Archive for October, 2012

E-imzanın müsbət və mənfi cəhətləri

Wednesday, 17 October, 2012 13:36

2 il bundan qabaq, “Vergilər Nazirliyinə” yeni bir şirkət açmaq məqsədiylə müraciət etmişdim. Bir ay boyunca sənədlər əlimdə ora-bura qaçaraq, bu işlə məşğul oldum. Hüquq şirkətinə zəng etdim, mənə dedilər ki, əgər 300 AZN ödəsən şirkətinizi ikicə günə aça bilərik. Təbii ki, mən bununla razı olmadım və özüm işin arxasıyca düşdüm. Məsələni bir ay ərzində həll etdim.

 

Nəticə isə belə oldu: Həm prosesi öyrənmiş oldum həm də ki, pulum cibimdə qaldı. 🙂

 

Nə başınızı ağradım, bu yaxınlarda daha yeni bir şirkət (İlk Addımlar) açmaq lazım idi. Yenidən həmin uzun yolu getmək istəmirdim. Eşitdiklərim və oxuduqlarımdan E-imza haqqında məlumatım var idi.

 

E-imza haqqında məlumat olan sayta daxil olmaqla bir çox yerlərdən imzanı almaq olduğunun şahidi oldum. Və qərara gəldim ki, ən rahat E-imza almaq üçün “Mərkəzi Poçt” yaxşıdır. Sonra saytda tariflərə baxdım. E-imzanın qiyməti 30 AZN idi. Ona görə əlimdə 30 AZN Mərkəzi poçta getdim.

 

Mövzudan kənar deyim ki, rabitə işçiləri ilə işləmək çox ləzzət verir. Kefləri yaxşı olanda müştəriləri mülayim qarşılayırlar. Bu insana çox xoş gəlir. Lakin şəxsi problemlərindən və ya rəislərindən əsəbi olan anlarda hamını söyməyə belə hazırdılar. :))) “109” nömrəli xidmətə zəng edəndə buna şahid oldum.

 

Uzun sözün qısası “Mərkəzi Poçta” daxil oldum və məni E-imza verilən otağa göndərdilər. Otaqda gözəl bir xanım oturmuşdu və mənə dedi ki, əlavə olaraq kart oxuyucu üçün 22 AZN verməlisən. “Əgər bir dəfə istifadə edəcəksənsə o zaman 30 AZN ödəmək kifayət edər” deyən xanıma 52.00 AZN ödədim və otaqdan çıxanda gələn həftənin V günü E-imzanı gəlib götürə biləcəyimi qeyd etdi. Növbəti həftənin V günü həmin yerə getdim və məlum oldu ki E-imza verən xanım toya gedib, nəticə etibarıyla mən imzanı I gün gəlib götürə bilərəm ancaq. 🙂

 

Beləcə toyu yola verdik və növbəti həftə nəhayət ki, E-imzanı əldə etdim.

 

Bundan sonra “Vergilər Nazirliyinin” saytına daxil oldum (e-taxes.gov.az) və E-imza vasitəsi ilə şirkətin qeydiyyatı üçün ərizə göndərdim, iki gün keçmədi ki, mənə zəng etdilər ki, gəlib VÖEN-ni (Heçbir pul ödəmədən) götürə bilərsiniz. Beləcə 2-3 gün evdən çıxmadan yenidən “Vergilər Nazirliyinin” saytında şirkətin qeydiyyatını etdim.

 

E-imza çox yaxşı bir vasitədir. Gələcəkdə bir çox xidmətlərin E-imza vasitəsiylə olmasını istərdim.

 

İndi isə, sizlərlə e-imza haqqında bir neçə maraqlı, müsbət və mənfi faktları bölüşürəm.

  • E-imza almaq üçün çalışın ki, ehtiyat vaxtla müraciət edin, yoxsa kimsə toya gedə bilər və sizin hazır olan layihələriniz gecikə bilər.
  • E-imza xidməti hal-hazırda yalnız dövlət orqanlarında istifadə ediliz. Hələki biznes layihələrinə tətbiq olunmayib.
  • Vergilərdə qeydiyyatdan keçəndə çalışın ki, pul və s. təklif etməyəsiniz. Öz təcrübəmdən deyim ki, yeni şirkəti qeydiyyatdan keçirəndə həqiqətən də şok bir hal yaşadım. Mən oradakı xanım üçün Raffaello şirniyatı alıb aparmışdım, o isə az qala ağlayacaqdı ki, siz nə edirsiniz? Buna görə məni işdən atarlar. Bax bu əsl punktuallıq idi…
  • Hal-hazırda E-imza layihəsi çərçivəsində ilk 1000 nəfərə pulsuz imza paylayırlar. Odur ki, pulsuz imza almağa tələsin.

 

İndi mən E-imza sahibi olduğuma görə çox sevinirəm.

 

Dövlət orqanları tərəfindən təklif edilən xidmətlərin fərqini isə sizin ixtiyarınıza buraxıram.