2014-cü il, hesabatım…

Wednesday, 31 December, 2014 21:46

Əvvəlki illərki qaydama sadiq qalaraq(2009, 2010, 2011, 2012, 2013) bu gün də illik hesabatımı sizlərə təqdim edirəm.

IMG_0452 IMG_0620 IMG_9886

 

SƏYAHƏT
Hackathon yarışmalarımızdan aktivlik göstərmiş Natiq Babayev bu il Ruminiyada keçirilən infomatrix yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanmışdır və Natiqin rəhbəri kimi mən də orda iştirak etmişdim.
Drakulanın qorxulu qəsrində verdiyi işgəncələr haqqında da məlumatlar topladım.

İspaniyada Madrid, Barselona və Valencia-da oldum.

IMG_5973 IMG_6306 IMG_1613
IMG_0981 IMG_0040 IMG_6480

 

TƏHSİL
Bu il daha təhsil sahəsində çox uğurl oldu.
Belə ki ilin əvvəli BDU və Xəzər Universitetlərində Kompüter Şəbəkələrinin administratorluğu, Verilənlər bazası və Veb Development mövzularında seminarlar oxudum.

İlin ikinci hissəsi isə İspaniyada tələbə mübadiləsi ilə UPV-də doktorluq mövzumda research aparmaq üçün scholarship udaraq təhsilimi davam etdirdim.
İspan dilini öyrənmək üçün kurslar dinləməyə başladım.

IMG_8387 IMG_8393
IMG_6949 IMG_9479

 

SEMİNAR, KONFRANS VƏ TƏDBİRLƏR
Çıxış etdiyim konfrans, tədbir və itnervyuların saynı artıq unutsam da bu ilin informasiya təhlükəsizliyi sahəsinin inkişafı üçün istiqamətləndiyini desəm yanılmaram.
Belə ki Mart – Aprel aylarında iri formatli, peşəkarlar üçün nəzərdə tutulmuş Capture The Flag yarışı keçirildi.

İnformasiya təhlükəsizliyi sahəsində TV kanallar, radio, jurnal, qəzetlərə və onlayn media portallarına çoxlu sayda intervyular verdim.

IMG_9886 20140805_121040 IMG_6793

 

LAYİHƏLƏR
Bu il layihələr tərəfdən də uöurlu oldu.
mCMS-i daha da təkmilləşdirdik. Azərbaycan sərhədlərindən çıxaraq artıq bir çox sanballı layihələri bu sistemin üzərində qurduq.

Layihələrlə əlaqədar hətta ilin son günləri Rusiyanın paytaxtı Moskva şəhərində iri bir layihə götürərək 3 həftəyə onu nəticəsi görünən bir görünüşə də gətirdik. Proqramlaşdırma sahəsində indiyə kimi işləmədiyim bir rejimdə çalışaraq, hətta təzyiqin qalxıb burnum qanlayana kimi çalışaraq proqram yazıb, yatmaq rejimini 180 dərəcə dəyişmişdim.

Həmçinin müxtəlif kiçik həcimli layihələr üzərində də çalışdıq.

 

Bu ilin daha da məhsuldar və yadda qalan olması arzusu ilə.

Yeni 2015-ci iliniz mübarək….

One Response to “2014-cü il, hesabatım…”

  1. […] dükana gedib üzüm aldım və əvvəlki ənənəmə sadiq qalaraq (2009, 2010, 2011, 2012, 2013, 2014) sizlərə illik hesabatımı təqdim […]

Leave a Reply

*