İş mühiti, biznes imkanları, yaşayış tərzi və ya inkişaf edək?

Saturday, 17 February, 2018 11:46

Çox müddətdir bu barədə düşünürəm. Burda yazdıqlarım heç bir araşdırma deyil, müşahidələrim nəticəsində əldə etdiyim subyektiv fikirlərimdir.

 

Qalib gəlmək istəyirsənsə kim isə uduzmalıdır (Lost-Win). Win-Win olmalı deyilmi?

 

Kim isə sənə nə isə iş tapşıranda sakitcə heç bir irad bildinmədən edirsənsə düşünür ki bu loxdur və əlavə işlər də verib sənin pulunu kəsir.

 

Nə isə işi görərkən kimə isə müraciət edənsə (Məsələn sənəd almaq istəyirsən) sakit danışırsanda bu zəifdir, yola vermək olar deyə səni iqnor edirlər, amma xod gedəndə yəqin adamı var və ya nəsə çox bilir deyərək o dəqiqə icra edirlər. Belələri üçün misal da var, Oğru elə bağırdı ki, doğrunun bağrı çatladı.

 

İşıqforda dayanarkən ən çox qırmızı işıqda yolu keçib qaydanı pozanlar uşaqlı qadınlar və ya yaşdılardır. Gənclər bunlardan nümunə götürsün?

 

Növbə gözləmək üçün kimdənsə sonra dayansan hansısa bambılı gəlib səndən qabağa özünü soxaraq duracaq və hələm tərs-tərs də sənə baxacaq ki, nə olub?

 

Kiminsə sənə işi düşərsə, etmək üçün vaxt qıtlığın olarsa və ya bacarmadığın iş olduğunu deyrsənsə, sənin haqqında nağıllar çıxır ki bu adam heç nə bilmir.
Məsələn: Kimsə zəng edir ki telefonum bloka düşüb bəs bunu açmaq lazımdır. Sənsə o sənin sahən deyil, təhlükəsizlik üzrə eksprt olmağın və ya veb developer olmağın onu bacarmağın demək deyil ki istənilən telefonu blokdan aça bilirsən. Üstündən 4-5 ay keçir və hansısa layihədə sayt qurulması barədə sorğu gələndə Rəşad heçnə bilmir o heç adi telefonu blokdan aça bilmir deyə bir nağıl eşitmiş olursan WTF? 🙂

 

Sırğa taxıb, saçını uzatmısansa sən xaricisən.

 

Başqaları qabağa gedir, mən evdə oturmuşam, heç nə etmirəm, bütün günü sosial şəbəkələrdəyəm niyə qabağa getmirəm? Bəlkə lotereya alasan?

 

Kimə ataq qabağa düşək?

 

Sən iş görürsən və görürsən ki kimsə onu öz adına çıxardıb və öz layihəsi kimi daha yuxarılara təqdim edib.

 

Dövlət mənim üçün heç nə etməyib, mən niyə nə isə etməliyəm?

 

Fikirlərimlə əlaqədar əlavələriniz və ya iradlarınız varsa kommentlərdə yazın.

Leave a Reply

*