Sifarişlə hücumlar edirəm?

Friday, 31 March, 2017 16:39

Bu postum adımın sadalandığı yazıya açıqlamadır.

 

16 Yanvar tarixində Noc <noc@civicert.org> (reply-to: Leo Henrichsen <noc@virtualroad.org>) maillərindən yer.az hostinq xidməti göstərən layihəmin IP-sindən onların serverinə hücum gəldiyi barədə məlumat daxil olmuşdur, yazışma vaxtı problemi aradan qaldırmaq üçün serverimin IP ünvanında 100-dən çox saytın olduğunu qeyd edərək dəqiq hansı saytdan hücum gəldiyini soruşduqda mənə serverdə yerləşən saytların hamsının fayllarını və məlumatlarını onlara ötürməyim barədə cavab yazmışdılar. Hesab edin ki sizin kommersiya fəaliyyəti ilə məşğul olan müştəriniz var və bir rəqib şirkət mail yazır ki bəs mənə onun fayllarını ver araşdırma aparacam ki görüm onlar bizə hücum etmir ki? mən də təbii ki istifadəçilərin hüquqlarını qorumaq üçün bu məlumatları ötürə bilmərəm, mənə hansı saytdan hücum olduğunu deyin onu araşdırım deyə cavab yazdım. və ümumi serveri yoxlayaraq serverdə yoxlama apardım.

 

Qeyd edim ki Virtualroad (linki qurium.org saytına gedir) hostinq xidməti təklif edir və öz xidmətlərini reklam etmək üçün digərlərini ləkələyərək qabağa getməyə çalışır.

 

Qeyd edim ki yer.az hostinq xidmətləri təklif edir və saytda sosial tipli və ya müəyyən korporativ xidmətlər təqdim ediyim saytlar yerləşdirilib. yer.az-da yerləşdirilmiş saytlarda müxtəlif pullu və pulsuz sistemlər istifadə edirlər. Bəzilərinin əsasən da pulsuz scriptlərdə olan saytların təbii ki vaxtaşırı təhlükəsizlik boşluqları olur və bunlardan istifadə edən bədniyyətlilər saytlara müdaxilə edərək öz məqsədləri üçün istifadə edirlər. Bəzən bununla əlaqədar müxtəlif mənbələrdən bizə reportlar gəlir və əgər dəqiq hansı saytda boşluq olması barədə məlumat verilirsə biz o saytdakı problemi o dəqiqə həll edirik.

 

Hackathon Azerbaijan isə Azərbaycanda yaradılmış bir sosial layihədir, indiyə kimi Android, Windows phone və Təhlükəsizlik sahəsində 7 Hackathon keçirtmişik. Nəticə olaraq qeyd edim ki Hackathonlar keçirildikdən sonra Azərbaycanda Mobil tətbiq sahəsində developerlər artmağa başladı, təhlükəsizlik sahəsində güclü ekspertlərimiz peyda oldu və gələcəkdə də əgər sponsorlar olarsa bu tipli sosial layihələr etmək fikrindəyik. Keçirtdiyimiz yarışlar barədə saytımızdan məlumatlar əldə edə bilrəsiz http://hackathonazerbaijan.org .

 

Özüm haqqımda qeyd edim ki ölkəmizdə İT sahəsinin hərtərəfli inkişaf etməsi üçün əlimdən gələni etmişəm 17 yaşı olan İlk addımlar (ilkaddimlar.com) layihəsi, Blogginqin inkişafı üçün Barcamp qeyri konfranslarının təşkili, İkt sahəsində Hackathon Azerbaijan layihəsinin təşkilatçılığında əsas işləri görmüş, Xəzər və Bakı Dövlət Universitetlərində müxtəlif vaxtlarda İT sahəsində təlimlər aparmışam və bu son deyil, Azərbaycanda olan kadrların xaricə axması yox onun qarşısını almaq üçün daim çalışıram. Təhlükəsizlik sahəsində adımın sadalanması da boş deyil, son bir neçə ili bu sahədə elmlər namizədi olmaq üçün bir çox araşdırlamar aparmışam, Amerikadan dəstək almış penteston.com layihəsini qurmuşam, ölkəmizdə bu sahədə olan təhlükələrin qarşısını almaq üçün BUGemot.com layihəsini qurmuşam.

 

Bu yazılan postların və aravurmaların sifarişlə olması çox aydın bəlli olur belə ki sosial şəbəkələrdə nə isə post yazanda adımdan fake profillərim yaradılır və ara vururlar.

 

Azərbaycanda IT sahəsinin tam inkişaf etməsi üçün əlimdən gələni edirəm və edəcəyəm də. Hamımız vətənimiz üçün çalışırıq və bu inkişafda müxalifət və ya iqtidarın dəstəyi hər zaman lazımdır.

 

Qeydləriniz olsa kommentlərinizi gözləyirəm.

 

One Response to “Sifarişlə hücumlar edirəm?”

  1. Salam Rəşad.
    Fikir vermə. Adam uğur qazandıqca ayagıbın altımı qazanlar artır.
    Yaşasın YerAz.
    Nöqtəni səhv qoydum.
    Yaşasın Yer.az

Leave a Reply

*