Zend Certified Engineer və ya top rated veb developer

Sunday, 7 May, 2017 14:46


Bu postumda sizə bir çox saytların hazırlandığı dil olan PHP-nin sertifikatlaşdırması haqqında danışacağam.

 

Zend nədir?
Zend – Dünyada tanınmış Facebook, WordPress, Joomla kimi məşhur sayt və sistelərin yazıldığı PHP dilini yaradan şirkətidir. O PHP üzrə açıq mənbəli proqramlaşdırma dilini, Zend Framework yaradıb və PHP sertifikatlaşdırmanı aparır.

 

Bir az da statistika haqqında danışaq.
– Zend-in statistikasına görə dünyada 10 mindən çox rəsmi şəkildə sertifikatlaşmış mütəxəssis var
– Rusiyada 440, Türkiyədə 46 nəfər ZEND sertifikatına sahibdir.
– İranda 5, Ermənistanda 4, Gürcustanda 3, Azərbaycanda 9 nəfər bu sertifikatı əldə edib.
– Qafqaz ölkələri arasında ilk Sertifikatı Gürcüstanda 2006-cı ildə “Ioseb Dzmanashvili” almışdır.
– Qafqaz ölkələrində isə ilk və hal-hazırda yeganə sertifikat alan qadın Azərbaycanlı Xədicə Musayevadır. “Xədicə Musayeva” 2009-cu ildə sertifikatı əldə etmişdir.
– Mən isə Azərbaycanda bu sertifikatı əldə edən 3-cü şəxs olmuşam 🙂
– Azərbaycanda ERP həlləri təqdim edən PRONET şirkətinin 2 işçisi (Hackathon Azerbaijan, Veb Təhküləsizlik yarışının qalibi “Səxavət İsmayılov” və “Kamran Akhmadiyya” ) bu sertifikatı əldə edib.

 

Sertifikatı necə əldə etmək olar?
Sertifikatı əldə etmək üçün birinci növbədə siz imtahan verməlisiniz.
İmtahan vermək üçün imtahana giriş biletiniz (vaucher) olmalıdır.
Vaucher-i almağın 2 üsulu var.
1ci üsul – 995 USD ödəyərək PHP sertifikatlaşdırma kursuna yazılmaqla
2ci üsul – 195 USD-yə PHP Sertifikatına girişi almaqla
Vaucheri əldə etdikdən sonra 1 il müddətində sizə uyğun olan bir vaxtda test mərkəzinin saytından imtahan vaxtını bron edirsiz.
İmtahan 90 dəqiqə ərzində 10 mövzunu əhatə edən 70 sualdan ibarət olur.
Mövzular bunlardır.
01. PHP Basics
02. Data Formats and Types
03. Strings
04. Arrays
05. Input/Output
06. Functions
07. Object-Oriented Programming
08. Databases
09. Security
10. Web Features
İmtahana gedərkən özünüzlə 2 şəkilli və şəxsi imzanız olan identifikasiya kartı aparmalısız (Şəxsiyyət vəsiqəsi, Təbələ bileti, Xarici pasport, Hərbi bilet, Prava və s.).

İmtahan zamanı yalnız mərkəzin sizə təqdim etdiyi dəftər (və ya əvəzləyici) və qələmi istifadə etmək olar. Özünüzlə metal əşya və ya telefon gətirmisinizsə onları xüsusi seyfdə saxlayıb, imtahan bitdikdən sonra onları geri götürə bilərsiniz.

İmtahanın keçid faizi və s. haqqında məlumat qeyd edilmir və siz neçə faizlə keçdiyinizi də bilmirsiniz. İmtahan tam sona çatdıqdan sonra “Passed” və ya “Failed” olaraq imtahanı keçib keçmədiyinizi biləcəksiniz.

İmtahan sualları çox çaşdırıcı və çətin olur, ona hazırlaşmaq üçün sizin təcrübəniz və güclü nəzəri bazanız olmalıdır. Məsələn: Test vaxtı verilən sualalrdan biri. print və echo arasında fərq nədir? (Cavabı kommentdə qeyd edin)

Həmçinin müxtəlif riyazi və məntiqi hesablamar da var. Testi uğurla verdikdən bir neçə gündən sonra sizin sistemdə qeyd etdiyiniz ünvana (evə) sertifikatın əsli və notebooka yapışdırmaq üçün sticker göndəriləcək 🙂

 

Mən necə ZCE oldum
Mən özüm çoxdandır ki Zend Certified Engineer (ZCE) sertifikatını əldə etmək istəyirdim, amma tənbəllik edib imtahan vermirdim. Bir müddət bu sahədə həyata keçirdiyim layihələrin və keçdiyim dərslərin nəticəsi olaraq nəhayət ki gücümü toplayıb imtahan vermək qərarına gəldim. Praktik təcrübəm çox olduğundan yalnız 15 gün gecə – gündüz nəzəri təcrübəmi möhkəmləndirmək üçün heç bir əlavə iş götürmədən, cari işlərimi donduraraq PHP imtahanına fokuslanıb hazırlaşdım. İmtahana 1 gün qalmış heç bir şey oxumadım, dincəldim və gedib 90 dəqiqə ərzində (saat yarım) imtahanı verdim. İmtahanı başa vurduqdan sonra finish düyməsini basıb nəticədə “Passed” yazısını görüb bu məqsədimə catmaq üçün yuxusuz gecələrimiz və gördüyüm təcrübənin hədər olmadığını özümə sübut etmiş oldum.

 

Əgər sən də ZCE sertifikatını vermək istəyirsənsə o zaman, nə durmusan?

 

Sualalrınız və qeydləriniz olsa kommentlərinizi cavablandırmağa hazıram.

4 Responses to “Zend Certified Engineer və ya top rated veb developer”

  1. Rashad Aliyev says:

    Ceyhun, Xədicə ilə axırıncı dəfə əlaqə saxlayanda ölkədə deyildi. Təhsilini xaricdə davam etdirirdi. Ümid edirəm ki bir müddət sonra yüksək yerlərdən səsi gələcək.

  2. Ceyhun says:

    Salam. Maraqlı araşdırmadı.
    Mənə maraqlı gələn isə Xədicə Musayeva hal-hazırda bu sahə ilə məşğuldurmu? Yoxsa Azərbaycan adət-ənənəsinə uyğun olaraq ailə həyatı qurub və bu işi kənaramı qoyub?

  3. Rashad Aliyev says:

    Miri Zulfugar, Mən Azərbaycanda vermişdim ZEND imtahanını. Pearson VUE – AIC Group-da (Caspian Business Centre)

  4. Miri Zulfugar says:

    bəs imtahan hansı ölkədə keçirilir, siz hansı ölkədə vermişdiz imtahanı?

Leave a Reply

*