Bir aya necə ən yaxşı proqramçı oldum

Saturday, 11 March, 2017 15:08


Bu bloq postumda dünyanın ən məşhur freelance layihələr saytı olan Upwork-da iş götürüb reytinq qazanmağım haqqında öz təcrübəmi və məsləhətlərimi sizlərlə bölüşəcəm.

Dünyada müxtəlif freelance saytları var. Bunlardan ən məşhurları freelancer.com və upwork.com saytıdır.

 

Hər bir saytın öz üstünlükləri var. Lakin məni bu saytlardan Upwork üzərində saxlamağın səbəbi similarweb-in statistikası oldu. Belə ki freelancer.com saytının 30 günlük statistikası 10M, Upwork isə 34M idi. Təxminən gündəlik 1 milyondan çox adam upwork saytından istifadə edir.

 

Upwork saytı tərcümə, proqramlaşdırma, məlumat yığılması, məqalə yazılması, dizayn və s istənilən mövzuda işlərlə doludur. Əgər siz proqramçısınızsa daha geniş auditoriyadan müştəri tutmağınız üçün ingilis dilini bilməyiniz vacibdir. Öz təcrübəmdən deyim ki İngilis dilindən başqa rus dilini də bildiyimə görə bir dəfə Qazaxıstandan layihə götürüb icra etmişdim.

 

Qeydiyyat, Profil
Saytda qeydiyyat prosesi çox ciddiri. Qeydiyyatdan keçdikdən sonra profil şəkliniz sosial şəbəkələrdəki kimi hər hansı müğənni, aktrisa və ya heyvan şəkli olmamalıdır. Dəqiq öz profilinizin şəkli olmalıdır və həmçinin özünüz haqqınızda dəqiq məlumat yazmaq lazımdır ki profilinizi təsdiq etdikdən sonra sifariş götürə bilərsiz. Profilinizin 100% doldurulması üçün siz saytda təqdm edilmiş hər hansı testi də verməlisiz ki bu sizin nəyi isə bildiyinizi sübut etmiş olur.

 

Elanlar, Proposal və kredit.
Saytda iş elanları demək olar ki hər dəqiqə yenilənir. Sizə yaxın olan mövzu ilə axtarış etdikdən sonra elanın yerləşdirilmə vaxtına, ona göndərilmış proposal-lara və intervyuda kimin isə olmsına diqqət edin. Son 10-15 dəqiqəni keçmiş posta yaxın durmayın. 10-dan çox proposal varsa sizin şansınız bir az da azalır. Həmçinin əgər interyuda kimsə varsa sizin şansınız 0-a bərabərdir. Həmçinin Hindistan, Böyük Britaniya və Afrika ölkələrindən yerləşdirilmiş elanlara təklif yazmayın. Hər bir yerləşdirilmiş təklif üçün sizdən 2 kredit tələb edilir. Upwork saytı istifadəçilərə 1 aylıq 60 kredit yəni 30 rəy yazmaq imkanı verir, əgər şirkət sizə invitation göndəribsə onda sizdən kredit tələb edilmir. Bu səbəbdən də təklif göndərəndə dəqiq o layihəni etmək gücünüz olduğuna əmin olduqdan sonra cavab yazın.
Həmçinin rəqiblərin olduğunu nəzərə alaraq göstərilən büdcədən az qiymət təklif edin. Məsələn əgər sifarişçi işi görmək üçün 20 USD büdcəsinin olduğunu yazırsa siz onu 15 USD qiymətinə edəcəyinizi yazın, belədə sizin şansınız daha çox olur.
İş görüşdüksən sonra sizin haqqınıdza müsbət rəy yazılmasını sifarişçidən xahiş edə bilərsiz. Hər bir görülən işə görə Upwork sistemi 20%ə qədər zəhmət haqqı çıxır.

 

Top rated freelancer
Upwork saytı müəyyən şərtləri ödəyən proqramçılara top rated proqramçı statusu verir. Siz top rated olduqdan sonra digər şirkətlər özləri sizə invitation göndərəcək, hər hansı işə təklif yazdıqda sizin seçilmə şansınız daha çox olur. Lakin top rated olmaq çox da sadə iş deyil. Bunun üçün sizin haqqınızda iş gördüyünüz bütün sifarişçilər müsbət rəy yazmalı, Profilinizi 100% doldurmalı, sizə göndərilən sorğulara 24 saat ərzində cavab yazmalı və ən əsası son 12 ay ərzində 1000USD-dən çox pul qazanmalısiz.

 

Bütün bu şərtləri ödəsəniz və top rated proqramçı olsanız siz dünyanın ən güclü freelancerləri ilə birlikdə son texnologiyalar haqqında məlumatlı olacaq, və bir birindən maraqlı sifarişlər götürəcəksiz.

 

1 aya top rated programmer

upwork saytında çoxdan qeydiyyatdan keçmişdim və bəzi xırda xifarişlər də etmişdim. 2017-ci ilin əvvəlindən daha aktiv olaraq sifarişlər axtarmağa və təcrübə toplamağa başladım. sifarişləri götürmək üçün təklif yazanda qiyməti qeyd olunandan ucuz və təklifdə işi necə edəcəyim haqqında qısa qeydlər yazırdım. Bir neçə sifariş götürdükdən sonra müştərilər mənə yeni sifarişlər verməyə və digərlərinə də tövsiyyə etməyə başladılar. Bu minvalla fevral ayının əvvəlinə kimi bütün şərtləri ödəyərək top rated programmer oldum. Fevral ayından Bakıda işimi dəyişdiyim üçün vaxt məhdudiyyətim oldu və daimi müştərilərin işlərini görməyə başladım. VAxtlar olduqda isə yenə də sifarişlər axtarır və təcrübə yığıram.

 

Freelance saytlarında sifariş götürmək istəməyənlərə qeyd edim ki burda yalnız pul yox həm də yaxşı təcrübə əldə etmək olur, həmçinin ən aktual problemlər haqqında məlmatlı olursuz ki bu da cari işinizə və gələcək planlarınıza çox müstəb təsir edir.

 

Suallarınız, qeydləriniz və iradlarınız olarsa kommentlərinizi gözləyirəm.

 

2 Responses to “Bir aya necə ən yaxşı proqramçı oldum”

  1. Rashad Aliyev says:

    Reyhana, ödənişi almaq üçün upwork bir neçə üsul təklif edir. Bunlardanbiri də Bank köçürməsi ola bilər. Belə ki bizim ölkədə öz zəhmətinlə pul qazanmısansa və onu sübut edə bilirsənsə rahatca onu Bank hesabından çıxarda bilərsən.

  2. Reyhana says:

    Salam. Bilmek isteyirem proqramlasdirdiqdan sonra odenisi nece alirdiz bes? Xarici olkeye gedib gorusurduz? Ya online?

Leave a Reply

*