Data Mərkəz (Data Center)

Monday, 5 December, 2016 15:03

data-center-azintelecom
Bu postumda Data Mərkəz haqqında eşitdiklərim, oxuduqlarım bildiklərimdən öz bildiyim kimi qısa məlumat yazmağı qərara aldım.

 

Data Mərkəz, daxilində məlumat ötürülməsi üçün müxtəlif xidmətlər göstərən bir mərkəzdir (binadır) hansı ki içində çoxlu sayda şkaflar və hər şkafda da 42-47 server yerləşmək üçün yerlər var.
Bəzi serverlər var ki 2 serverin yenini tutur. Standart olaraq bunlar Unit-lərlə ölçülür.

 

Azərbaycanda hal hazırda Beynəlxalq səviyyədə fəaliyyət göstərən 2 iri və bir çox xırda Data Mərkəzlər var.
Bunlardan biri Delta Telecom-un nəzdində fəaliyyət göstərən Data Center və digəri AzInTelecom-un nəzdindəki Data Mərkəzdir.

 

Lakin beynəlxalq standartı olan yalnız 1 Data Mərkəz var. Bu da bu günlərdə rəsmi açılışı olmuş AzInTelecom nədzdindəki TIER 3 standartlı Data Mərkərzdir. Bəs bu TIER 3 standartı nədir kimlər verə bilər onu.

 

İlk oalraq deyim ki 4 TIER standartı var.
Bu standartlar zəifdən güclüyə doğru gedir.

 

TIER I: Mövcudluğu: 99.671%
İllik toplam 28.8 saat fasilə ilə işləyə bilər
Rezevsiz.

 

TIER II: Mövcudluğu: 99.741%.
İllik toplam 22 saat fasilə ilə işləyə bilər
Qismən rezervli. (Kritik hissələrin rezervlənməsi)

 

TIER III: Mövcudluğu: 99.982%
İllik toplam 1.6 saat fasilə ilə işləyə bilər
Ehtiyat N+1
Hər hansı bir hissəni ekspultasiya üçün ıxardıb düzəltmək və yenidən funksionallığa qaytarmq imkanı var. Belədə Data Mərkəzin funksionallığında heç bir dayanma olmur.

 

TIER IV: Mövcudluğu: 99.995%
İllik toplam 26 dəqiqə fasilə ilə işləyə bilər
Ehtiyat 2N+1
Bu ən etibarlı data mərkəz modelidir. Belə ki hər hansı insan faktoru olan yalnız 1 qəza ola bilər ki o da ümumi işin dayanmasına heç bir maneə törətməməlidir.

 

Bəs bu standartları kimlər verir?
Data Mərkəzlər üçün TIA 942Uptime Institute tərəfindən sertifikatlar verilir.

 

tia-942
TIA 942 — Telecommunications Industry Association — Telecommunications Infrastructure Standard for Data Centers:
– Məsləhət xarakteri daşıyır
– ABŞ tərəfindən haqırlanmışdır və Data Mərkəzdəki kabellərin strukturlaşması, dayanıqlılığı və digər mühəndis işlərinin strukturu vardır.
– Müxtəlif işləri görmək üçün addım addım prinsipi ilə məsləhətlər verir
– Çox vaxtı layihənin sənəd üzərindəki qaydaları yoxlanılaraq sertifikatlaşdırılır

 

uptimeinstitute_logo-2
Uptime Institute — Tier Classifications Define Site Infrastructure Performance
– Data Mərkəzin dayanıqlılığını yoxlamaq üçün olan bir standartdır
– Əgər sertifikat almaq istəyirsizsə vacib xarakter daşıyır
– Addım addım prinsipi yoxdur, lakin ümumi yaxınlaşma və layihələşdirmə prinsipləri vardır.
– Seritifikatlaşdırma Uptime Institute tərəfindən aparılır.
– Layihə və nəticəsi sertifikatlaşdırılır
– Layihənin ən son nəticəsi yoxlanılır və sertifikatlaşdırılıq.
– İlk olaraq layihə yoxlanılır (Tier Certification of Design Documents), sonra hazır nəticə (Tier Certification of Constructed Facility) və sonra mütəmmadi, 1-2 ildən sonra isə onun istismarının standartları qoruması yoxlanılır (Operational Sustainability Certification).

 

Hansı ölkələrdə data mərkəzlər var və nə qədərdir.
Data Center Map üzrə baxdıqda
Azərbaycanda hal hazırda 1 işlək data mərkəzin olduğu (Delta Telecom) görmək olur.
Top 3 ölkə arasında ABŞ – 1646, Böyük Britaniya – 239, Almaniya – 182 görmək olar.
Yaxın ölkələrdən – Rusiyada 47, Türkiyədə 41, İranda – 17 Data Mərkəz var.

 

Standartları yoxladıqda isə.
Yenə də Azərbaycanda yalnız 1 data mərkəzin olduğunu(AzInTelecom) görə bilərik.
Yaxın ölkələrdən
Rusiyada – 1 TIER IV, və 22 TIER III standartlı
Türkiyədə – 2 TIER IV, və 12 TIER III standartlı
Qazaxıstanda – 2 TIER III standartlı
Data mərkəzlərin olduğunun şahidi olarıq
Beləcə demək olar ki ölkənin infrastrukturunun güclü olması üçün çoxlu sayda Data Mərkəz qurulmalıdır ki inkişaf olsun. Həmçinin də bu data mərkəzləri qurarkən ekologiyanın çirktlənməməsi üçün enerji sərfiyyatında yaşıl texnologiyalardan istifadə etdikdə o daha prestijli layihə sayılır.

 

Maraqlı bir hal var ki Google, Facebook, eBay, Amazon kimi şirkərlət TIER standartı üçün sertifikasiyadan keçmirlər.

 

 

2 Responses to “Data Mərkəz (Data Center)”

  1. Rashad Aliyev says:

    YAxşı fikirdir. Əslində satış üçün TIER sertifikatı lazımdır. Şəxsi istifadə üçün isə öz şərtlərini ödəyən sistem olması üzərində dururlar.

  2. Farahim says:

    O śirketlere TIRE sertifikati lazim deyilse, demeli mecburiyyet deyil sertifikatin olmasi. Yada sertifikat veren sirketlerin yaxsi day-dayi yoxdu 🙂

Leave a Reply

*