2017 – İllik hesabatım…

Sunday, 31 December, 2017 20:32

31 Dekabr, bazar günü. Bir neçə saatdan sonra Yanvarın ayının 1-i, həftənin 1-ci günü olacaq.

 

Həftə sonu olduğu üçün Starbucksa gedib 1 venti Capuchino, 2 ağ şəkər, 1 qəhvəyi şəkər və 2 salfetka götürüb gördüyüm işlərə baxaraq növbəti il üçün planlarımı qururam. Bir azdan evə gedib yeni ilin gəlməsini gözləyəndə bu postu dərc edəcəyəm.

Son 8 illik adətimə sadiq qalaraq bu ilin də sonunda işlərim barədə hesabatımı yazmaqla 2017-ci ildə gördüyüm işlərin son nöqtəsini qoymağı artıq adət formasına salmışam.

 

SƏYAHƏT

Bu il yeni bir ölkəyə getmək nəsib olmadı mənə.

Təhsilimlə əlaqədar sertifikat imtahanı vermək üçün Moskvaya və arada 2-3 günlük Tiflisə dincəlməyə getdim.

 

ELM

Bu sahədə bir az irəliləyişlərim oldu.

İnformasiya təhlükəsizliyi safəsində elmi araşdırmam üçün Mart ayında beynəlxalq səviyyəli “Certified Ethical Hacker” sertifikatını əldə etdim.

Noyabr ayında ADA Universitetində “OIC-CERT Annual Conference 2017” konfransında çıxış edərək qeyri standart təhsil üsulundan danışaraq Hackathon Azerbaijan haqqında məlumat verdim.

Barama Media-nn dəvəti ilə İnformasiya texnologiyaları ilə əlaqədar qısa təlim videolarının çəkilişində iştirak etdim.

 

İŞ

Yanvar ayında Dünyanda ən çox istifadə edilən Upwork freelance saytında Top rated freelancer oldum.

Fevral ayında köhnə işimi dəyişərək AzInTelecom şirkətində sahəm üzrə olmasa da, yeni nə isə öyrənmək, maliyyə durumumu stabilləşdirmək üçün Texniki əsaslandırmalar üzrə mütəxəssis vəzifəsində işə düzəldim.

 

LAYİHƏLƏR

BUGemot layihəsində xırda dəyişikliklər edildi və bu il İnformasiya Təhlükəsizliyi sahəsində boşlualara ad verilməsi sahəsində ilk dəfə olaraq ad götürdü. Tapılmış boşluq “Norwegian Air Shuttle” şirkətindəki kiosklarda olan boşluqla əlaqədardır.

Xırda bir sifariş əsasnda hazırladığım “Instagram Auto like class“-ını codecanyonda satışa çıxartdım

İlk addımlar layihəsinin üzərində işləməyə başladım və saytın ilk səhifəsinin, dəsrliklərin yeni versiyası işə düzdü.

Ayrılmış server satışı üçün Yer Hosting-in yeni alt layihəsi olan Dediver.com fəaliyyətə başladı.

mCMS artıq v5.1.0 versiyasına çatdı. Həmçinin işi rahat görmək üçün Avtomatik quraşdırma kimi funksionallar da əlavə edildi.

SEO biliklərimi test etmək üçün açdığım iJobsDB saytını satdım və yeni bbooks, jobSearchi kimi xırda saytlar yaratdım.

 

3 illik fasilədən sonra Hackathon Azerbaijan komandası ilə birləşərək Azərbaycanda 3D Oyun proqramlaşdırması sahəsinin inkişaf etdirilməsi üçün Game Jam yarışına başladıq.

 

YENİ İLİNİZ MÜBARƏK

2017-ci ilin daha çox işlərimi normaya salmaqla məşğul olmuşam.

Bu ilin sizlər üçün də nəticələrlə olduğunu ümid edirəm. 2018-ci ilin daha məhsuldar və uğurlu olması arzusu ilə, yeni iliniz mübarək!

 

 

Leave a Reply

*