azdeputat.az saytlarına 2-3 aylıq nəzarət etmişik.

 

Noyabr ayında Seçkilərlə əlaqədar olaraq infocenter.gov.az saytına 2-3 günlük təhlükəsizlik xidməti göstərdim. (Bu işdə mənə dəstək olduqlarına görə Arif, Oruc və qrup yoldaşım Hikmətə təşəkkürlər)

 

Yeni layihələrimdən 2-3 layihəmin üzərində indi də işlər gedir, yəqin ki ilin əvvəli sizləri onlarla sevindirəcəyəm.

 

Elnurla (DOZO) yeni poni.az endirim kuponlarının satışı sistemini xoda saldıq. Layihənin ilk uğurları gözəldir. Əminəm ki gələn il daha da irəliyə gedəcəyik.

 

İlin sonunda köhnə layihələrimdən olan wap.xana.az saytına yanaşma prinsipində xırda dəyişikliklər etdim. Saytın istifadəçiləri keçən ilki kimi stabil olaraq qalmışdır.

 

İlk Addımlar layihəsində 2 yeni dərslik əlavə edilmiş, referat.firststeps.az bölməsində 1 il ərzində istifadəçilər tərəfindən göndərilən referatların sayı əvvəlki illər ərzində göndərilənlərdən çox olmuşdur və ümumi referatların sayı bu günlərdə (ilin sonunda) 1000-ə çatmış və hətta bir az keçmişdir. Deyəsən təhsilimizdə bir az dirçəliş olub 🙂

 

moxito.az saytında xırda BUG-ları aradan qaldırmış, korporativ stil dəyişmiş, Kredit Kartları ilə ödənişlər aparmaq üçün GoldenPay sisteminə qoşulmuş və sonu uğursuz da olsa bir danışıq aparılmışdır. Gələn ildə sistemə yanaşmada xırda dəyişikliklər edilməsi planlaşdırılır.

 

 

Səyahət
Bu il çox olmasa da cəmi 3 ölkədə oldum.

 

Bunlar Rusiya, ABŞ və Çexiyadır. Lakin səyəhətində olduğum müddətdə, mənim üçün yeni icad etdiyim ABŞ (Rusiya və Çexiyada əvvəlki illərdə olmuşdum) elə filmlərdəki kimi də olaraq arzular ölkəsi olaraq yadımda qaldı.

 

Gəzdiyim 3 New York, Nevada və California ştatları haqqında isə fikirlərim belə olmuşdur.

 

nevada_01 nevada_02 nevada_03

İlk olaraq Nevada ştatında, daha dəqiq desək Las Vegas-da oldum. Şəhərin gecəsi gündüzü yoxdur. Bütün günü əyləncə, hər yer kazinoları ilə adamı valeh edirdi. Aeroportdan düşən kimi kazinoda 20 usd qoydum və 40 usd uddum, sabahısı günü isə 40 usd-ni qoyub 50 usd uduzdum və beləcə kazino oynamaq şəhvətimə son qoydum 🙂 Necə deyərlər nəfsimi öldürdüm.

 

california_01 california_02 california_03

Sonra ən çox sevdiyim California ştatında oldum, San Francisco-dan keçərkən ayaq saxlaya bilməsəm də, 2 gün Disneyland-da oldum, gəzdim və Disneyland haqqında deyilən Dünyanın ən şən şəhərciyi adının niyə belə olduğunun real şahidi oldum.

 

new_york_01 new_york_02 new_york_03

Sarı taksiləri, göydələnləri, Azaqlıq heykəli, və ən əsası biznez mərkəzləri ilə tanınmış New York haqqında isə bir az mənfi rəydə oldum. Bəlkə də kriminal zona olan Brooklində qaldığım üçün belə fikirdəyəm, amma onu deyə bilərəm ki New York Bakının zibilli versiyasıdır 🙂 Bir də Bakıda Forbes Jurnalının ofisi və Bloomberq kimi meri yoxdur (Digərlərini yazmayım).

 

 

Yeni iliniz mübarək…

2011-də əminəm ki daha iri layihələrim(iz) olacaq.

