İllik hesabatım (2011-ci il)…

Saturday, 31 December, 2011 19:01

20092010-cu illərki kimi bu ilin sonunda da post yazımı illik etdiyim işgüzar və sosial işlərimin, səyahətlərimin, bildiklərimin və öyrəndiklərimin hesabatını bloqumda yazıb sizlərlə bölüşməyi özümə borc bilirəm.

 

Bu il bir az ağır, işlərlə dolu il oldu desəm yanılmaram, çünki heç rahat dincəlməyə vaxt tapa bilmirdim. Ona görə də bu hesabatımda ilk yazacağım səyahətlərim olacaq.

 

Səyahət

Cəmisi 2 yaxınlıqda olan olkələrə getdim.
Bunlardan biri Gürcüstan digəri isə Türkiyə idi.

 

Gürcüstan paytaxtı Tiflisə İyul ayında işlərimlə əlaqədar olaraq 6 günlük getmişdim, arada vaxt tapanda şəhərdə gəzdim və Tısbağa gölündə özümü günə verməyə gedirdim. Onu deyim ki Tiflisdə neçə dəfə olmağıma baxmayaraq bu dəfəki kimi rahat, dinc gəzmək imkanım olmamışdı.

 

Digər getdiyim məkanlardan biri isə Oktyabr-ın axırları, Noyabr-ın əvvəlləri Türkiyənin İstanbul şəhəri idi. Bu şəhərə getməyimin məqsədi dincəlmək idi 🙂 Xoşuma gəldi şəhər, hətta ginortaya qədər yatmağa da imkanım olurdu və heç bir narahatçılıq çəkmirdim ki səhər hardasa işgüzar görüşüm və ya işim var.

 

 

Öyrəndiklərim və ya Öyrətdiklərim

Bu il proqramlaşdırma sahəsində öyrəndimdən çox öyrətdim deyə bilərəm, Xəzər Universitetinin nəzdində, rəhbərliyimlə Xəzər İnternet İnstitutu yaradıldı. İnstitututun əsas məqsədi Xəzər Universitetinin internetlə əlaqədar layihələrini, saytını idarə etmək və bu sahədə tələbələr hazırlamaqdır. Hazırladığım tələbələrimdən CES və BMT-də könüllü işləyənlər var, hətta yanvarın 1-indən tələbəmin biri yanımda İnstitututun işçisi kimi işə götürülür.

 

İnstitutda keçdiyin dərslərdən bəzilərini videoya çəkib əvvəlki postlarımdan birində bura yerləşdirmişəm.

 

 

Seminar, Konfrans və müəyyən tədbirlər

Bu il xarici ölkələrdə keçirilən heç bir tədbirə qoşula bilmədim. Azərbaycan daxili isə bir neçə tədbirdə iştirak etdim hətta dəstək olduğum layihələr də oldu.
İştirak etdiyim layihələrdən biri CES-in may ayında keçirtdiyi NORD media ilə keçirtdiyi tədbir idi. Orda çıxışımın mövzusu “Tablets and Mobile devices” oldu.

 

Növbəti iştirak etdiyim tədbir Sentyabr ayında keçirilən Bloqosfer olmuşdu. Bloqosferdə çıxışım “Azərbaycanda mobil rabitə” mövzusunda oldu.

 

Dəstək olduğum tədbirlərdən biri Baku GTUG-un təşkil etdiyi “Hackathon Azerbaijan” layihəsi çərçivəsində keçirilən, UnibankHuawei spsonsorluğu ilə “Android Erası” yarışmasıdır. Yarışmanın əsas məqsədi Azərbaycanda Android üçün mobil proqram yazanların artırılması və yerli məzmunin inkişafıdır. Layihə çərçivəsində 5 təlim keçirilməsi də nəzərdə tutulub. Layihədə əsasən idarəçilik və marketinq işlərini edirəm. Gənclərin bu sahədə inkişaf etməsi üçün xırda da olsa rolumun olması məni çox sevindirir.

 

 

Layihələr

Bu ilki layihələr bir az çox vaxt və diqqət tələb edən layihələr oldu.

 

Keçən il xoda saldığım layihələrimizdən poni.az-ın artıq 1 yaşı tamam oldu və bu münasibətlə saytın dizaynını və funksionallığını dəyişdik.
1 il ərzində layihə çərçivəsində 6000-dən çox kupon satılmış, facebook qrupunda 12 000-dən çox fan yığılmışdır. Bu Azərbaycanda Statup layihə üçün çox böyük bir göstəricidir.

 

7 il fəaliyyət göstərməyinə baxmayaraq, saytının olmamasını nəzərə alıb dostlarımla birlikdə YER.AZ Hostinq provayderinin saytını xoda saldıq. Saytda Xidmətlərimiz, müştərilərimiz, hostinq paketləri və hostinq almaq istəyənlər üçün digər maraqlı məlumatlar yerləşdirmişik.

 

Mobil sahədə Azerfon operatoru ilə xoda saldığımız mikrofon.az layihəsi oldu. Avqust ayında xoda düşməsinə baxmayaraq bir neçə ay ərzində kifayət qədər reytinq yığmışıq. Telefonda 3 liniyalı müştəri xidmətləri, e-poçt, Skype və s mümkün olan əlaqə vasitələri. Müştərinin sifarişini realizə etmək üçün daim çalışan güclü bir işçi qüvvəmiz yaranıb. Qarşıdan gələn ildə layəhə ilə əlaqədar bir neçə maraqlı ideyalarım da var.

