Hostinq və domen

Monday, 5 December, 2016 14:04

yeraz_decicated-03
10 ildən çoxdur ki hostinq işi ilə məşğul oluram. Bu postumda Hostinq və domen kimi terminlərin açıqlamasını edəcəyəm.


Özüm hər zaman dedicated server götürüb müştərilərə fərdi hostinq xidmətləri təqdim etmişəm. Son vaxtlar isə daha geniş olaraq yer.az layihəmizdə decicated server xidməti də təqdim etməyə başlamışıq.

 

Bir tanışım hostinq almaq istəyəndə mənə zəng edib qısa terminlə belə demişdi. “Eşitdim bələdiyyə kimi işlərlə məşğul olursan, Server alıb onun hissələrini torpaq kimi icarə verirsən.” Mənsə gülərək hostinqin nə olduğunu qısa sözlərlə başa salmışdım.

 

İlk olaraq domen haqqında deyim. Domen adı sizin saytın dəqiq adıdır. .com, .net və s ola bilər. Bunlar .com- kommersiya məqsədli, .net internet, .org – təşkilat kimi qeyd oluna bilər. Ölkə məqsədli layihə qurursunuzsa .az – Azərbaycan layihəsi olduğunu bildirir. google da indeksləyəndə sizin layihənin Azərbaycan üçün olduğunu nəzərə alaraq onu daha çox ölkədə göstərir. Məsələn. Biz Azərbaycanda avtomobil xidməti göstərirsiz bunun üçün 2 seçim var auto.com və auto.az. Təbii ki bu vaxtı auto.az götürsəniz saytınızın axtarış serverləri tərəfindən Azərbaycan üçün indekslənməsi daha yaxşı olacaq.

 

Domen adı bizim real həyatda bildiyimiz ev ünvanıdır. Yən iki biz hər hansı ünvanda yaşadığımız üçün saytımızın da hər hansı ünvanı olmalıdır yəni domen adı.

 

Hostinq isə bu saytın yerləşdiyi yerdir. Yəni evimiz. Evimiz 1, 2, 3 və s. çox otaqlı bina evi ola bilər, və ya ola bilər ki mülk olsun, və ya böyük bir torpaq sahəsi.

 

Baxın o bildiyiniz bina evi bir dedicated serverdir. Ordakı evlər isə hostinq. Hansısa müştəri gəlib deyə bilər ki biz 3 nəfərik və 2 otaqlı evə yerləşəcəyik. Eyni cür də hostinqdə sayt 2GB, 4GB və sola bilər və fayllar da ora yerləşə bilər.

 

Bundan başqa ola bilər ki kimsə Dedicated server götürsün və tək 1 sayt qoysun ora və ya bir neçə saytını yerləşdirsin.

 

Hələlik hostinq və domen haqqında bu qədər.

5 Responses to “Hostinq və domen”

  1. Yaxşıdır. Qiyməti də münasib. Xeyirli olsun.

  2. Murad says:

    Artıq 6 il olar ki, mən yer.az hostinq xidmətindən istifadə edirəm. Keyfiyyət və vaxtında dəstək xidməti sadəcə bir sözlə idealdır. Uğurlar!

  3. Rashad Aliyev says:

    Çox sağ ol Samir. yer.az layihəsinin məqsədi də budur ki gənclər xaricdə deyil yerli hostinq xidmətlərindən faydalansınlar.

  4. Uzun ill’rdir sosial blogging layihəmə verdiyiniz hostinq dəstəyindən çox məmnunam, həm keyfiyyəti, həm də istənilən yarana biləcək problemin operativ həlli çox ürəkaçandır. İşlərinizdə uğurlar!

Leave a Reply

*