 

MilliNet-də hansı saytlara, necə mız qoydum…

Wednesday, 15 December, 2010 21:39

Bu il MilliNet 2Milli İnternet Mükafatı keçirilirdi. Bu ilki Millient-də “Texnoloji-funksionallıq” sahəsi üzrə məni də komissiyanın üzvü(Münsif) seçmişdilər. Səsvermə 2 mərhələdən ibarət idi.
I mərhələdə: Komissiya üzvləri Qəbul edilmiş 300-dən çox saytın içindən pis, normal, əla seçirdik.
II mərhələdə: 14 kateqoriya üzrə seçilmniş 74 sayta 1-dən 5-ə qədər səs verdik. Burada hərə öz panelinə daxil olur və 74 saytın hər biri haqqında qeydini yazır və qiymət verirdi. Əgər qiymət verilmirdisə o sayta 0 qiyməti yazılırdı.
Sonra isə Münsiflərin seçdikləri qiymətlər toplanıb bölünür və orta rəqəm üzrə qaliblər seçilirdi.
Qaliblər isə 4 Dekabr 2010-cu il tərixində Ambassador Otelində açıqlandı. Sonra o günü gecə saat 12 üçün münsiflərin verdiyi qiymətlər və qeydləri hər bir sayt sahibi hesabına daxil olub baxa bilirdi.
Mən bütün saytlara yazdığım qeydləri sizə burda təqdim edirəm.

 

İstifadəçi kontenti üzərində qurulmuş saytlar
http://www.qurman.az/
Saytın xəritəsində İngili dilli başlıqların olması işə bir az soyuq yanaşmanı gpstərir.
Həmçinin hər hansı bir kriteriya üzrə axtarış etmək olmur. Məs: Wifi-i olan və biznes lanç verən restoranları axtarmaq kimi imkanlar yoxdur.

http://sosium.com/
Strukturuna, funksionallığına söz ola bilməz.
Bu kateqoriya üzrə saytın Alexa reytinqi II yerdə olduğu üçün 4 verirəm.

http://cavablar.net/
Strukturuna, funksionallığına söz ola bilməz.
Bu kateqoriya üzrə saytın Alexa reytinqi I yerdə olduğu üçün 5 verirəm.

http://yaddas.com/
Axtarış etdiksə ASP.NET-də səhv barədə məlumat çıxır (Server Error in ‘/yaddas’ Application.)

http://hemsinif.az/
Strukturuna, funksionallığına söz ola bilməz.
Bu kateqoriya üzrə saytın Alexa reytinqi III yerdə olduğu üçün 3 verirəm.

 

Elektron xidmət
http://azerdict.com/
Gözəl yığılıb. Strukturuna söz ola bilməz.
Saytın Alexa, WOT-u yüksək olduğu üçün 5 verirəm.

http://www.tqdk.gov.az/az/videolessons/
Gözəl yığılıb. Strukturuna söz ola bilməz.
Saytın Alexa, WOT-u II yerdə olduğu üçün 4 verirəm.

http://www.bizimmarket.az/
Saytda demo girişi yoxdur, demo kimi qeyd etmək istəyəndə səhv verdi.
Warning: fsockopen() [function.fsockopen]: unable to connect to mail.bizimmarket.az:587 (Connection refused) in /home/bizim171/public_html/system/library/mail.php on line 152Warning: Cannot modify header information – headers already sent by (output started at /home/bizim171/public_html/index.php:67) in /home/bizim171/public_html/system/engine/controller.php on line 22

http://mayka.az/
Sifariş edərkən bəzi səhifələrdəki məlumatların rus dilində göstərməsi, sistemin hazır script üzərində qurulmasını göstərir.

http://www.bes.az/
Gözəl yığılıb. Strukturuna söz ola bilməz.
Saytın Alexa, WOT-u III yerdə olduğu üçün 3 verirəm.

 

Mobil resurs (wap daxil deyil)
http://mobildunya.az/
Axtarışda 1 nəticə olmasına baxmayaraq, Növbəti, Son və s linklərinin çıxması yaxşı deyil.s
Funksionallıq üzrə axtarışın nəticəsində, telefonun linkini sıxmaq çox çətindir.

http://mobishop.az/
Səbətə daxil olmaq istəyəndə title rus dilində olması qəribədir.
Müəyyən bölmələrdə heç title yoxdur (Məs: http://mobishop.az/catalog/61)
Telefonların kataloqunda qiymətinin olması superdir.

http://m.azeroo.com/
İlk səhifədo demo/demo ilə daxil olduqdan sonra göndər hissəsində floodlamaq imkanı var. Ona filter tətbiq edilməsi nəzərə alınmayıb.
Saytda axtarış etmək imkanı yoxdur. Məs istədiyin MP3-ü axtarmaq üçün 1-2 müğənniləri gəzməlisən.

http://bakcell.net/
Elaqe, Haqqimizda linklərinin işləməyərək məlumatsız saytda olmasının yeri yoxdur. Məlumat yoxdursa o linklər niyə boş durur orda?
İlk səhifədə, daxili səhifələrdə telefonlar haqqında məlumatların statik ölçülü blokda olması saytın qeyri peşəkarlığını göstərir.

http://bizim.mobi/
Sayt WordPress üzərində yığılıb.

