2016cı il, hesabatım…

Saturday, 31 December, 2016 17:14

31 Dekabr 2016, Bakı, Azərbaycan. Bu ilin də sona çatmasına saatlar qalıb. 2009-cu ildən hər il 31 dekabr-da il ərzində gördüyüm işlərin hesabatını təqdim etdiyim kimi ənənəmə sadiq qalıb sizlərə illik hesabatımı təqdim edirəm.

 

SƏYAHƏT

Bu il sirrlərlə dolu olan Mərakeşdə oldum. Ərəb aqressivliyi, alver etmək, kobraları öz tütəkləri ilə ovsunlayan ilanbazlara baxdım və hətta ilanlarla şəkil də çəkdirdim.

 

Bu il səyahət deyəndə ilk ağla gələn, kef etməkdə tayı bərabəri olmayan İspaniyadan vətənə qayıtdım. İspaniyada Matadorlar-ın öküzləri döyüşdürməsində, Fallas kimi bayramlarda oldum.

 

ELM

İl ərzində elm istiqamətində bir az dərinliklərə getdim.

 

IEEE-nin təsdiq edilmiş konfransı olan AICT2016-da elmi məqaləm çıxdı.

 

Həmçinin Bakıya gəldikdən sonra UPV-də araşdırma apardığım müddətdə, Xəzər Universitetində PhD-dən kənarlaşdırıldığımın şahidi olub, özümə yeni elmi rəhbər tapıb araşdırmamı daha düzgün istiqamətdə aparmağa başladım.

 

Elmi məqaləni necə yazmaq, hansı mənbələrdən məqalə oxumaq, necə araşdırma aparmaq və s. bu kimi elmi müdafiə üçün düzgün istiqamətdə atılacaq addımları mənə göstərənlərin məsləhəti ilə işimə davam etdim.

 

Həmçinin bu il İspan dilindən hazırlaşaraq imtahan verdim və B1 level(Intermedia) sertifikatı əldə etdim.

 

LAYİHƏLƏR

2016-cı il layihələrim üzərində düzgün fokuslandığım, məqsədlərimə çatmaq üçün işlər gördüyüm il desəm yanılmaram.

 

Bu il PENTESTON layihəsi üçün Amerika şirkətlərindən marketinq və texniki dəstək alaraq layihəni o bazara uyğun aparmağa başladıq. Saytın strukturunu dəyişdik, hər hansı infrastrukturun təhlükəsizliyi aparmaq üçün sadə başa düşülə bilən sistemi qurduq, sistem tərəfindən generasiya olan hesabatların PCI standartlarına uyğunlaşması üçün müəyən proqramlar yazdıq, digər proqramçıların generasiya olunmuş hesabatlarla işləməsi üçün API tərtib etdik, sistemin təhlükəsizliyini mütəmmadi yoxlamaq üçün periodik test sistemi tərtib etdik. Bununla da layihə artıq görünə və nəticə göstərə bilən bir hala gətirilib çıxarıldı.

 

İlin əvvəli elanlar üçün Elanisimo adlı layihə xoda saldım və hal hazırda sayta gündəlik 700-1000 arası istifadəçi daxil olur. Saytda istifadəçilər tərəfindən göndərilmiş müxtəlif elanlar, hər hansı mövzu maraqlandırdıqda elanlara abunə olmaq kimi funksionallar var.

 

May ayında təhlükəsizlik boşluqları haqqında etik hakerlərdən mlumatları toplayan, sistemlərə bu təhlükələr barədə xəbərdarlıqlar yollayan, etik hakerlərin aylıq reytinqini dərc edən BUGemot layihəsini xoda saldıq. Hal hazırda sistemdə etik hakerlər tərəfindən Azərbaycan, ABŞ, İspaniya, Türkiyə, Norveç şirkətlərində tapılmış təhlükəsizliklə əlaqədar 200-ə yaxın boşluq haqqında məlumat toplanıb və sayt 5 dildə fəaliyyət göstərir.

 

YER Hosting-in artıq xarici bazara yönlənməsi üçün saytın ingilis dili versiyası təqdim edildi və artıq rəsmi olaraq müxtəlif dedicatedVirtual serverlər təqdim etməyə başladıq.

 

Azərbaycanda təhlükəsizlik xidmətləri göstərmək üçün Securitino layihəsini xoda saldım.

 

13 ildiz üzərində fasiləli çalışdığım (iri pauzalarla), hərdən müxtəlif funksionallar əlavə etdiyim, dünya bazarına çıxartmağa cəhd etmədiyim, saytları rahat düzəltmək üçün hazırlanmış mCMS-i satılması üçün paket formasına gətirərək codecanyona çıxartdım. Qısaca qeyd edim ki bu sistemin hesabına adi vizitka saytdan tutmuş istənilən çətinlikli saytlara kimi qurmaq imkanı var. Artıq sistemin Meksika, Böyük Britaniya, ABŞ, Sinqapur, Çexiya, Türkiyə, İtaliya kimi ölkələrdən müştəriləri var.

 

Bu il o vaxtlaq məşğul olduğum Freelance kimi də fəaliyyətimə yenidən başladım və Qazaxıstan, Fransa-dan xırda sifarişlər götürüb reallaşdırdım.

 

YENİ İLİNİZ MÜBARƏK

Ümid edirəm ki sizlərdə də bu 2016-cı il uğur qazanmaq üçün atılmış addımlar və layihələrlə keçib. Qarşıdan gələn 2017ci ilinizin uğurlu olması arzusu ilə, yeni iliniz mübarək!

 

 

One Response to “2016cı il, hesabatım…”

  1. Uğurlar dostum! Yeni ildə daha böyük nailiyyətlər qazanasan!

Leave a Reply

*