Artıq ilin son günü, dükana gedib üzüm aldım və əvvəlki ənənəmə sadiq qalaraq (2009, 2010, 2011, 2012, 2013, 2014) sizlərə illik hesabatımı təqdim edirəm.
![]() |
![]() |
![]() |
![]() |
SƏYAHƏT
Bu il 2 yeni ölkədə oldum. Bunlar Fransa və Portuqaliyadır.
Turizminə görə dünyada I yerdə olan Fransada, metaldan hazırlanmış ən məşhur olan Eyfel Qülləsində oldum və Luvr muzeyində Mona Liza (Cakonda) ilə selfi çəkdirdim 🙂
![]() |
![]() |
![]() |
Portuqaliyanın Lissabon və digər şəhərlərində gəzdim.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
və İspaniya daxili bir neçə şəhərləri gəzdim.
![]() |
![]() |
![]() |
ELM
2015-ci ili daha çox elmi işimə həsr etdim və bu sahədə artıq xırda da olsa ilkin nəticələr əldə etməyə başladım.
Bu nəticələrdən elmi işlə əlaqədar olaraq yaratdığım penteston.com saytı, Cordoba-da çıxışımı və çap olunmuş məqaləmi qeyd edə bilərəm.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Həmçinin İyun ayında Doktorantların II toplantısında posterimi təqdim etdim.
![]() |
![]() |
LAYİHƏLƏR
2016-cı il üçün yeni layihələri xoda salmaq üçün bu il də müəyyən işlər görməyə başladım.
2015-ci ilin əvvəli YER Hostinq Delta Telecom-da yerləşdirilmiş ayrılmış server icarəsinə başladı.
![]() |
Həmçinin 2016cı il xoda salmağı planlaşdırdığım İnformasiya Təhsüləsizliyi və Təhsil sahəsi ilə əlaqədar bəzi ideyalar cızma qara etmişəm.
Təhsil sahəsində Deduon layihəsinin ilkin addımını atdım və hal hazırda istədiyim nəticənin cəmi 20%-ini bu saytda etmişəm.
İlk Addımlar-da güclü inkişaf olmasa da artıq Azərbaycan dilinə olan tələbatın çoxalması layihənin reytinqinin artmasına gətirib çıxartdı belə ki bu il ərzində əvvəlki illərlə müqaisədə 1000-dən çox referat yollanmış və saytın aylıq reytinqi 100 000 istifadəçini keçmişdir.
Həmçinin xırda layihələr üzərində işlədim. Bunlardan Müəllimlərin işə qəbulu, Karyera portalı, Həkimlər üçün elektron tibb kursları, Pasiyentlərin Sağlamlıq Portalı layihələrini qeyd edə bilərəm. Layihələrimin tam portfoliosu ilə MicroPHP-dən əldə edə bilərsiz.
Beləcə bu ili daha çox layihə və elmi işlərimin inkişafı yönümündə etdim desəm daha düz olar.
Bu layihələrimin gələcəkdə daha böyük startap olaraq vətənimə xeyri dəyməsi üçün əlimdən gələni edəcəyəm.
Yeni 2016-cı iliniz mübarək və bu ildə həmrəy olaraq dünya səviyyəli layihələr edək!
Yeni ildə yeni gəlirli layihələr arzulayıram.
Ugurlar