 

İnternet marketinq
http://fayda.az/
Sayta demo/demo ilə daxil olmaq olmadı.

http://www.internetshop.az/
Sayt WordPress üzərində yığılıb.
VİP dükanlar bölıməsinin boş, məlumatsız olması orda olmasının yeri yoxdur.

http://www.tamendir.com/
Sayt DataLife Exgine üzərindəə qurulub.
Saytın strukturu mövzuya uyöun deyil.

 

Dövlət və bələdiyyə saytları
http://customs.gov.az
Axtarışda script, href yazdıqda 100 nəticə çıxır. Bu proqramlaşdırmanın zəif yazılmasını göstərir.
bütün səhifələrdə Saytın Xəritəsinə link var, Lakin saytın xəritəsinə sıxdıqda Sayt hazırlanma mərhələsindədir yazısı çıxır. Hzırlanırsa o səhifə onun linkinin ora qoyulmasının yeri yoxdur. İlk səhifədə textin ölçüsünü böyüdən, rəngi dəyişən funksionalın bəzək üçün ora vurulması gözəldir, amma ki o işlək olsa lap super olar.

http://edu.gov.az
Axtarışda href yazdıqda çoxluuuuu nəticə çıxır. Bu proqramlaşdırmanın zəif yazılmasını göstərir.
Saytın gözəl strukturu var.

http://aaaf.az/
Sayt WordPress üzərində yığılıb.

http://www.nakhchivan.az/
Hər hansı xəbərin üzərinə sıxdıqda yeni pəncərənin açılması yaxşı göstərici deyil. Kim isə yeni səhifədə məlumata baxmaq istəyirsə linkı sıxanda Shift klavışını tuta və sa mausun sağ düyməsini sıxıb bunu edə bilər.

http://www.diaspora.gov.az/
Axtarışda href yazdıqda çoxluuuuu nəticə çıxır. Bu proqramlaşdırmanın zəif yazılmasını göstərir.
Hətta müxtəlif səhifələrdə &nbsp… kimi simvolların göstərilməsi yaxşı deyil.

http://sspf.gov.az/
Axtarışda href yazdıqda çoxluuuuu nəticə çıxır. Bu proqramlaşdırmanın zəif yazılmasını göstərir.
Bəzi nəticələrin elə qısa məlumat deyil, tam səhifə həcmində olması da yaxşı deyil.

 

Elm və təhsil
http://www.sdu.az/
Saytın gözəl strukturu var.
Bircə ən yuxarıdakı menyunun Flash-da olması çx qəribədir.

http://diplomatiya.az/
Sayt Joomla Hazır CMS-i üzərində yığılıb.
Google-da axtar hissəsində iframe-də google səhifəsinin açılması çox qəribədir 🙂 Onu niyə ediblər?

http://www.suallarlaislam.com/
Saytın gözəl strukturu var.
Saytın daxili səhifələrində mətnlərə 2 dəfə click edəndə səhv olan bir səhifə açılır. (http://www.suallarlaislam.com/kaynaklar.php?kelime=Sular)
Həmin səhifədə PHP səhv çıxır.

http://kurs.edu.az/
Sayt WordPress üzərində yığılıb.
Gözəl strukturu var.

http://www.biznes.edu.az/
Saytda sol menyuda xəbərlərin üstünə mausu gətirdikdə mətnin qısa təsviri dəyişir, lakin linkə sıxdıqda eyni link açılır.
Saytın gözəl strukturu var, lakin ilk və daxili səhifələrdə məlumatlar çoxxxx azdır.

http://menazerbaycanliyam.az/
Saytın gözəl strukturu var.

