2013-cü il… Hesabatım…

Tuesday, 31 December, 2013 17:37

Ötən ilərdəki ənənəmə(2009, 2010, 2011, 2012) sadiq qalaraq bu il də hesabatımı sizə təqdim edirəm.

 

Səyahət

Bu il demək olar ki heç istədiyim kimi istirahət edə bilmədim. Əvvəllər olduğum 2 ölkəyə səyahət etdim.

1. Gürcüstan. Tiflis və Batumu

2. Rusiyanın paytaxtı Moskva şəhəri

IMG_2892 IMG_1791 IMG_1792

 

Təhsil

2013-cü ilin təhsil sahəsində çox faydalı illərdən biri olduğunu deyə bilərəm. Belə ki bu il həm öyrənmək həm də öyrətmək istiqamətində uğurlu addımlar atdıq.

İlin əvvəli Xəzər Universitetində CMS450 dərsini tədris etdim. Proqram çərçivəsində CMS-lərin istifadəsini göstərdim və sonda proqram çərçivəsində tələbələrə tapşırıqlar verdim. Bunlar müxtəlif mövzulu saytlar və Azərbaycan üçün sayılan xüsusi modullar idi. Proqram çərçivəsində tədris alan 33 tələbədən 27-sinin nəticə göstərməsi çox böyük bir uğur idi.

Sentyabr ayından isə “Internet Programming” mövzusu çərçivəsində HTML/CSS, JavaScript və Ajax-ı tədris etdim.

Qeyd edim ki bu təlimlər nəticəində artıq bəzi tələbələr tez bir zamanda saytlar qurur və müxtəlif işlər realizə edirlər.

Bundan başqa İlk Addımlar akademiyasında PHP Level1, PHP Level2, HTML/CSS, JavaScript dərsləri tədris olundu.

Öyrətdiklərimdən başqa özüm də müxtəlif sahələrdə biliklərimi təkmilləşdirdim və bu ilin əvvəllərində Web proqramlaşdırma sahəsində neçə il çalışmağıma baxmayaraq bu il qərar verib ən yüksək beynəlxalq sertifikatlardan sayılan Zend Certified Engineer (PHP 5.3) sertifikatını əldə etdim.

zce-php5-3-logo

 

Seminar, Konfrans və müəyyən tədbirlər

Bu il inkişaf yönümlü bir çox tədbirlərimiz oldu.

Konfranslardan: Komandamızla birlikdə olanlardan beynəlxalq 6-7 İyul tarixlərində olan “web texnologiyalar mövzusunda konfrans“.

 

Yeni texnologiyaların inkişafı üçün olan Hackathon-lardan.

 

WinPhone2
Vaxt: 21 Yanvar 2013 – 13 Mart 2013
Baş Sponsor: Bakcell

 

WEB Təhlükəsizlik
Vaxt:06 Mart 2013 – 17 Mart 2013 (15-17 mart taxirlərində yarış)
Sponsor: Delta Telecom

 

ecaHack
22 Mart 2013 – 14 Aprel 2013:
Sponsor: Azercell

 

Həmçinin İrəli ilə “Fəal gənclər şəbəkəsi“, “İnternetdən pul qazanmağın metodları“, “PKN” və CES  ilə müxtəlif seminarlar.

 

Space TV, Azadlıq radiosu, GSR.fm, və digər medialarda müxtəlif interyular verdim.

 

Həmçinin “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində də bir neçə mövzuda seminarlarda iştirak etdim.

DSC_0839 IMG_0238
IMG_7078 IMG_9260

 

Layihələr

Bu il şəxsi layihələrimdə bir az stabillik oldu.

İlk Addımlar layihsində təlimçimiz Əhməd Sadıxovun dəstəyi ilə C++ dərsləri keçirildi, həmçinin müxtəlif Kurslar və saytın inkişafı üçün istiqamətlənmiş müxtəlif dərslik və materiallar sayta əlavə edildi.

Digər 2 layihəm olan xana.azmikrofon.az layihələri ilə bu il vidalaşmalı oldum.

MicroPHP qrupu tərəifəndən hazırlanmış mCMS-i daha da təkmilləşdirdik.

Həmçinin xırda stabil layihələr olan iJobsDb, smsics saytları xoda salındı.

 

İş

Bu il məni təbrik edə bilərsiz. Neçə illik sərbəst fəaliyyətimə son qoyub, dövlət işində özümü yoxlamağa başladım. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində yeni yaradılmış Elektron Təhlükəsizlik Mərkəzində işə düzəldim.

 

Yeni iliniz mübarək

Bu ilin uğurlarının gələn ildə daha da sürətlə inkişaf etməsi üçün sizlərə 2014-cü at ilində daha da uğurlu olmasını arzulayıram.

 

2 Responses to “2013-cü il… Hesabatım…”

  1. […] dükana gedib üzüm aldım və əvvəlki ənənəmə sadiq qalaraq (2009, 2010, 2011, 2012, 2013, 2014) sizlərə illik hesabatımı təqdim […]

  2. […] illərki qaydama sadiq qalaraq(2009, 2010, 2011, 2012, 2013) bu gün də illik hesabatımı sizlərə təqdim […]

Leave a Reply

*