PHP

Sunday, 27 May, 2018 14:19

Bir neçə il bundan qabaq Marketoloqların Avtomobil mövzusu ilə əlaqədar olan bir müzakirəsində iştirak etmişdim. Müzakirə vaxtı, müxtəlif avtomobillərin üstünlüklərindən və Mercedes-in pis avtomobil olmasından danışılırdı. Müzakirələrin sonunda isə iştirakçıların çox hissəsi öz Mercedeslərinə minib evlərinə getdilər.

 

Bir çoxları PHP-nin pis dil, bəziləri narahat, bəziləri isə ümumiyyətlə məsləhət görülməyən bir texnologiya olduğu fikrindədirlər.

 

Təxminən 2000-2001-ci illərdə Server Side proqramlaşdırma haqqında məlumat axtaranda xüsusi cgi-bin qovluğu, orda yazılacaq .cgi və ya .pl faylları, hər bir faylın başlığında icra edilən proqramın path-ı haqqında məlumatları oxuyub testlər aparanda, çox çətinliklər çəkilirdi. Yazılan Perl kodu, onun xüsusi icra üsullarını qeyd etmirəm.

 

Sonralar PHP ilə tanışlığım, qorxulu yuxularıma son kimi gəldi. Bir müddət sonra xırda bir layihə çərçivəsində ASP və ASP.NET ilə tanış olduqda dilin MVC sistemində yazılması və imkanlarının üstünlükləri barədə məlumat əldə etdim.
Lakin PHP-nin inkişaf etməsi, onunla paralel inkişaf etməkdə olan Java, ASP, Python və indiki dövrdə inkişaf etmiş JavaScript (ECMAScript) freymvorkları çox gözəl nəticələr göstərir.

 

PHP-nin bir neçə müsbət və mənfi tərəflərini sizlərə təqdim edəcəyəm.

Müsbət tərəfləri

– PHP açıq mənbəli proqramlaşdırma dilidir
– Dünyada istifadə edilən saytların 83.5%-i PHP-də yazılıb.
– Dünya üzrə ən çox trafiki olan 14 saytdan 5-də PHP istifadə edilib.
– PHP-də yazmaq çox rahatdır
– Linux, Apache, MySQL, PHP hal hazırda ən gözəl birləşmə kimi istifadə edilir. Lakin bəzi hallar var ki Apache əvəzinə – IIS, Nginx, MySQL əvəzinə – PostgreeSQL, SQlite, MSSQL hətta Oracle da istifadə edirlər.

 

Mənfi tərəfləri

– Hazır MVC sistemi yoxdur. Lakin bunun üçün Laravel, CodeIgniter, Yii, Symfony kimi fremymvörkları var.
– Böyük məlumatları emal edə bilmir. Saniyədə milyonlarla əməliyyat aparmaq üçün daha dərin proqramlaşdırma dili olan C++ istifadə etmək məsləhətdir.
– Sürəti zəifdir. PHP 7-də optimizasiya işləri aparılaraq icra sürəti sürətlənib.

 

PHP-ni nə üçün istifadə etmək tövsiyyə edilir

– Saytınıza gündəlik maksimum 10 000 000-a yaxın istifadəçi daxil olursa PHP ən məsləhətlidir.
– Facebook ilk versiyasının PHP-də başladıqdan sonra sadəcə kodda optimizasiya işləri apararaq öz şərtlərinə uyğunlaşdırdı. Siz də əgər facebookdan çox trafik olan bir layihə yaradırsınızsa onda C++ öyrənməyə başlayın.
– Tez bir zamanda fikrinizdəki layihəni MVP vəziyyətə gətirmək və ilkin gəlir qazanmaq istəyirsinizsə onda çətin dillərdənsə elə PHP-ni öyrənin
– PHP-də nümunələr, hər hansı məsələnin həllini tapmaq sadə və asandır.

PHP ilə başlayıb layihələr üzərində işləmək istəyirsinizsə o zaman təlim keçdiyim kurslardan (PHP dərəcə 1. PHP dərəcə 2.) da faydalana bilərsiz.

Əgər burda qeyd etdiklərimlə razı deyilsinizsə və PHP-nin pis olduğunu düşünürsünüzsə müzakirələrə hazıram

 

One Response to “PHP”

  1. Ziya says:

    Meqaleye göre çox sağ ol!

Leave a Reply

*