 

İnternet xidmətləri (Servislər)
http://www.evim.az/
Sayt gözəl yığılıb.

http://autobaku.az/
Qısa axtarış blokunda 4 tip kuzovun olması qəribə göstəricidir. Yəqin ki bunu dizaynda boşluğu doldurmaq üçün ediblər.
Hər hansı avtomobil haqqında ətraflı linkinə sıxdıqda yeni pəncərənin açılması yaxşı göstərici deyil. Kim isə yeni səhifədə məlumata baxmaq istəyirsə linkı sıxanda Shift klavışını tuta və sa mausun sağ düyməsini sıxıb bunu edə bilər.

http://www.signal.az/
Sayt gözəl qurulub.
Hər hansı avtomobil haqqında ətraflı linkinə sıxdıqda yeni pəncərənin açılması yaxşı göstərici deyil. Kim isə yeni səhifədə məlumata baxmaq istəyirsə linkı sıxanda Shift klavışını tuta və sa mausun sağ düyməsini sıxıb bunu edə bilər.

http://www.hostinn.info/
Bəzi scriptlərin hazır götürülüb qurulması yaxşı deyil. Məs domen axtarışında a yazıb axtardıqda nəticə türk dilində çıxır, bu isə o scriptpin türk saytlarından götürülməsini göstərir.

http://www.material.az/
Saytın title hisəsində qəribə simvolların olması aydın deyil.
Müəyyən səhifələrə dail olduqda məlumatın boş olması saytda çox materialın olmamasını göstərir. (Məs: http://www.material.az/TIKINTI%20MATERIAL/kerpich.htm)
Saytda meta teqlərlə encoding detect olunmur. Əgər səhifəni UTF8-lə açıblarsa onda müxtəlif səhifələr qarışıq olur. (Məs: http://www.material.az/XEBERLER/xebeler.htm – Win 1251 encoding-indədir, amma ki meta-da o təyine dilməyib )

 

Bloqlar
http://azdizayner.com/
Bloqlar kateqoriyasındakı saytların funksionallığı eyni olduğu üçün seçim etmək bir az çətinlik törədir.
Bu bölmədə məlumatların strukturuna, saytın populyarlığına fikir vermişəm.
Sayt daha çox tədris sahəsində olması gözəl göstəricidir, sayt rəhbərliyinə uğurlar.

http://blog.stomatoloq.az/
Bloqlar kateqoriyasındakı saytların funksionallığı eyni olduğu üçün seçim etmək bir az çətinlik törədir.
Bu bölmədə məlumatların strukturuna, saytın populyarlığına fikir vermişəm.
Saytda çox gözəl məlumatların, vCard-ın olması superdur. Sayt rəhbərliyinə uğurlar.

http://avtobloq.info/
Bloqlar kateqoriyasındakı saytların funksionallığı eyni olduğu üçün seçim etmək bir az çətinlik törədir.
Bu bölmədə məlumatların strukturuna, saytın populyarlığına fikir vermişəm.
Həqiqətən də avto sahəsində ilk bloq saytı olan avtobloq çox gözəl qurulub və daha da inkişaf edəcəyinə əminəm. Sayt rəhbərliyinə uğurlar.

http://fotoqraf.az/?cat=4
Bloqlar kateqoriyasındakı saytların funksionallığı eyni olduğu üçün seçim etmək bir az çətinlik törədir.
Bu bölmədə məlumatların strukturuna, saytın populyarlığına fikir vermişəm.
Müxfəlif fotosessiyalardan bəhs edən bloqun çox gözəl strukturu var, sayt rəhbərliyinə uğurlar.

http://www.antv.ws/
Bloqlar kateqoriyasındakı saytların funksionallığı eyni olduğu üçün seçim etmək bir az çətinlik törədir.
Bu bölmədə məlumatların strukturuna, saytın populyarlığına fikir vermişəm.
Videoboq, Bloq yazılarında strukturlaşmış sayta söz ola bilməz. Sayt rəhbərliyinə uğurlar.

 

Asudə vaxt, idman və əyləncə
http://cinema.35mm.az
Saytın gözəl strukturu var.

http://www.halay.az
Saly Hazır InstantCMS CMS-i üzərində qurulub.
Strukturu gözəl qurulub.

http://mix-oyunlar.com
Axtarışda a, q, e və s hərifləri yazıb axtardıqda hamsında 10 səhifəlik nəticə çıxır.
Top oyunların olmaması qəribədir.

http://park.az
Sistemin üzərində işləsələr daha inkişah etdirə bilərlər.
Uğurlu ola bilər.

http://cinem.az
Sayt hazır DataLife CMS-i üzərində qurulub. Həttə məlumatın Nulled olmasını da əldə etmək olur.
Bəzi bölmələrə daxil olduqda o bölmələrdə məlumatın olmaması lakin ora link olması yaxşı deyil. (Məs: http://cinem.az/index.php?do=cat&category=aktrisa )

http://www.qaraqutu.com
Bəzi bölmələrə daxil olduqda o bölmələrdə məlumatın olmaması lakin ora link olması yaxşı deyil. (Məs: http://www.qaraqutu.com/browse-cizgi-film-videos-1-date.html )

