Azadlıq radiosunun qonağı oldum…

Friday, 7 June, 2013 20:44

2013_06_07_azadliq

İndicə azadlıq radiosundan qayıdıram.

Müzakirə olunan mövzu. İlham Əliyevə facebook-da sual vermək imkanı idi.

Mövzu barədə videonu və postu sizlərlə də bölüşdürürəm.

 

 

Facebookda İlham Əliyevə sual vermək mümkündür

 

Ölkə prezidenti Ilham Əliyevin rəsmi Facebook səhifəsində ona sual verilməsi üçün imkan yaradılıb.

Bu barədə prezidentin sosial şəbəkədəki profilində deyilir.

İyunun 10-na qədər prezidentə İnformasiya Texnologiyaları sahəsi ilə bağlı istədiyin sualı verə bilərsən.

Bəs sosial şəbəkə istifadəçiləri prezidentə ən çox nə barədə sual verirlər?

Azadlıq FM-də iyunun 7-si saat 19.00-da

Verilişimizin sualı belədir:

Prezidentdən nə soruşarsan?

 

Bloqqer Səlcuq Elçin:

– Facebook-da İlham Əliyevə sual verən bəzi yazılar silinib. Bu düzgün yanaşma deyil… Əgər problemi həll etmək istəyirlərsə vətəndaşları dinləməlidilər.
– Sosial şəbəkələrdə İlham Əliyev daha çox siyasi təbliğatını aparır. Amma yaxşı olardı, İlham Əliyev ondan soruşulan sualları da cavablandırsın.
– 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Sosial şəbəkələrdən istifadə etmək seçki ərəfəsində təbliğata hesablanıb.

 

Ekspert Rəşad Əliyev:

– Elektron xidmətdən yalnız Vergilər Nazirliyi yaxşı işləyir. Demək olarki, nazirliyin saytından rahat istifadə etmək olur. Başqa nazirliklər də Vergilər Nazirliyindən nümunə götürsələr yaxşı olar…
– Hökumət elektron ticarətin inkişafında da maraqlı olmalıdır. Bu həm də birbaşa vergidən yayınmanın qarşısını alır…
– Elektron ticarətin inkişafı üçün bu sahə vergidən azad edilməlidir…

 

Vüqar Azəri:

– Prezidentin sosial şəbəkədə profil yaratması özü təqdirəlayiqdir. Amma yaxşı olardı, prezident özü suallara cavab verərdi…

 

 

 

 

Leave a Reply

*