Archive for September, 2011

İlk Addımlar layihəsinin inkişafı üçün könüllü axtarışında…

Thursday, 8 September, 2011 00:35

İlk Addımlar layihəsinin yeni versiyası üzərində çalışıram, bununla əlaqədar digər layihələrin də proqramlaşdırılması üzərində işlədiyim üçün görürəm ki, artıq mənə köməkçi lazımdır.
Ona görə də, İlk Addımlar layihəsinin yeni versiyasını işə salmaq üçün könüllülər axtarışına başlayıram.

 

Tələblər:
– Kompüterdə gözüyumulu işləməli
– PHP/MySQL bilməli
– Java ilə JavaScripti ayırmalı
– HTML/CSS/jQuery-də qurdalana bilən
– Digərlərinin kodlarında qurdalanıb sərbəst işləyə bilsin
– Sual yox, məsələnin həllini vermək bacarığı olsun
– Bildiyi dillər yalnız Azərbaycan dili ilə bitməməli (rus və ingilis dilini bilməsə də olar)
– Bu məsələlərin cavabını (PHP kodda) mailə göndərməlidir:
1) a və b dəyişənlərinin qiymətlərini əlavə 3-cü dəyişən olmadan dəyişmək.
Məs:
a = 4, b = 7
proqram icra olduqdan sonra:
a = 7, b = 4

2) 1-dən 10-a qədər fibonaççi ədədlərini ekrana çıxaran proqram yazsın.

– Bir də, bu şüarı unutmamalıdır: Danışmaq yox, nəticə göstərmək lazımdır!

 

Şərt və tələblər:
– İlk Addımlar layihəsinin üzərində gündə minimal 8 saat, həftədə 5 gün olmaq şərti ilə işləyəcək (Tələbələr dərsdən sonra da qoşula bilərlər, onda vaxt məsələsini danışa bilərik.)
– Layihənin icrası təxminən 2 ay olacaq.
– Gündəlik 1 dəfə yemək, çay, rahat otaq şəraiti təşkil edilir.

 

Tələblər haqqında qısa məktub, məsələnin cavablarını, CV-ni e-poçtuma göndərin: rashad@aliev.info

 

Son sənəd qəbulu 12 Sentyabr-a qədərdir.

 

Seçim barədə nəticəni zəng edib bildirəcəyik.