Archive for April, 2012

Yeni telefonum…

Monday, 16 April, 2012 22:25

Martın 7-si poniyə endirim təklifini müzakirə etmək üçün Mobitel-ə getmişdim.

Onlar isə, əlavə olaraq mənə bir Nokia Lumia 800 hədiyyə etdilər. Bundan sonra ora tez-tez getmək istədim lap 🙂

Bu günlərdə başladım telefonu incələməyə.

Bəzi müsbət və mənfi cəhətlərini qeyd etdim, onları sizlərlə də bölüşmək istərdim.

 

İlk olaraq müsbət cəhətlərini qeyd edim:

– Gözəl şəkil çəkmək funksiyası var, belə ki, digər telefonlardan fərqli olaraq, burda şəkil çəkmək üçün telefonun ekranında obyekti seçərək, üzərinə toxunmaq kifayətdir. Bu zaman, kamera obyekti əsas götürərək şəkli çəkir.

– Ekranın həssaslığını digər Nokialarda müşahidə etməmişdim. Çox həssasdır.

– Marketdən Flashlight yüklədim, elə bil əsl fanardır, çox güclü işıq salır 🙂

– Google contacts ilə Sync etdim və bütün nömrələri rahatca bu telefona yükləyə bildim. Bu, xoşuma gəldi.

– MS Ofis proqramlarının telefonun üzərində gəlməsi super oldu.

 

İndi isə, keçim mənfi cəhətlərinə:

– İlk problem mini SIM card oldu, telefonla işləmək üçün SİM kartımı dəyişməli oldum. Bu telefonlara standart SİM kartlar getmir.

– Call log-da bir nömrəyə ardıcıl olaraq nə qədər zəng etsən, hərəsi bir-bir göstərəcək, qruplaşma yoxdur.

– Zəng edərkən telefon öz-özünə restart gedirdi, sonra Zune-da yeni versiyası çıxdı, yenilədim. İndi zəng edəndə yox, danışan vaxtı eyni proses olur.

– Marketplace-da app çox azdır, maraqlıları isə çoxu pulludur (Angry Birds və s.)

– Danışarkən gərək telefonu konkret düz tutasan, bir az əyən kimi səsin yoxa çıxır.

– Batareyası başıma oyun açır, yatıb-dururam, görürəm telefon sönüb 🙂

– Batareyanı dəyişmək olmur. Bu da pisdir, bundan əvvəl məndə Ideos X5 var idi, onun üçün ebay-dan 2-3 dənə batareya almışdım, vacib lazım olanda, elə o dəqiqə dəyişirdim. Amma bunda gərək enerji mənbəyi axtarım 🙂

– GPS gah dəqiq verir koordinatları, gah da ki, 1-2 km səhv ilə. Əvvəlki Nokialarda da belədir. Foursquare-da xal yığa bilmirəm 🙂

 

 

Hələlik bu qədər.

Məncə, mənfi cəhətləri vaxt keçdikcə düzələcək və müsbətə çevriləcək.

 

 

4 Aprel Web Ustalar günü

Wednesday, 4 April, 2012 14:56

Bu gün, 4 aprel Web Ustalar günüdür. Bu barədə Rusların weboxu-su olan habrhabr saytından oxudum.

Bütün Web yaradıcıları, Dizaynerləri, Koderləri, Proqramçıları bu gün münasibəti ilə təbrik edirəm.

Əslində bu günü təsadüfən seçməyiblər 4 aprel – məşhur 404 səhvinin şərəfinə qeyd edilir 🙂

Həmçinin bu gün beynəlxalq İnternet günüdür.