 

Ailə, uşaq və sağlamlıq
http://sharm.az
Sayt DLE hazır CMS sistemində qurulub.
Saytın gözəl strukturu var, lakin sağ tərəfdəki şəkillətin nə səbəbə orda olmasını anlamaq olmur. Bəziləri hansısa linkə getməsini nəzərə almasaq.

http://xanim.net
Sayt WordPress-də yığılıb.
Gözəl SEO olunub. Strukturuna söz ola bilməz. Axtarə.da http://tibb.az/
Sol tərəfdə çoxlu linklərin olması sayta daxil olduqda saytın iri olmasını göstərir, amma ki məlumatların qruplaşdırılmamasından xəbər verir. Onları hansısa bir kataloq blokunun altında yerləşdirmək də olardı.

http://www.medekspert.az
Saytın Daxilində olan altmenyular üçün olan Məqalələr bloku adamı bir az çaşdırır.
İlk səhifəyə daxil olduqda sual cavab blokunun olması yaxşı ideyadır. Bir az işləsələr saytın üstündə inkişaf edəcək.

http://diabet.az
Müəyyən səhifələrdə boş yerlərin olması yaxşı deyil. (Məs: http://diabet.az/penceler.htm)
Menyuda “Ana s” – bir link, “əhifə”-nin isə digər link kimi qurulub eyni səhifəyə verilməsi işin həvəskar edilməsi göstərir.

 

Mədəniyyət, incəsənət və turizm saytları
http://www.cafarcabbarli.org
Saytın ilk səhifəsinə daxil olduqda mahnı səslənir və mahnını kəsmək üçün gərək növbəti səhifəyə keçəsən.
Yaradıcılığı səhifəsinə sıxdıqda, ordan çıxmaq üçün gərək yuxarıdakı yenilə düyməsini sıxasan.
Saytın tam Flash olması yaxşı deyil.

http://rasulrza.musigi-dunya.az
Saytın gözəl strukturu var.
Yuxarı (Header) blok çox yer tutur.

http://www.filarmoniya.az/
İstifadəsi çətin qurulub. Rahat deyil.

http://abdullashaig.com
Sayt WordPress-də yığılıb.
Hər bir səhifəyə keçdikdə gərək mahnı səsini kəsmək üçün stop düyməsini sıxasan.
Saytın source baxmaq üçün sağ düymənı sıxdıqda, uşaq aldadıcı “Əməyə hörmət edək!!!” alert-i saytı quranların qeyripeşəkarlığını göstərir.

http://www.kinooperator.net/
Sayt freymlərlə qurulub və http://kinooperator.net.qazax.biz/ saytına gedir.
kinooperator.net.qazax.biz WordPress-də yığılıb. Saytın strukturu düzgün qurulmayıb, Ortada balaca blokun olması və saytın statik ölçüdə olması yaxşı deyil.

 

Media və İnformasiya
http://www.yayim.net
2-3 səhifəlik saytın hansı mövzuya aid olmasını çox aydın göstərir.
Saytın mövzuya uyğun qurulmasının üzərində, bir az işləyib daha da tanıtmaq olardı.
Axtarış bloku, TV proqramın olmaması, TV kanalların olması, Arxiv verlişləri olsaydı daha yaxşı olardı.

http://313news.net
Sayt hazır CMS üzərində yığılıb.
Daxili səhifələrda olanda, bəzi hissələrin tərcümə edilməməsi yaxşı deyil. (Məs: http://az.313news.net/down/)

http://www.ria.az
İlk səhifədə bəzi bölmələrin ingilis dilində olması (“Newsletter” və s), Daxili səhifələrdə boş yerlərin olması saytın düzgün strukturlaşmamasını göstərir.

http://sumqayitxeber.com
Sayt WordPress üzərində yığılıb.
Saytın strukturu yaxşı deyil, ilk səhifədə olan xəbərlər arasındakı məsafənin çox olması, sol menyu üçün olan blokdakı məsafə düzgün qurulmayıb.

http://www.sektor13.org
Sayt yaxşı qurulub. Daxili səhifələrdəki mətnlər üzərində işlənilsə və rezin qurulsa daha da super olar.

http://ibrahimnebioglu.com/
Sayt Joomla-da yığılıb.
Lİnklərin alt-alta çox sıx olması (Son Xəbərlər, Ən çox oxunanlar) yaxşı deyil.

http://www.birlik.az
Xəbər lentinin çox uzun olması yaxşı deyil.