 

Bu il də MilliNet müsabiqəsində jüri üzvü oldum və onu qeyd edim ki saytlarımız çoxaldıqca keyfiyyətlərinin aşağı düşməsi faktı ürəyimi ağrıdır. Amma arada yaxşı saytlar da olur və gənclərimizin nə isə cəhd edib inkişaf etmələri sevindirici haldır

 

Artıq 10 ilə yaxındır yaratdığım, ilk uğurlu layihəm olan “İlk Addımlar” layihəsinin yeni versiyası xoda düşdü və Dekabr ayında rəsmi təqdimatı da oldu. Layihənin yeni versiyasının yaradılmasında bir çoxları mənə dəstək oldular. Dütün dəstək olanlara təşəkkürümü bildirirəm, təhsilimizin inkişafı üçün birləşib daha da irəli gedək. Həmçinin layihənin yeni versiytasının xoda düşməsində ən əsası proqramlaşdırma sahəsində mənə dəstək olan Azər Abbasova təşəkkürümü bildirirəm.

 

mak.az Məmməd və Ellada ilə birlikdə mobiz.az Mobil Biznes portalını xoda saldıq, saytda mobil xəbərlər, mobil sahədə çalışan şirkətlərin kataloqu yerləşdirilib. Gələcəkdə daha maraqlı, yeni bölmələrin açılması nəzərdə tutulub.

 

Bu il balacam wap.xana.az-ın artıq 6 yaşı oldu.

 

Xırda layihələrimdən mektub.az, warages.com layihələrini də xoda salmışam. mektub.az saytında mobil olan e-poçt xidməti göstərilir və saytın supportunu özüm çatdıra bilmədiyim üçün NEATS şirkətinə həvalə etmişəm, warages.com isə mobil MMORPG oyunudur, saytı qrup yoldaşım Anar yığıb və nəzarət edir.

 

Qısa müddətlik layihələrdən, yay aylarında şəhərin səs-küyündən qaçıb dincəlmək istəyənlər üçün 1001 Gecə yaxtası, Noyabr aylarında Amerikaya getmək istəyənlər etmək üçün isə Yaşıl Kart layihələrini xoda salmışdım.

 

Hər zaman uğurlu layihələrim var demək olmaz, uğursuz layihə cəhdlərim də olmuşdu. Bunlardan biri wap.xana.az-da TV proqramlar olmuşdu ki bir müddət işlədi və nəticə vermədiyi üçün layihəni bağlamalı oldum.

 

Yeni ildən sahəm olmayan bir layihəyə də baş vurmağı planlaşdırmışam, amma o barədə məlumat yerləşdirməyəcəm. Yalnız aldığım aparaturanın şəkillərini yerləşdirirəm, sonra isə layihə xoda düşdükdən sonra gələn ilki hesabatımda yazmağı planlaşdırıram.

 

 

Yeni iliniz mübarək!

Qarşıdan gələn ilin hamımız üçün daha gözəl olması arzusu ilə hamınıza yeni nəaliyyətlər, uğurlar arzulayıram.

 

7 Responses to “İllik hesabatım (2011-ci il)…”

  1. Chin says:

    Dec22Ata yarı insan yarı maymun bir adamım ben! teşekkfcr edierm! Tan’a sf6yle, ben hala f6ğreniyorum ve diğer f6ğrencilerime de sf6ylfcyorum; pratik, mfckemmelleştirir! Sen de bilirsin sahneden, onlarca provadan sonra oyun e7ıkıyor ama e7oğu zaman en gfczel perfprmansa sonlarda ulaşılıyor -f6zellikle de zorlu oyunlarda ve zorlu yf6netmenlerle- değil mi? practice makes perfect!

  2. […] illərki qaydama sadiq qalaraq(2009, 2010, 2011, 2012, 2013) bu gün də illik hesabatımı sizlərə təqdim […]

  3. Kamal says:

    uğurlar

  4. Rashad Aliev says:

    Fuad, shekiller Canon fotoaparatimla chekilib. Ona gore yaxshi chixib.
    Maraqlarina gore teshekkurler, her zaman chalishiram ki ne ise yenilikler edim.

  5. Fuad says:

    Rashad Aliev, bu fikir verirem gezinti qonsu olkelere olsada shekiller gozel 4ekilib men bilmezdim ki Rashad Aliyev baliqlari bele cox sevir 😀 bu ilki realize etdiyiniz layiheler i4inde menim maraq dairemde olan http://yer.az oldu hercent ki, qiymetler diger provayderlerle muqayisede baxadi 🙂 bu sizin layiheleri coxdan izleyirem http://wap.xana.az layihesinden tutmus http://moxito.az reklam systemine qeder

  6. Rashad Aliev says:

    Hee Fuad, 2 gundur ele hesabati yazib, pozuram. Bu gun nehayet ki shekilleri de yighdim ve publish eledim. I shekil Xezer Universitetindedir, Xezer Internet Institutunun yaranmasi ile elaqedar tedbirdir.

  7. Fuad says:

    Her il oldugu kimi bu ilde ailev.info 2011 Hesabitini yazilacagini bilirdim 🙂 Maraqli gelen birinci shekilde Aliyev cox maraqla neyese qulaq asimish 🙂 Layihelerin davami gelsin Ugurlar

Leave a Reply

*