Sertifikatlı Etik Hacker (CEH)

Thursday, 22 March, 2018 16:07

Bir il bundan qabaq Novruz bayramında Moskvaya gedib 4 saat, susuz, fasiləsiz, yerimdən tərpənməyərək oturub Etik hakerlik üçün imtahan verdim. İmtahana hazırlıq mərhələsi, proseduru və nəticələr haqqında postumu sizlərlə bölüşürəm.

 

CEH haqqında

EC-Council informasiya təhlükəsizliyi sahəsində aparıcı kursları təşkil edir.

Onların verdiyi etik haker sertifikatı(CEH, Certified Ethical Hacker) bir çox iş yerlərində əsas şərt kimi götürülür.

Hətta Amerikanın Müdafiə nazirliyinin informasiya təhlükəsizliyi üzrə işçilərə qoyduğu şərtlərdə də yer alıb.

 

Necə hazırlaşdım

Sertifikatı almaq üçün kurs götürərək hazırlaşmağa başladım.

Kurs 4 hissədən ibarət idi.

1. 5 günlük onlayn kurs

2. Bu kursların əsasında video dərsliklər

3. Labaratoriya işləri

4. Nəzəri hissə.

Ən çox vaxtımı nəzəri hazırlıq apardı.

 

Praktika

Praktika üçün sizin şəbəkə və təhlükəsizlik haqqında analayışlarınız olması tövsiyyə edilir.

Hazırlaşdığım kursun təqdim etdiyi labaratoriya işlərini test etmək üçün olan virtual maşında CEH-in hazırlığı üçün Windows XP-dən tutmuş Linux Kali-yə kimi əməliyatlar sistemi var idi.

Hər bir labaratoriya işində hansısa maşını(və y abir neçə maşını) işə salıb onlarda testlər aparmaq lazım gəlirdi.

 

İmtahanı necə verdim

İmtahanı vermək üçün ilk olaraq kursun mənə təqdim etdiyi labaratoriya işlərini gördüm.

Labaratoriya işlərində o işi görmək üçün vaxt qeyd edilir. Yeni başlayanda çətinliklər olurdu və qeyd edilmiş vaxtda işi bitirmək olmurdu, lakin sonra get gedə rahat olurdu işlər.

Növbəti mərhələdə təqdim edilmiş 2000 səhifədən çox olan kursun nəzəri hissəsini oxudum.

Qeyd edim ki kurs bitdikdən sonra onun labaratoriya işi və materiallarını oxumaq üçün 1 il vaxt verilir.

Bütün bunları oxuduqdan və işin nəzəri praktik hissəsindən məlumatlı olduqdan sonra imtahan vaxtını təyin etdim. Burda da kurs materialları ilə birlikdə sizə 1 illik vauçer verilir və 1 il ərzində gedibn imtahanı vermək lazımdır. İmtahanı vermək üçün Moskvaya getməli oldum (Kursun şərtləri elə idi). 125 sual, 4 saat vaxt. İmtahan suallarını verdikdən sonra təkrar onların üzərindən keçib bir də yoxlamaq olar və ya hər hansı sualın cavabını verməkdə çətinlik çəkirsizsə sonraya da saxlamaq olar. Sualları verdikdən və imtahanı bitirmək istədiyinizə əmin olduqdan sonra finish edərək nəticəyə baxa bilərsiz.

Qeyd edim ki 4 saat ərzində imtahanı verərkən yerindən durmaq olmaz. Durduqda imtahan ləğv edilə bilər.

İmtahan bitdikdən sonra bir neçə gün ərzində sizin aspen.eccouncil.org hesabınızda sertifikat haqqında məlumatlar yerləşdiriləcək.

Sertifikatın gəlməsi isə 40 gün (və ya daha artıq) çəkə bilər.

 

Suallar haqqında

Suallar test üsulu ilə verilir. 4 saat ərzində 125 sualı cavablandırmaq lazımdır. Keçid balı 70% və yuxarıdır.

Sualın faiz dərəcəsi və sayı barədə BluePrint-dən məlumat əldə edə bilərsiz.

 

Davamı

Sertifikat 3 illik verilir və 3 ildən sonra sertifikatın qüvvədə qalması üçün müxtəlif seminar, konfranslar və s təhlükəsizlik sahəsində aktivlik edərək hesabatlar vermək lazımdır.

Hesabatlardan sonra siz 120 bal(Credits) yığmalısız və yığılan ballar əsasında sizə 3 ildən sonra seritifkatınızın vaxtı artırılacaq.

 

Suallarınız və qeydləriniz olarsa komment yazın.

 

 

Leave a Reply

*