 

İctimai-sosial saytlar
http://buta.kr
Sayt Joomla Hazır CMS-i üzərində yığılıb.
Bəzi linklərin birdəfəlik PDF fayllara getməsi yaxşı deyil. Xəbərdarlıq olmalıdır o barədə və ya həmin linkin PDF fayla getməsi barədə məlumat verilməlidir.

http://atgti.az
Saytın Strukturuna, Proqramlaşdırmasına söz ola bilməz. Gözəl yığılıb.

http://www.sevilnuriyeva.az
Saytın ilk səhifəsinə daxil olduqda mahnı səslənir və mahnını kəsmək üçün gərək növbəti səhifəyə keçəsən.
Daxili səhifədə saytın strukturu gözəl qurulub.

http://ips-az.org/
Flash animasiyalar super edilib. Əgər hansısa brouzerdə Flash Player yoxdursa onda sayta heç baxmaq olmayacaq.
İlk səhifədəki məlumatların Flash üzərində olması bu tip sayt üçün yaxşı göstərici ola bilər. Amma ümumilikdə çox da yaxşı deyil.
Text versiyaya keçmək üçün ən aşağıda, çox balaca fonda gözə görünməz Text versiyasını görməsəydim elə biləcəkdim sayt tam flash-dir.
Daxili səhifədə saytın strukturu gözəl qurulub.

http://www.yardim.az/
Az, qısa, lakonik məlumatlarınm olması saytın konkret hansı sahədə fəaliyyətinin çox gözəl göstəricisidir.
Saytda yuxarıda Eng linkinin işləməməsi yaxşı deyil. Əgər işləmirsə o linkin boş yerə ora qoymağın nə mənası?

 

Korporativ sayt
http://jale.az/ – 3
Sayt Joomla Hazır CMS-i üzərində yığılıb.
Məlumatlar və text ardıcıllığı gözəl strukturlaşıb.
XHTML kodinqində kodlaşıb, amma ki CSS koding də edə bilərdilər (Div-lərlə).
Bu da saytın tez bir zamanda hazır məlumatları yerləşdirərək hazırlamasını göstərir.

http://www.centralbaku.com/
Sayta daxil olanda İngilis dilini bilməyən adam Hansı linkə sıxmaq lazım olduğunu bilmir.
Usibility tərəfdən çox narahatdır. Saytın Yalnız İnternet Explorer 9 üçün nəzərdə tutulması da yaxşı göztərici deyil.

http://www.duetdizayn.com/ – 2
Flash animasiyalar super edilib. Əgər hansısa brouzerdə Flash Player yoxdursa onda sayta heç baxmaq olmayacaq.
Bütün məlumatların Flash üzərində olması bu tip şirkət üçün yaxşı göstərici ola bilər. Amma ümumilikdə çox da yaxşı deyil.

http://www.beautypalace.az/
Saytın ilk səhifəsinə daxil olduqda mahnı səslənir və mahnını kəsmək üçün gərək növbəti səhifəyə keçəsən.
Saytda Flash olmasa digər səhifələrə keçmək üçün link yoxdur. (Skip intro)
Daxili səhifələrdə struktur gözəl qurulub, lakin alt menyular üçün çox yer ayrılıb mətn üçün az yer qoyması yaxşı göstərici deyil.

http://worldmedicine.az/
Sayt Joomla Hazır CMS-i üzərində yığılıb.
Məlumatlar və text ardıcıllığı gözəl strukturlaşıb.
XHTML kodinqində kodlaşıb, amma ki CSS koding də edə bilərdilər (Div-lərlə).
Bu da saytın tez bir zamanda hazır məlumatları yerləşdirərək hazırlamasını göstərir.

http://www.saybernet.az/ – 4
SEO və proqramlaşdırılması qənaətbəxşdir.
Usibility yaxşıdir.
Minuslarından biri odur ki ə, ş və s Unicode hərifləri-ni UTF8-də etməyib.
Sayt HTML 4.01 standartında kodlaşıb. (CSS koding də etmək olardı)

 

 

P.S.
Sonda qısa bir qeyd edim ki MilliNet-də qalib gəlmək yox, finala çıxmaq kifayətdir.
Çünki burda Münsiflərin verdiyi qiymətlər, qeydlərin hesabına saytınızı daha da təkmilləşdirə bilərsiz.